Məktəblilərin idman uğurları
Bakıdakı 96 nömrəli orta məktəbin XI sinif şagirdi Elmar Həsənov idmanın karate növü ilə 7 yaşından məşğul olur. O, ilk yarışlarına 2002-ci ildən başlayaraq 2003-cü ildə Bakı və Respublika çempionu olub, beynəlxalq turnirə vəsiqə qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan Elmar 2003-cü ilin sonlarında Moskva şəhərində 32 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə, I yerə çıxaraq ölkəmizi layiqli təmsil edib.
O, 2007-ci ildə Sinqapur
dünya çempionatında
III, Moskva şəhərində
MDB ölkələri idmançıları
arasında keçirilən
beynəlxalq turnirdə
isə I yerin sahibi olub. Yunanıstanda keçirilən dünya çempionatında isə
II yeri tutan E.Həsənov ümumilikdə
beynəlxalq turnirlərdə
6 dəfə çempion
adını qazanıb.
Təhsil ocağının digər şagirdi, 1993-cü il təvəllüdlü Elgün Balakişiyev isə yunan-Roma güləşi ilə uşaq yaşlarından məşğul olur. "Təhsil" Respublika İdman Mərkəzinin güləş bölməsinin yetirməsi olan Elgün Bakı birinciliyində dəfələrlə yüksək yerləri tutaraq Azərbaycan çempionatına vəsiqə qazanıb. O bu il Azərbaycan çempionu olaraq beynəlxalq turnirə vəsiqə əldə edib. Ən böyük arzusu ölkəmizi dünya turnirində layiqli təmsil etmək və tanıtmaqdır.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.24.