Nanotexnologiyalar və
onların
texnikada tətbiqi
Bu günlərdə Azərbaycan Texniki Universitetində "Nanotexnologiyalar və onların texnikada tətbiqi" mövzusunda I Beynəlxalq konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açmışdır.
Plenar iclasda professor E.Şahbazov "Neft sənayesində nanotexnologiyanın elmi əsaslarının işlənməsi və tətbiqi" və fizika-riyaziyyat elmləri doktoru M.Ramazanov "Nanoelm, nanotexnologiya və nanosənayenin inkişaf sahələri" mövzusunda məruzə etmişlər.
Tədbirdə iştirak edən AMEA-nın I vitse-prezidenti, akademik Arif Həşimov və millət vəkili Elton Məmmədov konfransın işinə uğurlar arzulamışlar.
Sonra konfrans öz işini "Aşağıölçülü elektron sistemləri", "Neft sənayesində nanotexnologiyaların tətbiqi", "Nanoobyektlərin fiziki xassələrinin araşdırılması", "Kompüter sistemləri və optoultra tezlikli elektronikada nanoquruluşlu cihazların tətbiqi", "Nano-quruluşlarda təbəqələr arasına, səthi quruluşlara və qəfəs defektlərinə nəzarət" bölmələrində iki gün davam etdirmişdir.
Müşfiq BORÇALI
Azərbaycan müəllimi.- 2010.-
17 dekabr.- S.7.