Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil

pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri kəmiyyət keyfiyyət göstəricilərinə görə araşdırılıb bu nömrədən başlayaraq respublikanın bölgələrinin tam orta təhsil səviyyəsi üzrə nəticələri, bu nəticələrin keçən dərs ili ilə müqayisəli təhlili, keyfiyyət müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi dərc olunaraq, geniş ictimaiyyətə çatdırılacaqdır. Bu nömrədə biz Ağstafa rayonunun nəticələri haqqında məlumat veririk. Məqalənin həcminin yol verdiyi səviyyədə əsasən dörd  məktəbin göstəricilərini diqqətə çatdırırıq, qeyd edək ki,  bütün rayonun məktəbləri haqqında ətraflı məlumat təhsil şöbəsinə təqdim ediləcək.

2010-cu ildə rayonun 34 tam orta ümumtəhsil məktəbini 974 şagird bitirib, onların 947-si (97,23%) buraxılış imtahanlarında iştirak edib 768 nəfəri (81,10%) yekun nəticəyə görə attestat alıb. Buraxılış imtahanlarında iştirak edən 947 şagirddən  480-i oğlan, 467-si isə qızdır. Şagirdlərin 921-i Azərbaycan bölməsinin, 26 nəfəri isə rus bölməsinin şagirdidir. Bir nəfər şagird (Qarayazı Xəz-Dəri kənd orta məktəbi, kodu 4991850221) səkkiz fənnin hamısından əla qiymət almışdır. Üç nəfər şagird (Köçəskər,Tatlı Sadıxlı kəndlərindən, kodları 9448922047, 0883104050, 3250084739) isə bütün fənlərdən "2" qiymət almışdır. Ağstafa rayonunun səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, ana dili fizika fənləri üzrə göstəricilər respublika göstəricilərindən yuxarı, Azərbaycan tarixi riyaziyyat fənlərindən göstəricilər isə respublika göstəricilərindən aşağıdır.

2008-2009 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının səkkiz fənn üzrə rayonun keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir. Qrafikdən göründüyü kimi, fənlərin hamısı üzrə irəliləyiş var. Ən çox artım isə ana dili, Azərbaycan tarixi riyaziyyat fənlərindəndir.

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, kimya coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərdə fənlərin tədrisi vəziyyətini araşdırdıqda 34 məktəbin 80%-də doğrudan da yuxarıda sadalanan fənlərin keyfiyyət göstəriciləri digər fənlərlə müqayisədə yüksəkdir.

Cədvəldən göründüyü kimi, Qaçaq Kərəm kənd Ağstafa şəhər 2 nömrəli orta məktəbləri reytinq cədvəlində uyğun olaraq, 7 12-ci yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 3 5-ci yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Ağstafa şəhər 3 nömrəli Köçvəlli kənd orta məktəbləri reytinq cədvəlində uyğun olaraq 4 8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 10 22-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Texniki humanitar təmayüllü liseydə 43 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 15,77 suala  (63,07%), riyaziyyatdan 16,93 suala (67,72%), Azərbaycan tarixindən 10,56 suala  (70,39%), fizikadan 5,33 suala (53,26%), kimyadan 6,79 suala (67,91%), biologiyadan 5,95 suala  (59,53%), coğrafiyadan 7,02 suala (70,23%), xarici dildən isə 8,16 suala (54,42%) düzgün cavab vermişdir.

Dağ Kəsəmən kənd 2 nömrəli orta məktəbindən 28 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird ana dilindən 13,71 suala  (54,86%), riyaziyyatdan 14,64 suala  (58,57%), Azərbaycan tarixindən 9,32 suala  (62,14%), fizikadan 4,68 suala  (46,79%), kimyadan 6,71 suala  (67,14%), biologiyadan 5,82 suala  (58,21%), coğrafiyadan 6,18 suala  (61,79%), xarici dildən isə 7,89 suala  (52,62%) düzgün cavab vermişdir.

Tatlı kənd orta məktəbində 18 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird ana dilindən 7,94 suala  (31,78%), riyaziyyatdan 9,72 suala  (38,89%), Azərbaycan tarixindən 5,72 suala  (38,15%), fizikadan 3,83 suala  (38,33%), kimyadan 4,17 suala  (41,67%), biologiyadan 4,00 suala  (40,00%), coğrafiyadan 4,06 suala  (40,56%), xarici dildən isə 4,44 suala  (29,63%) düzgün cavab vermişdir.

Sadıxlı kənd orta məktəbində 36 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird ana dilindən 7,53 suala  (30,11%), riyaziyyatdan 8,75 suala  (35,00%), Azərbaycan tarixindən 5,08 suala  (33,89%), fizikadan 3,33 suala  (33,33%), kimyadan 3,92 suala  (39,17%), biologiyadan 3,17 suala  (31,67%), coğrafiyadan 3,28 suala  (32,78%), xarici dildən isə 4,31 suala  (28,70%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafikdə  daha aydın görünür.

2008-2009-cu 2009-2010-cu dərs illərində buraxılış imtahanlarında fənlər üzrə müqayisəli təhlil göstərir ki, Tatlı kənd orta məktəbində ana dili fənnindən "2" qiymət alanların sayı 29,16% artmış, əksinə, "3" alanların sayı 12,5%, "4" alanların sayı 9,72%, "5" alanların sayı isə 6,94% azalmışdır. Riyaziyyat fənnindən "2" qiymət alanların sayı 6,95%, "3" alanların sayı 11,11% azalmış, "4" alanların sayı 25,00% artmış, "5" alanların sayı isə əksinə, 6,94% azalmışdır.

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə ana dili fənnindən sualların 43,78%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 47,58%, Azərbaycan bölməsinin düzgün cavabları isə 43,86% olub rayon göstəricisindən yuxarıdır. Əksinə, rus bölməsinin oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Cədvələ nəzər salsaq bütün 8 fəndən qızların göstəricilərinin oğlanların rayonun göstəricilərindən daha yaxşı olduğunu görərik. Bu, aşağıdakı diaqramdan daha aydın görünür.

2008-2009 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə bütün fənlərdən "2" qiymət alanların faiz göstəricilərinin aşağı düşdüyünü müşahidə edirik. "2" qiymət alanların sayı Ana dilindən 0,3%, riyaziyyatdan 16,1%, Azərbaycan tarixindən 11,8%, fizikadan 12,6%, kimyadan 10,6%, biologiyadan 10,8%, coğrafiyadan 14% xarici dildən 15,5% azalmışdır. Bu isə öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin artmasına təsir etmişdir. 2008-2009-cu dərs ilində 1086 şagirddən 1059 nəfəri imtahanlarda iştirak etmiş bunlardan 419-u, yəni 39,57%-i, 2009-2010-cu dərs ilində isə 974 şagirddən 947 nəfəri imtahanlarda iştirak etmiş bunlardan 537-i, yəni 56,71%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə iki ilin müqayisəli təhlilini aparmaq olar.

 

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.9.