"Vətənin igidləri"
Dekabrın 22-də Bakıdakı 182 nömrəli
orta məktəbdə
Azərbaycanın vətənpərvər
və qeyrətli oğulları, Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalı ilə təltif edilmiş (ölümündən
sonra) baş leytenant Fərid Əhmədova həsr olunmuş "Vətənin igidləri " adlı tədbir keçirildi.
Şagirdlərin ifasında
Dövlət himninin oxunması, həmişə
zirvələrdə dalğalanan üçrəngli bayrağın
gətirilməsi ilə
başlanan gecədə
təhsil ocağının
direktoru Zinyət Tağıyeva vətənpərvərlik
mövzusundan geniş
danışaraq, şagirdlərə
Mübariz və Fərid kimi vətənini sevməyi, qorumağı tövsiyə
etdi. Bildirdi ki, Azərbaycan
xalqı qəhrəman
oğullarını heç
vaxt unutmayacaq və onları həmişə qəlbində
yaşadacaqdır.
Məktəbin 10-cu sinif
şagirdi İnsaf İsayeva Milli Qəhrəmanların həyat
yolu və göstərdikləri şücaətləri
haqqında tədbir iştirakçılarına məlumat
verdi.
Şagirdlər Milli Qəhrəmanlara həsr olunan şeirlər söyləyib,
mahnılar ifa etdilər.
Tədbirdə iştirak edən qonaqlar da Mübariz
və Fəridin qəhrəmanlıq və
igidliklərindən danışdılar. Onlar
belə tədbirlərin
təhsil ocaqlarında
keçirilməsini müsbət
qiymətləndirdilər.
Gecə Milli Qəhrəmanlara həsr olunmuş filmin nümayişi ilə başa çatdı.
R.RAMAZANOĞLU
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.24.