"Azərbaycan,
doğma Vətənim
mənim!"
Lənkəran Dövlət
Universitetində Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə keçirilən tədbir belə
adlanırdı.
Universitetin
rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov
tədbiri açaraq iştirakçıları təbrik
etdi. O bildirdi ki, 2010-cu il Azərbaycan tarixinə iqtisadi və
sosial həyatın bütün sahələrinin
inkişafında kəskin sıçrayış və tərəqqi
ili kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev zəkasının
işığından güc almış Azərbaycan onun
siyasi varisi cənab İlham Əliyevin rəhbərliyilə
işıqlı sabahlara inamla addımlayır. Rektor ölkəmizdə
milli təhsil quruculuğu strategiyasının uğurla həyata
keçirildiyini də vurğulamış və bu istiqamətdə Lənkəran
Dövlət Universitetində görülmüş işlər
haqqında məlumat vermişdir.
Dil və
ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri
namizədi, Prezident təqaüdçüsü
Mirhaşım Talışlı çıxışında
bu gün müstəqil Azərbaycan Respublikasının
bütün dünya azərbaycanlılarının doğma
yurdu və etibarlı dayağı olduğunu bildirmiş, həmrəylik
gününə və Yeni ilə həsr etdiyi şeirlərini
söyləmişdir.
Lənkəran
Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli,
universitet valideynlər şurasının sədri Sərhad Məmmədov,
valideynlər adından Heybət Mirzəyev, universitetin iqtisadiyyat
və idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri
namizədi Əlixan Bədəlov Yeni il arzularını
bildirməklə qeyd etdilər ki, Azərbaycan həqiqətləri
bu gün bütün dünyaya çatdırılır. Çıxış
edən tələbələrdən Əlirza Məhərrəmov,
Sevinc Şirzadova, tələbə-gənclər təşkilatının
sədri Seymur Murtuzayev bu həqiqətlərin dünyaya
yayılmasında tələbə-gənclərin də xidməti
olduğunu söylədilər. Qeyd edildi ki, ulu öndər
Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi
strategiya dəyişməz olaraq qalır və bu siyasi kurs
uğurla davam edir.
Tədbirdə
"Azərbaycan, doğma Vətənim mənim!" adlı
ədəbi-bədii kompozisiya göstərildi. Yeni ilə həsr
olunmuş şeirlər, mahnılar səsləndi, səhnəciklər,
viktorinalar keçirildi.
TEMPUS
proqramı çərçivəsində ingilis dili,
informatika və ümumi layihələr üzrə
olimpiadaların qaliblərinə, yubileyləri qeyd olunmuş
universitet əməkdaşlarına, ictimaiyyətin nümayəndələrinə
Fəxri fərmanlar və qiymətli hədiyyələr
verildi.
Tədbirdə
elm və təhsil müəssisələrinin, rayon ictimaiyyətinin
nümayəndələri iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.11.