Müəllimlər İKT üzrə
təlimlərin
səviyyəsindən
razıdırlar
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müəllimlər üçün informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi yolları üzrə biliklərin verilməsi üçün treninqlər keçirilir. 2010-cu ilin sonunadək Dövlət Proqramı çərçivəsində respublika üzrə 69 min nəfərin və ya ölkə üzrə təxminən 40% müəllimin təlimlərdən keçməsi planlaşdırılır. Dövlət Proqramının əhatə müddətində, yəni 2008-2012-ci illərdə ölkə üzrə ümumi müəllim kollektivinin 67%-i (təxminən 114 min nəfər) İKT-nin təhsilə tətbiqi yolları haqqında bacarıqlar əldə etmək üçün treninqlərdən keçəcəkdir.
Azərbaycanda təhsil işçiləri
üçün təlimlər
bu sahədə böyük təcrübəsi
olan "Mədəd"
təşkilatı tərəfindən
həyata keçirilir. Bu təşkilat
4 istiqamətdə təlimlər
aparır: "Müəllimlərin
peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi", "İntel - Gələcək
üçün təhsil",
"Elektron məktəb"
və "İnzibati-idarəetmə
heyəti üçün
İKT-nin təhsilə
tətbiqi" təlimləri.
Təlimlər vasitəsilə İKT-nin təhsilə tətbiqi üzrə nəzəri və praktik biliklər əldə edən müəllimlər arasında testləşdirmə keçirilir. Təlimlərin keçirildiyi dövrdə ilkin mərhələdə bu proses pilot formada olsa da, 2010-cu ildən sistemli olaraq təlimlərdə iştirak etmiş bütün təhsil işçiləri arasında keçilir. Testlərlə yanaşı, müəllimlərin təlimlərdə əldə etdiyi praktik bacarıqlar da yoxlanılır. Belə ki, təlim keçmiş təhsil işçiləri təlim proqramının məzmununa uyğun olaraq təqdimatlar, dərslər və layihələr hazırlayır, habelə kompüter proqramları ilə işləmə bacarıqlarını nümayiş etdirirlər.
"Mədəd" təşkilatının icraçı
direktoru Elbrus Zarbaliyevin sözlərinə
görə, təlimlərdə
iştirak edən müəllimlərin və
inzibati-idarəetmə heyətinin
təlim zamanı əldə etdikləri bilik və bacarıqlarını
müəyyən etmək
üçün qiymətləndirmə
vasitəsi kimi istifadə olunan testlər təlimin son günündə bütün
iştirakçılara paylanır
və onlar sərbəst şəkildə,
heç bir müdaxilə və müzakirə olmadan imtahan prosesində iştirak edirlər.
Obyektiv nəticələr
əldə etmək məqsədilə "Mədəd"
təşkilatı müntəzəm
olaraq test hissələrini
saxlamaqla sualları yeniləri ilə əvəz edir.
Hər təlim üzrə test suallarının sayı müəyyənləşdirilmiş və bir neçə variantda sual kitabçaları hazırlanmışdır. Təlim iştirakçılarının testdən əldə etdikləri nəticələr balla müəyyən olunur. Sertifikat əldə etmək üçün müvafiq təlim üzrə keçid balını toplamaq gərəkdir. Məhz testlər üzrə keçid balını toplayan müəllimlərə sertifikatlar verilir. Bu isə, öz növbəsində, müəllimlərin təlimlərdə verilən bilik və bacarıqlara yiyələnməsi üçün motivasiyadır. Çünki sertifikatlaşma onların gələcək əmək fəaliyyətində və çalışdıqları tədris müəssisəsinin rəhbərliyi tərəfindən qiymətləndirilməsi nöqteyi-nəzərdən vacibdir.
Sertifikatlaşmanın nəticələri regionlar üzrə müxtəlifdir. Məsələn, avqust, sentyabr və oktyabr aylarında Qazax rayonunun təlimdən keçən müəllimlərinin 87,9%-i, Beyləqan rayonunda isə 67,3%-i sertifikat əldə etmək üçün keçid balını toplamışdır. Həmin aylar Biləsuvarda yerləşən Cəbrayıl rayonu məcburi köçkün qəsəbələri üçün də təlimlər təşkil edilmiş və təlim iştirakçılarının 94,1%-i sertifikata layiq görülmüşdür.
Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbinin direktoru Vasif Rüstəmov inzibati işçilər üçün təlimlərin məzmunundan razı qaldığını bildirsə də, treninqin müddətinin artırılmasını məqsədəuyğun hesab etdi. Təlim müddətinin artırılması məzmunun daha yaxşı qavranılmasına kömək edə bilər. Onun fikrincə, testləşdirmə təlim vasitəsilə əldə edilmiş bilikləri obyektiv qiymətləndirir. Amma ilkin kompüter bilikləri olmayan və ya çox az olan təhsil işçiləri üçün təlim materiallarını qavramaq və testdən keçmək çətinlik törədir. Buna görə də ilkin kompüter savadı olmayan təhsil işçiləri üçün təlimlərin və testlərin fərqli olması arzuolunandır.
Bakı şəhərindəki 132-134 nömrəli
təhsil kompleksinin ibtidai sinif müəllimi
Tamilla Abdullayevanın
fikrincə, testləşdirmə
prosesi zəruridir. Onun
sözlərinə görə,
test vasitəsilə təlimdə əldə edilmiş biliklər obyektiv olaraq qiymətləndirilir. "Mədəd"
təşkilatı tərəfindən
keçirilən təlimlərin
səviyyəsini yüksək
qiymətləndirən T.Abdullayeva
təlimlərdə İKT-dən
təhsildə istifadəsi
üzrə real bacarıqların verildiyini
söylədi.
Valideynlər təlim keçmiş müəllimlərin İKT-dən tədrisdə daha effektiv istifadə etdiklərini qeyd edirlər. Onların "Elektron təhsil" jurnalına verdikləri məlumatlara görə, tədrisdə İKT-nin imkanlarından istifadə şagirdlərə dərsə daha böyük maraq göstərməyə və tədris materiallarını səmərəli mənimsəməyə kömək edir. Təlim keçən müəllimlərin testləşdirilməsinə mövqe bildirən valideynlər bu prosesin qiymətləndirmə üçün obyektiv bir meyar olduğunu söyləyirlər.
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.4.