Tələbə elmi konfransı
Azərbaycan
Dövlət İqtisad
Universitetinin "Maliyyə-1" fakültəsində Tələbə
Elmi Cəmiyyətinin
fakültə tələbə
elmi konfransı keçirildi.
Maliyyə və vergi ixtisasları üzrə təhsil alan tələbələrin və professor-müəllim heyətinin qatıldığı tədbiri təşkilat komitəsinin sədri, "Maliyyə-1" fakültəsinin dekan əvəzi Ü.Əliyev açaraq, konfransın məqsədi barədə məlumat verdi. Tədbirdə 31 tələbənin məruzəsi dinlənildi. Tələbələrin seçdikləri aktual mövzular, həm onların elmi rəhbərlərinin, həm də təşkilat komitəsinin böyük marağına səbəb oldu.
Təşkilat komitəsi tərəfindən I yerə layiq görülən Tural Qayıbov Azərbaycanda fond bazarının artım dinamikası və son illərdə müşahidə olunan dəyişikliklər haqqında apardığı tədqiqatlardan danışaraq tələbə və müəllimlərin mövzu ətrafında olan suallarını cavablandırdı. II yerin sahibi Fərhad Qarayev "Sığorta bazarının inkişafı", III yerə layiq görülmüş Elçin Mahmudov "Xarici iqtisadi fəaliyyətin vergi tənzimlənməsi" mövzularında məruzə etdilər. Bundan əlavə, Nigar İsmayılova II, İlahə Gülməmmədova və Əzizə Zeynalova III yerlərə layiq görüldülər. Digər iştirakçı tələbələrə isə sertifikatlar verildi. Tələbələrin gördükləri işi onların böyük uğurlarından biri olduğunu vurğulayan əməkdar iqtisadçı, professor B.Xankişiyev dinlənilən mövzuların tələbələrin gələcəkdə diplom işi kimi seçilməsinin mümkünlüyündən danışdı. Sonda iştirakçıların məruzələrinin toplu halında çap olunması tövsiyə olundu.
Məhəmməd ZEYNALLI
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.5.