Ali və orta ixtisas təhsili
müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ali və
orta ixtisas təhsili müəssisələrində
2010-2011-ci tədris ilinin
qış imtahan sessiyasında tələbələrin
biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri
həyata keçirmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyində
"Qaynar xətt"in
fəaliyyət göstərdiyi
nəzərə alınsın
(Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: qaynarxett@edu.gov.az).
2. Ali və orta ixtisas
təhsili müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
- 2010-2011-ci tədris
ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını
təmin etsinlər;
- rəhbərlik etdikləri
təhsil müəssisələrində
imtahan qərargahı
yaratsınlar;
- qərargaha daxil olan hər bir
şikayət barədə
nazirliyin "Qaynar xətt"inə operativ məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və
ictimai nəzarətin
gücləndirilməsini təmin
etsinlər;
- imtahanların gedişində
nöqsanlara, neqativ hallara yol vermiş
şəxslərə qarşı
mövcud qanunvericiliyə
uyğun tədbirlər
görsünlər;
- nəzərə alsınlar
ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş
verə biləcək
hər bir neqativ hala görə
məsuliyyət daşıyırlar;
- qış imtahan sessiyasının təşkili,
keçirilməsi və
nəticələri barədə
sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil
Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə
(İ.Pirməmmədov), Ali və orta ixtisas
təhsili şöbəsinə
(İ.Mustafayev) tapşırılsın:
- ali və orta ixtisas təhsili
müəssisələrində qış imtahan sessiyasının monitorinqinin
keçirilməsini təmin
etsinlər;
- monitorinqə Təhsil
Nazirliyinin əməkdaşlarını,
nazirliyin Korrupsiyaya qarşı mübarizə
üzrə işçi
qrupuna daxil olan qeyri-hökumət təşkilatları və
ictimaiyyət nümayəndələrini
cəlb etsinlər;
- qış imtahan sessiyasına hazırlıq
dövründə və
sessiya müddətində
təhsil müəssisələrində
baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar
və onların yol verilməsində günahı olan şəxslər barədə
tədbir görmək
üçün təkliflər
hazırlasınlar;
- sessiyanın nəticələrini
təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim
etsinlər.
4. Nazirliyin İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) imtahan
sessiyasının gedişi
barədə kütləvi
informasiya vasitələrinə
müntəzəm olaraq
məlumat verilməsini
təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində
dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
23 dekabr 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.4.