"Xaricdə təhsil"
sərgisi
Dekabrın
17-də Bakı Dövlət
Universitetinin və Bakı Təhsil Məlumat Mərkəzinin
birgə təşkilatçılığı
ilə BDU-da "Xaricdə təhsil" sərgisi keçirilib.
Tədbiri giriş
sözü ilə açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl
Əliyev Azərbaycanın elm və təhsil sisteminin sürətlə
inkişaf etdiyini və dünya təhsil sisteminə inteqrasiya olunduğunu bildirdi. O,
"Xaricdə təhsil"
sərgisinin məqsədinin
bütün maraq göstərən şəxslərə
və təşkilatlara
gənclərin xaricdə
təhsil almaq imkanları haqqında lazımi məlumat verməkdən ibarət olduğunu nəzərə
çatdırdı.
Sonra söz təhsil nazirinin müavini Elmar Qasımova verildi. Nazir müavini belə sərgilərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini vurğuladı. E.Qasımov qeyd etdi ki, sərgilər azərbaycanlı tələbələrin xarici ölkələrin təhsil müəssisələrini seçmələrində böyük rol oynayır. E.Qasımov qeyd etdi ki, xaricdə müxtəlif proqramlar üzrə təhsil almaq istəyən Azərbaycan vətəndaşları bu sərgi vasitəsilə istək və imkanlarına uyğun tədris müəssisələri ilə əlaqələrini sərbəst şəkildə qura biləcəklər. Təhsil Nazirliyi xaricdə təhsillə bağlı Dövlət proqramı çərçivəsində vətəndaşlara hər cür yardım göstərməyə hazırdır. O, tələbələrimizin xaricdə daha aktiv şəkildə təhsil alacaqlarına və gələcəkdə yüksək ixtisaslı kadrlar kimi vətənə qayıdaraq respublikamızın inkişafına töhfələr verəcəklərinə ümidvar olduğunu bildirdi.
Tədbirdə iştirak edən
20-dən artıq müəssisənin
nümayəndələri öz
təhsil proqramları
və fəaliyyətləri
haqqında məlumat verərək, sərgi iştirakçılarını materiallarla və bukletlərlə təmin etdilər.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.3.