"Açıq dərs"
kurikulumun
tələblərinə cavab verdi
Bakıdakı 8 nömrəli orta ümumtəhsil məktəbi İKT-nin tətbiqi sahəsində qabaqcıl təcrübəyə malik tədris ocağı olmaqla yanaşı, həm də "Elektron məktəb" layihəsinin iştirakçısıdır. Bu günlərdə həmin tədris ocağının III "B" sinfində riyaziyyat fənnindən "Minlik həddində toplama, çıxma və məsələ həlli" mövzusu üzrə İKT-nin tətbiqi ilə "açıq dərs" keçirildi. Üçüncülər istedad və bacarıqlarını nümayiş etdirmək məqsədi ilə "Ağıllı qızlar", "Ağıllı oğlanlar", "Bilicilər", "Çalışqanlar", "Münəccimlər" qruplarına bölündülər. Məsələ və misalların həlli zamanı Azərbaycanın bölgələrinin adları sadalandı, onların arasındakı məsafə fərqləri müəyyən edildi. Ölkəmizin işğal olunmuş ərazilərinə diqqət yetirildi və şagirdlər tərəfindən bu ərazilərin əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulandı. Sonra onlar müxtəlif uzunluq vahidlərini artan sıra üzrə "vahidlər cərgəsində" yerləşdirdilər. Uşaqlar riyazi terminlərə aid krossvordlar həll edərək, çoxbucaqlının tərəflərinin cəmi - perimetr anlayışını bir daha təkrar etdilər. Şagirdlər lövhədə üçrəqəmli ədədlərin toplanması və çıxılmasına aid misallar həll etdilər. Fərdi sorğudan sonra hər bir qrup ayrı-ayrılıqda tapşırıq alaraq məsələ həlli ilə bağlı biliklərini möhkəmləndirdilər.
Sinif müəllimi Mina Hüseynzadə dərsboyu əldə edilən biliklərin və bacarıqların mənimsənilmə səviyyəsini bir daha araşdırdı, şagirdlərin cavablarını meyar cədvəlinə uyğun qiymətləndirdi və ev tapşırıqlarını elan etdi.
"Açıq dərs"in sonunda məktəbin direktoru Aytən Baxşıyeva, direktor müavini Sevinc Əliyeva və metodistilər Jalə Zeynalova, Nairə Sadıqova
Mina müəllimin dərsdə interaktiv təlim metodlarından səmərəli istifadə
etdiyini və kurikulum proqramına uyğun olduğunu, qiymətləndirmənin düzgün
aparıldığını, şagirdlərə tam sərbəstlik
verildiyini, onların fikirlərinə diqqətlə
yanaşıldığını yüksək dəyərləndirdilər.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.19.