Versal Akademiyasının əməkdaşları
AMİ-nin Qazax filialında
olublar
Fransanın Versal Akdemiyasının bir qrup professoru bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının qonağı olub. Nümayəndə heyətinin səfərinin əsas məqsədi filialın əlavə təhsil sahəsində görülən işləri nəzərdən keçirmək, ixtisasartırmada tədris prosesi ilə tanış olmaq, Qazax RTŞ nəzdində yerləşən dayaq məntəqələrində keçirilən tədbirləri yaxından müşahidə etmək və əldə olunmuş nəticələri birgə müzakirə etmək idi.
Qonaqlar əvvəlcə
filial binasının qarşısında
ucaldılmış "Ana dili" abidəsi, şəhid bulağı və filialın ayrı-ayrı struktur bölmələri ilə
Səfərin ikinci günü nümayəndə
heyəti rayon təhsil
şöbəsi nəzdində
yerləşən və
müxtəlif ixtisaslar
üzrə fəaliyyət
göstərən bir
neçə dayaq məntəqələrinin işi
ilə
Qazax şəhər 4 nömrəli
orta ümumtəhsil məktəbində fransız
dili dərsində iştirak edən qonaqları 8-ci sinif şagirdləri fransız
dilində salamlayaraq onlarla qısa dialoq yaradıblar. Nümayəndə heyətinə məktəbin
yerləşdiyi binanın
keçən əsrin
əvvəllərində Qori
seminariyasının tədris
binası olduğu barədə geniş məlumat verilib.
Sonra fransalı qonaqlar Qazax şəhər 1 nömrəli
orta ümumtəhsil məktəbində Milli Kurikulumla aparılan tədris prosesi ilə
Qonaqlara AMİ-nin Qazax filialının əlavə təhsilə aid təşkil olunan ixtisasartırma kursları və bu kursların onların fəaliyyətində mühüm rolu barədə məlumat verilib. 1 nömrəli orta məktəbdə yaradılmış tarix muzeyi, muzeydə sərgilənən eksponatlar qonaqlarda Qazax rayonunun, eləcə də bütövlükdə Azərbaycanın tarixi keçmişi haqqında müəyyən təəssürat yaradıb.
Qonaqlar istər 1 nömrəli orta məktəbdə, istərsə də Ağköynək kənd orta məktəbində təşkil olunmuş dayaq məntəqələrinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Qonaqlar AMİ-nin Qazax filialında əlavə təhsilin təşkili ilə məşğul olan əməkdaşlarla da xüsusi görüş keçiriblər.
Auditoriyalarda, kompüter otağında
və linqafon kabinetlərində ixtisasartırma
məşğələlərinin gedişini izləyiblər.
Sonra nümayəndə heyəti
filialda rayon təhsil şöbələrindən ixtisasartırma
təhsilinə ezam olunmuş orta məktəb müəllimlərinə
keçilən məşğələlərdə
də iştirak edibər. Onlar təlimçi müəllimlərin
peşəkarlığını yüksək qiymətləndiriblər.
Səfərin sonunda qonaqlar filial rəhbərliyi ilə keçirilən görüşdən
razı qaldıqlarını
qeyd etmiş və Qazaxdan xoş təəssüratla
ayrıldıqlarını bildiriblər.
Nizaməddin BABANLI
Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.4.