"Birincilərin" hesabat konserti oldu

 

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin I kurs tələbələri geniş tamaşaçı auditoriyası qarşısında  hesabat konserti ilə çıxış etdilər. Konsert proqramında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun xarici bəstəkarlardan Sergey Prokofyevin ölməz əsərləri peşəkar musiqi sahəsində  ilk addımlarını atan tələbə tərəfindən  məharətlə ifa olundu.

Konsertdən sonra tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru Məmməd Rzayev təəssüratlarını bölüşərək, universitetin incəsənət fakültəsində istedadlı musiqiçi  kadrlarının  yetişməsi üçün hərtərəfli şəraitin olmasından danışdı. Qeyd olundu ki, elm, təhsil, idman  sahəsində Azərbaycanın aparıcı ali məktəblərindən olan Naxçıvan Dövlət Universitetində incəsənətin bütün istiqamətləri üzrə irəliləyiş inkişaf göz qabağındadır. Prorektor, tələbələrin onların  üzərində ciddi çalışan  müəllimlərin işini yüksək qiymətləndirərək  onlara gələcəkdə böyük səhnələri fəth etməyi  arzu etdi. 

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.24.