Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin
möhkəmlənməsinə geniş imkan yaranıb
Xəbər verildiyi
kimi, noyabrın
23-24-də İtaliyanın Turin şəhərində
Avropa Təlim Fondu İdarəetmə Şurasının iclası
keçirilib.
İclasa Avropa Birliyi ölkələri ilə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya
üzv seçilmiş
3 ölkə - Azərbaycan,
Türkiyə və İordaniyanın nümayəndələri də dəvət edilmişlər.
Ölkəmizi bu mötəbər tədbirdə
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov təmsil edib. Əməkdaşımızın
səfərlə bağlı
N.Məmmədovla müsahibəsini
qəzetimizin oxucularına
təqdim edirik.
- Namiq müəllim,
istərdik ki, ilk öncə Avropa Təlim Fondu haqqında məlumat verəsiniz...
- Avropa Təlim Fondu Avropa İttifaqının təhsil siyasətini həyata keçirən bir təşkilatdır. 1990-cı ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılmış Avropa Təlim Fondu 1994-cü ildən rəsmi fəaliyyətə başlamışdır. Bu quruma Avropa Birliyinin üzvü olan, o cümlədən Avropa sərhədlərinin yaxınlığında yerləşən və Aİ-nin önəm verdiyi ölkələr daxildir. Qeyd edək ki, keçmiş sovet respublikalarının, demək olar ki, hamısının ATF ilə əlaqələri mövcuddur.
Qətnamə İtaliyanın
Avropa Təlim Fondunun ayrı-ayrı ölkələrdə bir sıra aktual məsələlərə həsr olunmuş tədbirləri, konfrans və seminarları təşkil edilir. Maliyyə və digər vacib məsələlərin müzakirə olunduğu belə yığıncaqlar isə yalnız daimi qərargahda keçirilir.
- Məlumdur
ki, Azərbaycan postsovet məkanından Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya
üzv seçilmiş
yeganə ölkədir
və yəqin ki, bunu adi
təsadüflə bağlamaq
sadəlövhlük olardı.
Bu barədə nə deyə bilərsiniz?
- Niyə məhz Azərbaycanın üzv seçilməsi orada da çox böyük maraq doğurdu. Əslində isə, bu gözlənilməz olmadı. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, bu müddət ərzində təhsilin ayrı-ayrı pillələri, o cümlədən texniki peşə təhsili sahəsinə dair birgə seminarlar, iclaslar keçirilib. Avropa Təlim Fondunun dəstəyi və mütəxəssislərinin iştirakı ilə Azərbaycanda peşə təhsili sahəsində qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb.
Biz bu təşkilatla
əlaqələrimizi daha
da genişləndirməyə
çalışır, qarşılıqlı
əməkdaşlıq şəraitində
bir sıra tədbirlər
həyata keçirir,
onların bütün
tədbirlərində fəal
iştirak edir və öz fikrimizi bildiririk. Yəqin ki, bu aktiv
fəaliyyət qurum tərəfindən nəzərə
alınıb.
Bundan əlavə, ölkəmizdə
son illər aparılan
təhsil islahatı, baş verən demokratik dəyişikliklər,
həyata keçirilən
sosial-iqtisadi siyasət,
ümumilikdə, Azərbaycanın
Avropaya inteqrasiyası
istiqamətində görülən
işlər də Avropa İttifaqının
diqqət mərkəzindədir. Yeri gəlmişkən,
qeyd edim ki, bu məsələ
ölkəmizin Brüsseldəki
səfirliyində və
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyində də çox əhəmiyyətli
bir fakt kimi dəyərləndirildi.
- Səfər
çərçivəsində hansı tədbirlərdə
iştirak etdiniz? Və ümumiyyətlə,
səfər təəssüratlarınızı
bilmək istərdik...
- Avropa Təlim Fondunun İdarəetmə Şurasının bu iclası 2010-cu ilin yekunlarına həsr olunmuşdu. İclasda həmçinin 2011-ci il üçün fəaliyyət planı təsdiq edildi və büdcənin ilkin təsdiqi oldu. Məlumat üçün qeyd edim ki, ilkin təsdiqdən sonra həmin sənəd Avropa Parlamentinin müzakirəsinə çıxarılır.
Səfər müddətində İdarəetmə Şurasının iclasından əlavə, tədbir çərçivəsində təhsildə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və təhsil prosesində işqurma qabiliyyətlərinin yaradılması mövzusunda 2 günlük seminarda da iştirak etdik. Bu seminarda təhsilin çox aktual problemlərindən bəhs edən 10-a yaxın təqdimat dinlənildi və müzakirə olundu. Tədbir çox yüksək səviyyədə təşkil edilmişdi, iştirakçıların öz vaxtlarını maraqlı keçirmələri və mədəni istirahətləri üçün hər cür şərait yaradılmışdı. Bu isə ayrı-ayrı ölkələrdən gəlmiş nümayəndələr arasında səmimi dostluq münasibətlərinin qurulmasına səbəb olurdu.
- Təqdimatlarda daha çox hansı məsələlərə toxunulurdu?
- Təqdimatlardan aydın
oldu ki, bu gün bir
çox ölkələrin
təhsil müəssisələrində
dinləyicilərə nəzəri
biliklərdən daha çox praktik biliklərin aşılanmasına
ehtiyac vardır. Onlar bilavasitə istehsal, xidmət, iş prosesi ilə yaxından
Təhsil müəssisələri mütləq əmək bazarı ilə, işəgötürən təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Onların tələbatlarını öyrənməmiş kurikulumların hazırlanması, ixtisasların planlaşdırılması təhsilin nəticəsizliyinə aparır. Sahibkarlıq subyektləri təkcə tədris prosesinin formalaşmasında deyil, təhsil müəssisəsinin gələcək fəaliyyətinin müəyyən edilməsində də birbaşa iştirak etməlidir.
Bu gün bir çox Avropa Birliyi, eləcə də Avropaya inteqrasiya edən ölkələrdə tədris
olunan ixtisaslar, öyrədilən peşələrlə
onların tələbyönümlülüyü
arasında uyğunsuzluğun
mövcud olması problemi var. Əmək bazarında hər hansı bir peşənin kəmiyyət və keyfiyyət göstəriciləri
təhlil olunmur.
Təqdimatların sonunda həmin ölkələrdə
tədris prosesində
bu kimi məsələlərə
xüsusi diqqət yetirilməsinin, ali,
orta ixtisas və peşə təhsili müəssisələrinin
sahibkarlıq subyektləri
ilə əlaqələrinin
möhkəmlənməsinin zəruriliyi vurğulandı.
Qeyd olundu ki, yaradılmış
standartlar, kurikulumlar əmək bazarına istiqamətlənməli, praktik
vərdiş və bacarıqlar aşılanmalıdır.
Təqdimatlarda toxunulan digər bir
maraqlı məsələ də diqqəti cəlb edirdi. Hazırda Avropada və bütün dünyada belə bir tendensiya formalaşıb: Təhsil
müəssisələrində elə praktik biliklər aşılanmalıdır
ki, sonda müəyyən bir məhsulun hazırlanmasına
və iş qurmağa imkan yaratsın. Məsələn,
Serbiyanın Tibb Universitetinin təqdimatında
son illər bu müəssisənin fəaliyyətində baş
verən dəyişikliklərdən
bəhs olundu. Verilən məlumata görə, həkimlərə
öz sahələri üzrə praktik bacarıqlarla yanaşı,
marketinq, sahibkarlığın
əsasları, tibbin yeni sahələri, əczaçılıq biznesi,
təhsil müəssisələrinin
idarə edilməsi və s. əlavə
ixtisaslar da öyrədilir.
Əsas məsələ
burasındadır ki, reşə təhsili
müəssisələrini bitirən şəxslər elə
bilik, bacarıq və təcrübəyə malik olsunlar ki,
məzun olduqları təqdirdə təkcə iş
axtarmasınlar, həmçinin özləri də iş
qurmağı bacarsınlar.
- Namiq
müəllim, siz Azərbaycanın Avropa Qonşuluq
Siyasəti üzrə Müşahidəçi Şuraya
üzv seçilməsinin böyük əhəmiyyət
kəsb etdiyini bildirdiniz. Bu, özünü daha çox
nədə büruzə verəcək?
- Ölkəmizin
Müşahidəçi Şuraya üzv seçilməsi
Avropa Təlim Fondu ilə əlaqələrin
möhkəmlənməsi üçün geniş imkanlar
açır. Bu təşkilatın rəsmiləri 2011-ci ildən
başlayaraq Azərbaycanda,
xüsusən, peşə
təhsili sahəsində
milli ixtisas çərçivəsinin hazırlanması,
birgə layihələrin
icra edilməsi, ekspert dəstəyinin göstərilməsi istiqamətdə
fəaliyyət göstərəcəklər.
Artıq bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi
ilə bağlı bir sıra mühum
addımlar atılıb.
ATF-in direktoru Madlen Serbanla
görüşdə o, Azərbaycanda həyata
keçirilən təhsil islahatını çox
diqqətlə izlədiyini söylədi. Qeyd etdi ki,
məhz resrublikamızın
Müşahidəçi Şuraya
üzv kimi seçilməsinə Təhsil
Nazirliyinin beynəlxalq
və yerli qeyri-hökumət təşkilatları
ilə birgə səmərəli əlaqələrə
malik olması da böyük təsir göstərmişdir.
Bundan əlavə, xanım Madlen Serban ölkəmizə səfər edərək bu əlaqələrin genişlənməsinə çalışacağını
bildirdi.
Sonda
onu qeyd edim ki, Müşahidəçi Şuranın
üzvü kimi biz bu qurumun gördüyü bütün
işlərdə birbaşa iştirak edəcəyik
və təkliflərimizlə
onların fəaliyyətinə təsir göstərmək
imkanımız olacaq.
- Maraqlı müsahibə
üçün sağ olun.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.6.