İnklüziv təhsil günün tələbidir

 

Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə  yalnız inklüziv təhsil yarada bilər.  Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən biri olub, hazırda Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

 

Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya  ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil edilir.

Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" (2005-2009-cu illər) təsdiq edilmiş, Azərbaycan Respublikası təhsil nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanmışdır.

Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Müəllimlər İnstitutunun tədbirlər planı hazırlanıb təsdiq edilmişdir.

Proqramda inklüziv təhsilin mərhələlərlə keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın tələblərindən irəli gələn vəzifələrlə əlaqədar AMİ- bir sıra işlər görülmüşdür. Belə ki, "Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklüziv təlimə verilən tələblərin peşəkarcasına işlənib hazırlanması" mövzusunda beynəlxalq təşkilat tərəfindən AMİ onun filiallarının metodistləri, kafedra müəllimləri üçün seminar təşkil edilmiş seminar iştirakçılarına sertifikat verilmişdir.

Təhsildə innovasiya kabineti Sumqayıt ŞTŞ-ın tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdirləri tərbiyəçiləri üçün "Məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" mövzusunda seminar təşkil etmişdir.

Həmin kabinetin metodistlərindən bir neçəsi MTTYM- "İnklüziv təhsil üzrə mentorların hazırlanması" mövzusunda seminarın iştirakçısı olmuş inklüziv təhsil üzrə mentorluq sertifikatı almışdır.

Kabinetin metodistlərindən M.Rəhimovanın "Məktəbəqədər təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" (inklüziv təhsil) adlı metodik tövsiyəsi İ.Həsənovanın "Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası" mövzusunda metodik vəsaiti hazırlanmışdır.

KİV-də "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" mövzusunda məqalələr dərc edilmişdir.

Təhsildə innovasiya kabinetinin metodistləri tərəfindən müntəzəm olaraq inklüziv təhsil tətbiq edilən körpələr evi - uşaq bağçalarında ümumtəhsil məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqları məşğələ dərs prosesində müşahidə edib yerlərdə tərbiyəçilərə müəllimlərə metodiki köməklik göstərilir.

Proqramın tələblərindən irəli  gələn vəzifələrin davamı olaraq AMİ-nin rektoru, Milli Məclisin üzvü, professor A.Naxçıvanlının təşəbbüsü ilə institutda "İnklüziv təhsil günün tələbidir" mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor A.Naxçıvanlı inklüziv təhsilin bu günün vacib məsələlərindən olduğunu qeyd etdi. Aqiyə xanım təhsilin bütün cəmiyyətlərin, xüsusilə demokratik cəmiyyətin ən zəruri komponentlərindən olan bu sahənin təhsilimizin qurucusu, ümummilli lider Heydər Əliyevin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğuladı.

Konfransın işinə bir sıra beynəlxalq təşkilatlar - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi, YUNİSEF, "Dünyaya baxış" Təşkilatı, Azərbaycana Birgə Yardım Təşkilatı, "Müşfiq" təşkilatı, "Çıraq" Uşaq İnkişaf Mərkəzi və digərləri qoşulmuş, onların, həmçinin Təhsil Nazirliyinin  əhatə etdiyi Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin xüsusi qayğıya ehtiyacı olan uşaq bağçası və məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Konfransda Təhsil Nazirliyindən De-institutlaşdırma şöbəsinin rəisi Məlahət Hacıyeva, Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Strateji təhlil və  planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi Musa Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Müslüm Qəzənfərov, BŞTİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəminə Əliqızı, Bakı Tibbi Pedaqoji Komissiyanın sədri Bəhruz İmanov,  Məktəbəqədər şöbənin məsləhətçisi Gülsüm Hüseynova və b. iştirak edirdilər.

Müasir Təhsil Tədrisə Yardım Mərkəzi tərəfindən konfrans iştirakçılarına metodik vəsaitlər paylanmışdır. Konfransın işində KİV nümayəndələrinin iştirakı təmin edilmişdir.

Plenar iclasda dinlənilən 8 məruzə ətrafinda müzakirələr aparıldı   bir sıra təkliflər irəli sürüldü.Təkliflər müzakirə edildi ümumiləşdirmələr aparılaraq aşağıdakıların nəzərə alınması əlaqədar təşkilatların nəzərinə çatdırılması məqsədəmüvafiq hesab edildi:

* İnklüziv təhsilə qoşulan məktəb uşaq bağçalarında işləmək üçün loqoped, psixoloq defektoloq ştatları verilsin;

* Ali təhsil, orta ixtisas, ilk  peşə-ixtisas təhsili  müəssisələrində inklüziv təhsilin layihəsi hazırlansın;

* İnklüziv təhsilə aid metodik əyani vəsaitlər hazırlansın;

* AMİ onun filiallarında psixoloq hazırlığı gücləndirilsin;

* Müəllim köməkçilərinin hazırlanması üçün ixtisasartırma fakültələrində kurslar təşkil edilsin;

* Mətbuat informasiya vasitələrində maarifləndirmə təbliğat işi gücləndirilsin;

* Uşaq bağçaları məktəblərin qabaqcıl təcrübəsi öyrənilsin, ümumiləşdirilsin yayılsın;

* Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul olan müəllimlər müəllim köməkçiləri üçün treninq seminarların keçirilməsi təmin edilsin;

* İnklüziv təhsillə işləyən müəllim, müəllim köməkçisi tərbiyəçilərin aylıq maaşında fərq nəzərə alınsın;

* Regionlarda inklüziv mərkəzlərin sayı artırılsın;

* İcma halında mərkəzlər yaradılsın bütün fənlər üzrə müəllimlər treninqlərə cəlb edilsinlər;

* İnklüziv uşaqların təhsil alması üçün xüsusi tipli məktəblər tikilsin;

* Sosial işlə bağlı kurslar təşkil edilsin;

* İnklüziv uşaqların həyatı davamlı olaraq izlənilsin;

* Valideynlər üçün maarifləndirmə kursları təşkil edilsin.

Təhsil sahəsində İslahat Proqramının prinsipləri təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi, onun təlim - tərbiyə prosesində əsas subyektə çevrilməsini, hər bir uşağa demokratik yanaşmağı tələb edir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək dövrün, zamanın demokratik cəmiyyətin tələbidir.

 

Eldəniz İSMAYILOV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.5.