Ədəbi-bədii kompozisiya

 

 Dekabrın 23-də Respublika İncəsənət Gimnaziyasında xalqımızın fəxri, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.

Əvvəlcə tədbir iştirakçıları gimnaziyanın şagirdlərinin hazırladıqları Mübariz İbrahimova həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.

Gimnaziyanın xor qrupunun təqdimatında Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə gecənin aparıcıları Milli Qəhrəman Mübariz İbrahimovun həyat yolundan, rəşadətindən, igidliyindən danışdılar.  

Sonra  İncəsənət  Gimnaziyasının "Nur" estrada qrupu "Azərbaycan"  mahnısını  ifa etdi.

Gimnaziyanın şagirdi Ayan Hüseynzadənin  Milli Qəhrəmanımıza  yazdığı şeiri iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Müəllimlərin köməyi ilə şagirdlər Milli Qəhrəmanımız Mübariz İbrahimovla birlikdə bütün Qəhrəmanlar haqqında hazırladıqları filmi nümayiş etdirdilər.

Tədbirin sonunda gimnaziyanın direktoru Mahizər Şabanbəyova belə tədbirlərin təhsil ocağında keçirilməsinin şagirdlərin tərbiyəsində böyük rol oynadığını vurğuladı. 

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.24.