Azərbaycanda innovativ

 müəllimlər müsabiqəsi elan olundu

 

Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda innovativ müəllimlər müsabiqəsini elan etdi. Müsabiqə Təhsil Nazirliyinin Microsoft korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq "Ultra", Mədəd, HP AzEduNet-in dəstəyilə keçirilir.

Müsabiqənin məqsədi orta məktəblərin  ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərinin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya - "Məzmunda innovasiyalar" "Tərəfdaşlıqda innovasiyalar" üzrə keçiriləcəkdir.

"Məzmunda innovasiyalar" nominasiyası innovasiya yanaşmasının informasiya texnologiyalarının yardımı ilə dərs materiallarını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.

"Tərəfdaşlıqda innovasiyalar" nominasiyası müəllim, şagird, məktəb, valideyn s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcəkdir.

İki mərhələdən ibarət olacaq bu müsabiqəyə layihələrin qəbulu gələn il yanvarın 15-də başa çatacaq. Müsabiqə haqqında ətraflı məlumatı www.itn-az.spaces.live.com saytından öyrənmək olar. 

"Təhsildə əməkdaşlıq" proqramı üzrə "Microsoft Azərbaycan" şirkətinin meneceri Emin Axundovun sözlərinə görə, müsabiqənin mütləq şərti təqdim olunan layihənin artıq tətbiq olunmasından ibarətdir. Layihənin yararlığının təsdiqi kimi onun tədris prosesində artıq uğurla istifadə olunmasıdır. Ona görə müsabiqə şərtlərindən biri həmin layihədə şagird əməyinin olması şagirdlərin layihəyə cəlb olunmasıdır. Qalibləri müəyyən edən zaman mütəxəssislərin rəyi ilə yanaşı, həmçinin valideyn jürisinin mövqeyi nəzərə alınacaq.

Müsabiqənin qalibləri Moskvada 2011-ci ilin 22-24 mart tarixlərində keçiriləcək Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.1.