"Açıq dərs"lər pedaqoji-metodik

baxımdan yüksək qiymətləndirildi

 

Dekabrın 15-də Bakıdakı 42 nömrəli orta məktəbdə yeni təlim metodları texnologiyaların tədrisə tətbiqi ilə bağlı "açıq dərs"lər keçirildi.

Biz dəvət olunmuş mütəxəssislərlə birlikdə əvvəlcə XI "D" sinfində həndəsə fənnindən "Konus və onun müstəvi kəsikləri" mövzusunda keçirilən "açıq dərs"də iştirak etdik.

Müəllim Afaq Bağırova ötən dərsi şagirdlərlə birlikdə təkrar etdikdən sonra onların diqqətini proyektorların vasitəsi ilə ekranda göstərilən konusa oxşar dağlar, ağaclar, qədim abidələrə baxmağa yönəltdi. Sinfin şagirdləri qrup şəklində 3 komandaya ayrılmışdı. "Silindir", "Konus" "Kürə" adlı bu komandalara konusun düzbucaqlı üçbucağının sahəsini tapmaq tapşırığı verildi. Həmin tapşırıqlar ayrı-ayrı şagirdlər tərəfindən lövhədə həll edildi. Cavablar yoxlanıldı. Hər komanda düzgün cavablara görə qiymətləndirildi.

Daha sonra "Tez düz", "Heydər Əliyev zirvəsi" adlı mövzulara aid komandalara paylanmış məsələ misallar həll edildi. Komandaların hər birində olan 6 şagirdin hamısı mövzuya aid sual tapşırıqları cavablandırmaqda fəal iştirak etdi. Sonda komandaların topladığı ballar hesablandı. Onların tutduğu yerlər müəyyənləşdi. "Açıq dərs"i izləyən mütəxəssislər Afaq müəllimin apardığı bu dərsi şagirdlərin fəallığını yüksək qiymətləndirdilər.

Sonra biz IX "D" sinfində coğrafiya fənnindən "Əhali" mövzusu üzrə keçirilən "açıq dərs"də iştirak etdik. Bu sinfin şagirdləri 3 komandaya bölünmüşdü. Həmin komandalar "Çinli", "Hindli" "Azəri" adlandırılmışdı.

Müəllim Mirvari Əhədova hər 3 komandaya ayrı-ayrılıqda "Əhalinin təbii artımını necə başa düşürsünüz?", "Dünyada ən çox əhalisi olan ölkə hansıdır?", "Demoqrafik siyasət nədir?", "Demoqrafik partlayış deməkdir?", "Demoqrafik inqilab deməkdir?" suallarını verdi. Komandaların əksər üzvü suallara düzgün cavab verdi. Cavablar qiymətləndirilərək divardan asılmış cədvələ yazıldı.

Sonra müəllim komandalara miqrasiya haqqında tərtib olunmuş işlər payladı. Burada yazılmış "Qanunsuz miqrasiya nədir?", "Məcburi miqrasiyanı necə başa düşürsünüz?" s. suallara da şagirdlər düzgün cavab verdilər.

Elə həmin anda ekranda məcburi miqrasiyanı əks etdirən film nümayiş etdirildi. Filmdə Qarabağdan, Ermənistandan məcburi köçürülən insanların acınacaqlı həyatı göstərildi. Bundan sonra isə müəllim komandalara belə bir sualla müraciət etdi:

- Azərbaycanın 20 faiz torpaqları erməni təcavüzkarları tərəfindən işğal olunub. Siz bu torpaqların qaytarılması üçün təklif edərdiniz?

Hər üç komanda üzvlərinin suala cavabı eyni oldu:

- İşğal olunmuş ərazimiz sülh yolu ilə qaytarılmalıdır. Əgər bu mümkün olmasa, müharibə yolu ilə torpaqlarımızı azad etməliyik!

Şagirdlərin cavabları fəal əməkdaşlığa görə qiymətləndirildi.

Müəllim Mətanət Allahverdiyevanın rus bölməsinin IV "A" sinfindəki riyaziyyatdan "açıq dərs"i maraqlı keçdi.

Həmin gün "açıq dərs"lər bitdikdən sonra akt zalında tədbir keçirildi. Məktəbin direktoru Firəngiz Həmidova çıxış edərək "açıq dərs"lərdə iştirak etdikləri üçün qonaqlara öz minnətdarlığını bildirdi.

Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov dedi:

- Bu gün həqiqətən mənim üçün əlamətdar bir gün oldu. Ona görə ki, iştirak etdiyim "açıq dərs"lərin ikisini bizim institutda kurs keçmiş müəllimlər aparırdı. Birgə işləmək həqiqətən öz müsbət nəticəsini verir. Axı dərsin keyfiyyəti müəllimdən asılıdır. Doğrusu, bu "açıq dərs"lər o qədər maraqlı keçdi ki, nöqsan axtarmağa lüzum qalmadı.

Asəf müəllim çıxışının sonunda qarşıdan gələn 2011-ci ildə müəllim və şagirdlərə yeni-yeni uğurlar arzuladı.

"Açıq dərs"lərdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı, həmin idarənin əməkdaşları Sitarə Məmmədova, Şəhla Kərimova, Həvva Dünyamalıyeva, Bakıdakı 14 nömrəli məktəbin direktoru Hürzad Verdiyeva öz çıxışlarında məktəbin I "Ç", V "Ç" və VI "A" siniflərində də keçən "açıq dərs"ləri yüksək qiymətləndirdilər. Eyni zamanda "açıq dərs"lərin pedaqoji-metodik baxımdan təhlil dəyərləndirilməsi müəllim axtarışına, müəllim əməyinə verilən yüksək qiymət oldu.

 

Ədalət DAŞDƏMİRLİ

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.4.