Uorvik Universiteti
Yerləşir: Böyük Britaniya,
İngiltərə, Koventri
şəhəri
Yaranma tarixi: 1965-ci il
Tipi: Dövlət
İllik
gəlirləri: 375656000
funt-sterlinq
İllik
xərcləri:
374377000 funt-sterlinq
İşçi
heyəti: 4992 nəfər
Tələbələrin
ümumi sayı: 21598 nəfər
Rəsmi saytı: www.warwick.ac.uk
Uorvik Universiteti (
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Uorvik Universiteti
100 ən yaxşı ali məktəb
arasında 58-ci yerdə sıralanıb. "QS World University
Rankings"in açıqlamasına görə, 2010-cu
ildə dünyanın ən nüfuzlu universitetləri
arasında Uorvik Universiteti 53-cü yerdə
qərarlaşıb. 2010-cu il üzrə
"Times Higher Education World University Rankings"in 200
universitetdən ibarət olan reytinq cədvəlinə Uorvik
Universiteti daxil edilməyib.
Tarixi
İkinci Dünya
müharibəsindən sonra Böyük Britaniyanın Koventri
şəhərində universitet yaradılması ideyası
müzakirə edilir. Universitet Koventri və Uorvikşir qraflıqları
arasında yerləşdiyindən ali
məktəbin yaradıcıları onun Koventri və ya
Uorvikşir adlandırılması ilə bağlı
mübahisə edirlər. Bu ali
məktəb Koventri şəhərində yerləşsə
də, Uorvik adlandırılır. Uorvik
şəhəri isə Koventri şəhərindən 13 km
cənub-qərbdə yerləşir. Böyük
Britaniya hökuməti 1961-ci ildə universitetin
yaradılmasına icazə verir və bu qərar 1965-ci
ildə Kral xartiyası ilə təsdiq edilir. Həmin ilin oktyabrında Uorvik Universitetinə 450
tələbə qəbul olunur.
1979-cu ildə universitet
keçmiş Koventri Pedaqoji Kollecinin ərazisini əldə
edir, bununla yanaşı kollecin yaxınlığındakı
torpaq sahələrini də alır. Universitet Cek Martin
ailəsinin xeyriyyə yardımları nəticəsində
xeyli gəlir qazanır və bu yardım hesabına Uorvik
İncəsənət Mərkəzini yaradır.
Universitetin ərazisi Koventri şəhərindən
Uorvikşir qraflığına qədər
genişlənərək 2,8 km2 olur. 2000-ci ilin sentyabrında universitetin Tibb Məktəbi
açılır və ilk tələbələrini qəbul
edir. 2004-cü ildə bu məktəbi 64
məzun bitirir. Həmin ilin oktyabrında
məktəbə 403 tələbə qəbul edilir. 2007-ci ildən Uorvik Universiteti tibb üzrə elmi
dərəcə vermək hüququ alır.
2000-ci ilin dekabrında
ABŞ prezidenti Bill Klinton Böyük Britaniyanın baş
naziri Toni Bleyerin tövsiyəsi ilə Uorvik Universitetini
özünün sonuncu ən böyük xarici siyasi
çıxış arenası kimi seçir. Bill Klintonu
burada xanımı Hillari Klinton və qızı Çelsi
Klinton müşayiət edir.
Büdcəsi
və təhsil haqqı
2009-2010-cu tədris ilində
Uorvik Universitetinin illik gəlirləri 375656000 funt-sterlinq olub. Gəlirlərin 115858000-ni
təhsil haqqı və s. vergilər, 86822000-ni maliyyə
yardımları, 72979000-ni tədqiqat sazişləri,
98244000-ni isə digər əməliyyat gəlirlərinin
payına düşüb.
Həmin il ali məktəbin
xərcləri 374377000 funt-sterlinq olub. Bu
məbləğin 203841000-ni işçi heyətin
əməkhaqqı və s., 19849000-ni amortizasiya
(avadanlığın işlənməsi nəticəsində
get-gedə onun qiymətinin azalması, borcun tədricən
ödənilməsi) xərcləri, 148977000-ni isə digər
məsrəflər təşkil edib.
Uorvik
Universitetində yerli və Avropa Birliyinə daxil olan
ölkələri təmsil edən və əyani oxuyan
tələbələrin təhsil haqqı ildə 3290
funt-sterlinqdir. Əcnəbi tələbələrin
təhsil haqqı isə Band 1 kursları üzrə 11500, Band
2 kursları üzrə 15000, Tibb Məktəbində 1 il
təhsil alan əcnəbi tələbələr
üçün 13720, 2-4 il təhsil alan tələbələr
üçün isə 24990 funt-sterlinq təşkil edir.
Uorvik Universitetində 1 il təhsil almaq
üçün tələbəyə təhsil
haqqını çıxmaq şərti ilə,
təxminən 9000 funt-sterlinq lazım gəlir. Dünyanın
digər ali məktəblərində
olduğu kimi, burada da tələbələrə kredit və
təqaüdlər təklif edilir. Ailə büdcəsi
ildə 25001 funt-sterlinqdən aşağı olan, ailəli,
uşaqlı yerli tələbələrə ildə 2906 funt-sterlinq
dəyərində maddi yardım verilir. Ailə
büdcəsi ildə 36000 funt-sterlinqdən aşağı
olan yerli tələbələr ildə 1500 funt-sterlinq
təqaüd alır. Uorvik Universiteti
bakalavr pilləsində oxuyan əcnəbi
tələbələrə təqaüd vermir, onlar
təqaüdü öz dövlətləri
tərəfindən alırlar. Əcnəbi
tələbələr təqaüdlər haqqında
məlumatı ölkələrinin Təhsil Nazirliyindən
və ya Britaniya Şurasının yerli ofislərindən
əldə edə bilərlər. Uorvik
Universitetinin Beynəlxalq İdarəsi magistratura
pilləsində ödənişli oxuyan və yüksək
nəticələr göstərən əcnəbi
tələbələrə 20000 funt-sterlinq təqaüd
təklif edir. Uorvik İstehsalat Qrupu 2010-2011-ci tədris
ili üzrə Mərkəzi Asiya, Qafqaz və Rusiyadan olan
magistrantlar üçün 3000, 5000 funt-sterlinq təqaüd
ayırıb. Bu təqaüdü almaq
üçün idarəyə ərizə ilə
müraciət etmək lazımdır. Ərizələr
2011-ci ilin 30 iyun tarixinədək qəbul ediləcək.
Universitetdə əcnəbi doktorant və
tədqiqatçılar üçün ən geniş
təqaüd imkanları mövcuddur. Onlara
ildə 13590, 14600 funt-sterlinq dəyərində
təqaüdlər təklif olunur.
Universitet bu
gün
Uorvik Universiteti adını daşıdığı
Uorvik şəhərində deyil, Koventri
şəhərindən 5,5 km
cənub-qərbdə yerləşir. Universitet
üç kampusdan ibarətdir (Mərkəzi, Gibbet Hill,
Vestvud) və ümumilikdə 290 hektar ərazini əhatə
edir. Kiçik şəhəri
xatırladan səs-küylü kampuslarda mağazalar, banklar,
bar və restoranlar, bərbərxanalar, apteklər,
tələbələrin ehtiyaclarına cavab verən
şərait mövcuddur. Universitetin
1960-cı illərdə tikilmiş və daha müasir
binaları orta əsrlər, klassik memarlıq üslublarından
fərqlənir. Ali məktəbin əsas
binası əvvəllər Milli Şəbəkə
Qərargahı olub və 2003-cü ildə universitet
rəhbərliyi tərəfindən alınıb. Hazırda həmin tikili Universitet Evi adlanır və
universitetin əsas binası kimi fəaliyyət
göstərir. 2008-ci ilin martında Vestvud
şəhərciyində örtülü tennis mərkəzi
tikilib. Həmin ilin avqustunda isə Baş nazir Qordon Braunun
təşəbbüsü sayəsində universitetin
ərazisində Rəqəmsal Laboratoriya açılıb. 2009-cu ilin yazında universitetin
İncəsənət Mərkəzi, 2010-cu ildə isə
Tələbə Təşkilatının yenidən
tikilmiş binası istifadəyə verilib.
Mərkəzi və Gibbet
Hill kampuslarının arasında Tosil meşəsi
yerləşir. Meşədə bir kampusdan
digərinə piyada getmək üçün 10-12
dəqiqə vaxt sərf etmək lazım gəlir. Kampusun ərazisindəki meşələr,
göllər, bağ və parklar, yaşıl
çəmənlər, zəngin canlı aləm burada
tədqiqat aparmaq üçün ideal şərait
yaradır. Uorvik Universitetinin kampusu
Böyük Britaniyanın ən gözəl tələbə
şəhərciyi elan olunub.
Uorvik Universitetində aşağıdakı
fakültələr fəaliyyət göstərir:
İncəsənət fakültəsi tarixi, ədəbi,
tamaşa, vizual mədəniyyətlər sahələri
üzrə geniş tədqiqatlar həyata keçirir. Fakültə Qədim
və klassik tarix, İngilis və müqayisəli
ədəbiyyatşünaslıq, Kino və televiziya
tədqiqatları, Fransa, Almaniya, İtaliya tədqiqatları,
Tarix və müqayisəli Amerika tədqiqatları,
İncəsənətin tarixi, Teatr, tamaşa və
mədəniyyət siyasəti tədqiqatları, eləcə
də Fəlsəfə departamentlərindən, Karib,
Mədəni Siyasət tədqiqatları, Qlobal Tarix və
Mədəniyyət, Humanitar Tədqiqatlar, Tibbin Tarixi,
İntibahın Öyrənilməsi, Tərcümə və
Müqayisəli Mədəniyyətşünaslıq
elmi-tədqiqat mərkəzlərindən ibarətdir.
Dəqiq Elmlər fakültəsi modelləşdirmə və
simulyasiya, sistemlər biologiyası, enerji və sabit
inkişaf, mürəkkəblik elmi, əlavə materiallar,
riyaziyyat, bitki və mikroorqanizmlər elmləri üzrə
nano və makro tədqiqatlar aparır. Fakültə
çərçivəsində Biologiya, Kimya, Riyaziyyat, Fizika,
Mühəndislik, Psixologiya, Statistika, Kompüter elmləri,
Sistem biologiyası, Uorvik HRI departamentləri, Əlavə Materiallar,
Mürəkkəblik Kompleksi, İnterfeyslər və
Materiallar, Statistik Metodologiya Tədqiqatları, Elmi Hesablama,
Maye Dinamikası, Riyaziyyat, Risk Təşəbbüsü
və Statistik Konsultasiya Vahidi, Uorvik İnnovativ İstehsal
elmi-tədqiqat mərkəzləri,
Kütləvi Spektrometriya İnstitutu mövcuddur.
İctimai Elmlər fakültəsi uşaqlar, uşaqlıq və
gənclik, qloballaşma, idarəetmə, sağlamlıq
və rifah, miqrasiya, diaspora, transmillilik və eynilik,
əmək və məşğulluq sahələri üzrə
nəzəri və tətbiqi tədqiqatlar aparır. Fakültəyə İqtisadiyyat,
Təhsil, Səhiyyə və sosial tədqiqatlar, Hüquq,
Fəlsəfə, Siyasət və beynəlxalq tədqiqatlar,
Sosiologiya departamentləri, Uorvik Biznes Məktəbi,
Təhsilin İnkişafı, Qiymətləndirmə və
Tədqiqat, Təhsil və Sənaye, Məşğulluq
Tədqiqatları, İngilis Dili Pedaqoji Təhsili,
Qloballaşma və Regionlaşdırma elmi-tədqiqat
mərkəzləri daxildir. Uorvik Biznes Məktəbi Menecment
Təhsili Beynəlxalq Assosiasiyası tərəfindən
təyin edilmiş
Böyük Britaniya ilk biznes məktəbidir. Həmçinin məktəb MBA
Assosiasiyasının üzvüdür.
Tibb
fakültəsində xərçəng və palliativ (xəstəliyi
sağaltmayıb yalnız müvəqqəti
yüngüllük verən dərman) yardım,
ürək-damar xəstəlikləri, uşaq sağlamlığı,
mürəkkəblik və səhiyyə, diabet, elektron
səhiyyə, fövqəladə vəziyyət və intensiv
qayğı (terapiya), etnik mənsubiyyət və
sağlamlıq, psixi, metabolik sağlamlıq, metodologiya, ilkin
yardım, səhiyyə, təkrar istehsal və s. sahələr üzrə
geniş tədqiqatlar həyata keçirilir.
Fakültənin nəzdində Uorvik Tibb Məktəbi,
Kliniki Elmlər, Sağlamlıq Elmləri tədqiqatları
institutları, Tibbi Təhsil, Etika və İdarəetmə,
Biotibbi Tədqiqatlar mərkəzləri fəaliyyət
göstərir. Uorvik Tibb Məktəbi
universitetin bir çox bölmələri ilə birgə
fəaliyyət göstərərək beynəlxalq
səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Uorvikşir NHS Trust
universitet xəstəxanaları, Uorvikşir Diabet,
Endokrinologiya və Metabolizm İnstitutu ilə
əməkdaşlıq edir.
Uorvik
Universitetinin kitabxana sisteminə
Universitet Evində yerləşən Əsas və
fakültə kitabxanaları daxildir. Əsas kitabxanada 1,2 milyon cild kitab, 30000-dən çox elektron
jurnal, arxiv və Müasir Hesabat Mərkəzi mövcuddur. Bu
kolleksiyaya hər il 26500-ə qədər
yeni material əlavə olunur. Kitabxananın 25000-dən
çox qeydə alınmış istifadəçisi və
150-dən çox əməkdaşı var. 5
mərtəbəli binada yerləşən Əsas
kitabxananın 1-ci mərtəbəsində ümumi xidmət
göstərilir, 2-ci mərtəbəsində dəqiq
elmlər, 3-cü mərtəbəsində
incəsənət, 4-cü mərtəbəsində
təhsil, hüquq, statistikaya aid materiallar, rəsmi
sənədlər, 5-ci mərtəbəsində isə ictimai
elmlərə aid materiallar toplanıb. Tibb
sahəsinə aid olan kolleksiya tibb fakültəsinin
binalarında saxlanır. Kitabxananın
veb-saytında buradakı kolleksiya, verilənlər bazası,
elektron jurnal, xidmət və personal barədə informasiya
təqdim olunub. İstifadəçilər
veb-sayta daxil olaraq axtardıqları materialı əldə
edə bilərlər.
Uorvik İncəsənət
Mərkəzi Böyük Britaniyanın Londondan kənarda
yerləşən ən böyük mədəniyyət
mərkəzidir. Mərkəzdə hər il
3000-dən çox müxtəlif tədbir keçirilir
(klassik və müasir musiqi, dram, rəqs, komediya, film və
təsviri incəsənət). Mərkəzin
ildə 300000-dən çox ziyarətçisi olur.
Mərkəzdə konsert zalı, iki teatr, kinozal, Mid
qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks
otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası
və s. mövcuddur. Mərkəzin Battervort
zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir.
Uorvik İncəsənət Mərkəzinin
girişində rəssam Lilian Lijna aid müasir
incəsənət əsəri olan Ağ Koan yerləşir.
6 metr hündürlüyündə olan ağ
rəngli koan flüoressensiya (işıqlanma təsiri
altında bəzi cisimlərin işıqvermə xassəsi)
lampaları ilə elliptik işıqlandırılmaya malikdir
və elektrik mühərrikin köməyi ilə
fırlanır. Koan cavabsız suallar ətrafında buddistlərin
axtarışlarını təcəssüm etdirən
abidədir. Koan
1971-ci ildə Plimutda Piter Stayvesant Fondu Şəhər
Abidə Layihəsinin bir hissəsi kimi yaradılıb. Daha sonra koan Londonda Heyvord Qalereyasında
yerləşdirilib, 1972-ci ildə isə Uorvik Universiteti
tərəfindən alınıb.
Uorvik Universitetinin rəhbərliyinə kansler,
vitse-kansler, vitse-kanslerin müavini, 4 pro-vitse-kansler -
fakültələrin dekanları, Ali Təhsil (magistratura
və doktorantura) Şurasının sədri, katib, katibin
müavini və maliyyə direktoru daxildir. 2008-ci
ildən universitetin kansleri hüquq elmləri doktoru Riçard
Lambertdir. Kansler formal olaraq universitetin
rəhbəri hesab edilir. Onun əsas
vəzifəsi universitetin adından elmi
dərəcələr vermək, Böyük Britaniyada və
xaricdə universitetin maraqlarını qorumaq, universitetin
inkişafı üçün maliyyə vəsaiti
toplanmasına nəzarət etməkdən ibarətdir. Ali məktəbin vitse-kansleri professor Naycel Trift, onun
müavini isə professor Mark Smitdir. Uorvik
Universitetində ümumilikdə 4992 nəfər işçi
çalışır. Onların 1046
nəfərini akademik heyət, 702 nəfərini
tədqiqatçı, qalanlarını isə inzibati heyət
təşkil edir.
Universitetdə təhsil alan tələbələrin ümumi sayı
21598 nəfərdir. Tələbələrin
12510 nəfəri bakalavr, 9088 nəfəri isə magistratura
və doktorantura pillələrində oxuyanlardır. Uorvik Universitetində dünyanın 120-dən
çox ölkəsindən 5743 tələbə təhsil
alır.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Uorvik Universitetinin beynəlxalq
kooperasiya hüququ fakültəsinin magistratura
pilləsində Lalə Rüfət qızı
Səfərəliyeva, hüquq fakültəsinin bakalavr
pilləsinin III kursunda İlqar Bəkir oğlu Qasımlı
təhsil alırlar. Rüstəm Elçin oğlu Şərifov isə bu il universitetin informasiya sistemləri
fakültəsinin magistratura pilləsinin məzunu olub.
Uorvik Universitetində
tələbələrin həyatı iki fazaya
bölünür. Birinci kurs tələbələri,
adətən, kampus ərazisində yaşayır və
Tələbə Təşkilatının təşkil etdiyi
çərçivədə həyat tərzi
sürürlər. Uorvik Universitetinin
Tələbə Təşkilatı Böyük
Britaniyanın ən böyük təşkilatlarından
biridir və hazırda 260 cəmiyyət, 76 idman klubundan
ibarətdir. Tələbə
Təşkilatı iki binada - Cənub və Şimal
təşkilat binalarında yerləşərək
fəaliyyət göstərir. Sonrakı
illər isə gənclər daha çox kampusdan kənarda
Liminqton Spa, Kenilvort, Erlsdon, Kanli və ya Koventridə
qalmağa üstünlük verirlər. Kampus
ərazisində tələbə və müəllimlərin
istirahətlərini təmin etmək üçün 25
metrlik hovuz, iki idman kompleksi, trenajor zalları, skvoş
(bağlı yerdə iki və ya dörd nəfərdən
ibarət xatırladan raketka oyunu, tennisi xatırladan idman
növü) kortları, 400 metrlik atletika stadionu mövcuddur.
Kampus ərazisində yerləşən kafe
və restoranlarda tələbələr günün
istənilən vaxtı xoşladıqları təamlardan dada
və istirahət edə bilərlər. Burada
verilən bütün içki və qidalara Tələbə
Təşkilatı və Uorvik Qonaqpərvərlik
İdarəsi nəzarət edir.
Uorvik Universiteti yetərincə tələbə
yerləşdirə biləcək yataqxanalara malikdir. Bunlar bakalavrlar
üçün nəzərdə tutulmuş Artur Vik,
Benefaktors, Kleykroft, Krifild, Heronbank, Harst, Cek Martin, Leyksayd,
Redfern, Ruts, Beynəlxalq Ev, Tosil, Vestvud, Uaytfilds, eləcə
də magistrant və doktorantlar üçün Kleykroft,
Leyksayd, Heronbank, Tosil yataqxanalarıdır. Yataqxanaların
bütün otaqları sürətli İnternet
şəbəkəsinə qoşulub və lazımi
şəraitlə təmin edilib. Hər
bir otağın mətbəxi var. Kampus ərazisindəki
yataqxana otaqlarının qiyməti 2220 (30 həftəlik) -
4524 (39 həftəlik) funt-sterlinq arasında dəyişir.
Odəniş hər semestrin əvvəlində
edilməlidir. Su, işıq, istilik sistemi, qaz,
İnternet və s. xidmətlər üçün
ödəniş otaq qiymətinə daxildir.
Hazırda kampus
ərazisində ümumilikdə 5778 otaq mövcuddur. 2011-2012-ci
tədris ilində yeni yataqxana istifadəyə verildikdən
sonra bu rəqəmin 6283-ə qədər artacağı
planlaşdırılır. Yataqxanalar
tərbiyəçilər və nəzarətçilər
tərəfindən idarə olunur, sakinlərin
təhlükəsizliyi və rahatlığına xüsusi
diqqət yetirilir. Yataqxanalarda siqaret
çəkmək qadağandır. Kampus
ərazisində müəllim və qonaqlar üçün
də yataqxana və qonaq evləri yerləşir.
Uorvik Universiteti Böyük
Britaniyanın gənc universiteti olmasına baxmayaraq, dünyada
özünə yetərincə yüksək akademik
şöhrət qazanıb. Universitetin missiyası
tədqiqat və təhsil sahəsində dünya liderinə
çevrilmək, insan anlayışı diapazonunu
əhəmiyyətli dərəcədə
yüksəltmək, mədəni və iqtisadi inkişafı
sürətləndirmək, burada həyata keçirilən
tədqiqatlardan hər bir kəsin bəhrələnməyini
təmin etməkdən ibarətdir.
Uorvik Universitetinin nailiyyətlərini
möhkəmləndirən və onu daha uğurlu
fəaliyyətə təhrik edən əsas
dəyərlər bunlardır: üstünlük, ambisiya
və stimul, sahibkarlıq qabiliyyəti, kosmopolitizm,
peşəkar xidmət, sadəlik, birlik və
sərbəstlik. 2015-ci ildə Uorvik Universiteti
50 illik yubileyini qeyd etməyə hazırlaşır.
Yubiley mərasiminədək ali
məktəb qarşısında bir sıra
məqsədlər qoyub və hazırda bununla bağlı
mühüm işlər həyata keçirir.
Universitetin
məşhur məzunları
Yakubu Qovon
Nigeriyanın sabiq prezidenti
Valentina Ştrasser Syerra-Leone Respublikasının
(Afrika) sabiq rəhbəri
Terrorizmlə
Mübarizə, Cinayət və Mühafizə naziri
Kim Hauells Böyük Britaniyanın xarici işlər naziri
Devid Devis Britaniya Mühafizəkarlar
partiyasının siyasətçisi
Baronessa Amos Avropa İttifaqının
Afrika İttifaqında (53
Afrika dövlətindən
ibarət) xüsusi nümayəndəsi,
Böyük Britaniya lordlar palatasının sabiq
lideri
Baronessa Morris Böyük Britaniyanın təhsil məsələləri
üzrə sabiq
dövlət katibi, Leyborist partiyasının üzvü
Çan Yun Han Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü
Corc Saitoti Keniyanın sabiq
vitse-prezidenti
Devid Li Şərqi Asiya bankının sədri və baş
icraçı direktoru
Corc Kanyeihamba Uqanda prezidentinin hüquq məsləhətçisi
Merfin Cons BBC İdarəçilər
Şurasının üzvü, Banqor
Uels Universitetinin vitse-kansleri
Ouayn Ceyms Milli Tələbə Təşkilatının sabiq
prezidenti
Tomas Samner (Stinq) məşhur musiqiçi
Tom Solesbari avarçılıq üzrə
Olimpiya çempionu
Stiv Heyuey "Liverpul" klubunun futbolçusu
Mark Hyuz
futbol meneceri
Hazırladı:
Lamiyə
ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.16-17