Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub

  

Dekabrın 15-də Bakı şəhəri 177 nömrəli orta məktəbdə yazıçı-publisist Fatma Həsənqızının Qarabağ savaşının ilk könüllülərindən müharibə veteranı Baba Şükürovun həyatı döyüş yolundan bəhs edən "Döyüşçü fəryadı" kitabının təqdimat mərasimi, əsərin müəllifi qəhrəmanı ilə şagirdlərin görüşü keçirilib. Məktəbin akt zalında təşkil olunmuş tədbirdə Baba Şükürovun döyüş yoldaşı komandiri olmuş podpolkovnik Mehman Hüseynov, şairlər Ramiq Muxtar, Kəmalə Ağayeva, Güləmayıl İsayeva, Oqtay Zəngilanlı, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Mahirə Abbasova, Baba Şükürovun həyat yoldaşı Nərminə xanım digər qonaqlar iştirak edirdilər.

 

Mərasim iştirakçıları öncə məktəbin foyesində nümayiş olunan "Döyüşçü fəryadı" əsəri şagirdlərin gözü ilə" mövzusunda rəsm sərgisinə tamaşa etdilər. Məktəbin direktoru, əməkdar müəllim Həqiqə Məmmədova sərgi haqqında məlumat verərək bildirdi ki, tədris ocağının şagirdlərinin əksəriyyəti dərin hərbi-vətənpərvərlik ruhlu əsəri oxumuş ondan aldıqları təəssüratları çəkdikləri rəsmlərdə ifadə etmişlər. Sonra müsabiqə keçirilmiş ən yaxşı rəsm əsərləri sərgiyə təqdim olunmuşdur.

Qonaqlar habelə, məktəbin istedadlı şagirdi, gənc rəssam Sərxan Əmiraslanovun fərdi sərgisi və təqdimatı keçirilən əsərin müəllifi Fatma Həsənqızının həyat və yaradıcılığından bəhs edən fotostendlə də maraqla tanış oldular.

Təqdimat mərasimini direktor H.Məmmədova açaraq qonaqları salamladı, onları məktəblərində görməkdən məmnunluq duyduqlarını bildirdi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Süleymanova, Azərbaycan dili ədəbiyyat müəllimi Aynur Məlikova, tarix müəllimi Təranə Qurbanova musiqi müəllimi Aytən Muradovanın təşkilatçılığı yaxından köməyi ilə şagirdlərin təqdimatla bağlı hazırladıqları ədəbi-bədii kompozisiyanın indiyədək tədris ocağında keçirilmiş tədbirlərdən rəngarənglik keyfiyyət baxımından xeyli fərqləndiyini deyən H.Məmmədova belə tədbirlərin şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə güclü təsir göstərdiyini vurğuladı, onun təşkilində əməyi olanlara minnətdarlıq etdi. Sonra H.Məmmədova təqdimatı keçirilən kitab, onun müəllifi qəhrəmanından söz açaraq yüksək sənətkarlıqla qələmə alınan, Baba Şükürovun ağrılı-acılı həyat döyüş yolunu canlı lövhələrlə əks etdirən əsərin onda dərin təəssürat doğurduğunu söylədi.

Şagirdlər Dövlət himnimizi ifa etdilər. Onun ardınca dahi Üzeyir bəyin "Uvertüra" səsləndirildi. Sonra səhnə məktəbin istedadlı şagirdlərinin ixtiyarına verildi. Onlar əsərin məzmunu əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı böyük məharətlə təqdim etdilər. Öncə aparıcılar kitabın müəllifi Fatma Həsənqızı haqqında qısa məlumat verdilər. Sonra şagirdlər Vətənə, doğma Azərbaycanımıza həsr olunmuş şeirlər, mahnılar ifa etdilər, əsərin ayrı-ayrı hissələrindən hazırlanmış döyüş epizodlarından bəhs edən səhnəciklər göstərdilər. Onların çıxışları qonaqlar şagird yoldaşları tərəfindən alqışlarla qiymətləndirildi. Şəmistan Əlizamanlının uşaqların təqdim etdikləri ayrı-ayrı nömrələrin arasında ifa olunan "Hay ver mənə, cənab leytenant", "İgid əsgər, möhkəm dayan!" s. kimi vətənpərvərlik ruhlu mahnıları tədbiri daha da rövnəqləndirdi.

Ədəbi-bədii kompozisiya başa çatdıqdan sonra söz qonaqlara verildi. Təqdim olunan kitabın canlı qəhrəmanı Baba Şükürov, onun döyüş yoldaşı,  C.Naxçıvanski adına liseyin məzunu, Əfqanıstan müharibəsinin iştirakçısı, Qarabağ uğrundakı döyüşlərdə könüllülərdən ibarət alayın komandiri olmuş, ehtiyatda olan podpolkovnik Mehman Hüseynov çıxış edərək tədbirin yüksək səviyyədə, təsirli hazırlandığını qeyd etdilər məktəbin kollektivinə minnətdarlıqlarını bildirdilər.

Yazıçı-publisist Fatma Həsənqızı kitab üzərindəki işindən söz açaraq qəhrəmanının ailəsini yaxından tanıdığını, onun keçdiyi qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolunun gənclər üçün örnək olduğunu söylədi. Kitabının maraqlı formada təqdimatı görüş üçün məktəbin rəhbərliyinə təşəkkür etdi.

Oqtay Zəngilanlı, Ramiq Muxtar, Kəmalə Ağayeva başqaları çıxışlarında tədbirdən çox təsirləndiklərini bildirdilər, kitabın məziyyətlərindən söz açdılar, onun qəhrəmanı ilə əyani görüşün şagirdlərin tərbiyəsinə olduqca müsbət təsir etdiyini söylədilər.

 

Yusif ƏLİYEV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.5.