Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə

buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Qəbələ rayonunun keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır. Qəbələ rayonunun keyfiyyət göstəriciləri şimal-qərb rayonları içərisində ən yüksəkdir.

2009-2010-cu dərs ilində rayonun 52 tam orta ümumtəhsil məktəblərində 1379 şagird təhsil almışdır. Onların 1356-sı (98,33)) buraxılış imtahanlarında iştirak etmiş 1170 nəfəri (86,28%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 1356 şagirddən  730 nəfəri oğlan, 626 nəfəri isə qızdır. Şagirdlərin 1281-i Azərbaycan bölməsinin, 75 nəfəri isə rus bölməsinin şagirdidir. 17 nəfər şagird (Qəbələ şəhər 1 nömrəli orta məktəbindən  4 nəfər, Qəbələ şəhər 2 nömrəli, Nohurqışlaq kənd, Tüntül kənd, Vəndam qəsəbə 1 nömrəli orta məktəblərinin hər birindən 2 nəfər, Qəbələ şəhər 3 nömrəli, Daşlıca kənd, Mirzəbəyli kənd, Nic qəsəbə 3 nömrəli Zarağan kənd 2 nömrəli orta məktəblərinin hər birindən 1 nəfər) bütün fənlərdən "5" qiymət, 7 nəfər şagird (Nic qəsəbə 5 nömrəli, Qəbə şəhər 2 nömrəli, Bum qəsəbə, Dızaxlı kənd, Həmzəli kənd, Nic qəsəbə 4 nömrəli Quşlar kənd orta məktəblərinin hər birindən bir şagird) isə bütün fənlərdən "2" qiymət almışdır. Rayonun 10 məktəbində (19,23%) şagird sayı 10 nəfərdən azdır. Rayon üzrə Niç qəsəbə 1 nömrəli Abrıx kənd orta məktəblərində 32 şagirdə (2,36%) xarici dil tədris olunmur. Qəbələ rayonunun səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  rayonun keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Riyaziyyat, Azərbaycan tarixi, coğrafiya xarici dil fənlərindən az da olsa yüksəlişin, əksinə, fizika, kimya, biologiya fənlərindən isə geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  0,99% artmışdır.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun göstəricilər

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, kimya coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə coğrafiya fənnindən 18 məktəbin (34,61%), Azərbaycan tarixi, fizika fənlərindən 21 məktəbin (40,38%), Ana dili, biologiya fənlərindən 22 məktəbin (42,31%), riyaziyyat, kimya fənlərindən 23 məktəbin (44,23%) xarici dil fənnindən 25 məktəbin (48,08%) keyfiyyət göstəricisi rayon üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Qəbələ rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

Cədvəldən göründüyü kimi, Zarağan kənd 2 nömrəli Nohurqışlaq kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 9 19-cu yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 2 9-cu yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Zalam kənd Böyük Əmirli  kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 4 6-cı yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 11 18-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Zarağan kənd 2 nömrəli orta məktəbindən 20 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird Ana dilindən 16,45 suala  (65,80%), riyaziyyatdan 16,95 suala (67,80%), Azərbaycan tarixindən 10,55 suala  (70,33%), fizikadan 6,65 suala (66,50%), kimyadan 7,75 suala (77,50%), biologiyadan 7,65 suala (76,50%), coğrafiyadan 6,95 suala (69,50%), xarici dildən isə 10,20  suala  (68,00%)  düzgün  cavab  vermişdir.

Bunud kənd orta məktəbindən 22 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird Ana dilindən 16,77 suala (67,09%), riyaziyyatdan 15,14 suala (60,55%), Azərbaycan tarixindən 11,59 suala  (77,27%), fizikadan 6,32 suala  (63,18%), kimyadan 6,50 suala (65,00%), biologiyadan 6,41 suala (64,09%), coğrafiyadan 7,77 suala (77,73%), xarici dildən isə 9,86 suala  (65,76%) düzgün cavab vermişdir.

Tola kənd orta məktəbində 7 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird Ana dilindən 7,86 suala  (31,43%), riyaziyyatdan 9,71 suala  (38,86%), Azərbaycan tarixindən 3,29 suala (21,90%), fizikadan 3,57 suala  (35,71%), kimyadan 3,86 suala (38,57%), biologiyadan 3,29 suala (32,86%), coğrafiyadan 3,00 suala (30,00%), xarici dildən isə 3,14 suala  (20,95%) düzgün cavab vermişdir.

Nic qəsəbə 1 nömrəli orta məktəbindən 15 şagird buraxılış imtahanlarında iştirak etmiş orta statistik şagird Ana dilindən 7,13 suala  (28,53%), riyaziyyatdan 8,20 suala  (32,80%), Azərbaycan tarixindən 5,20 suala  (34,67%), fizikadan 4,20 suala  (42,00%), kimyadan 3,00 suala  (30,00%), biologiyadan 3,47 suala  (34,67%), coğrafiyadan 4,13 suala  (41,33%) düzgün cavab vermişdir. Nic qəsəbə 1 nömrəli orta məktəbində xarici dil fənni tədris olunmur. Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdə  daha aydın görünür.

Göründüyü kimi, Azərbaycan bölməsində təhsil alan şagirdlərin bütün fənlər üzrə göstəriciləri rus bölməsinin göstəricilərindən xeyli yüksəkdir.

2008-2009 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə, əksər fənlərdən "2" qiymət alanların faiz göstəricilərinin aşağı düşdüyünü müşahidə edirik. "2" qiymət alanların sayı Ana dilindən 2,77%, riyaziyyatdan 2,76%, Azərbaycan tarixindən 2,77%, fizikadan 1,29%, biologiyadan 0,03%, coğrafiyadan 0,75% xarici dildən 0,70% azalmışdır. Yalnız kimyadan "2" qiymət alanların sayı 0,57% artmışdır. Ümumiyyətlə, yeddi fəndən "2" qiymət alanların sayının azalması öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin artmasına təsir etmişdir. 2008-2009-cu dərs ilində 1363 şagirddən 1341 nəfəri imtahanlarda iştirak etmiş bunlardan 889-u, yəni 66,29%-i, 2009-2010-cu dərs ilində isə 1379 şagirddən 1356 nəfəri imtahanlarda iştirak etmiş bunlardan 983-ü, yəni 72,49%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə iki ilin müqayisəli təhlilini aparmaq olar. 

 

Nadir MƏMMƏDOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.14-15.