Yaponiyanın Doşişa Universitetinin
professoru ADU-da olub
Azərbaycan
Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd
Seyidov
Yaponiyanın Doşişa Universitetinin professoru
Hisae Nakanishini qəbul edib. Görüşdə
ölkələrarası, parlamentlərarası əlaqələrə
və təhsil sahəsində əməkdaşlığa
toxunan rektor Səməd Seyidov ADU haqqında qonağa məlumat
verib. Universitetdə müxtəlif ölkələrin
dil və mədəniyyət mərkəzlərinin
açıldığını bildirən Səməd
Seyidov ingilis, alman, fransız, ispan, italyan dillərinin öyrənilməsi
ilə yanaşı, ADU-da beynəlxalq əlaqələr və
regionşünaslıq, həmçinin tərcümə
fakültələrinin olduğunu vurğuladı. Qeyd etdi ki, yapon dili və mədəniyyətinə
ölkəmizdə hər zaman böyük maraq olmuşdur.
Xanım
Hisae Nakanishi ADU-da olmasından fərəh hissi keçirdiyini
bildirərək bu ali təhsil
ocağı ilə Doşişa Universiteti arasında əlaqələrə
toxunaraq qarşılıqlı əməkdaşlıq
imkanlarından danışdı. O, bu əlaqələrin
vacibliyini vurğuladı.
Görüşdə hər iki universitet arasında gələcək
əməkdaşlığın perspektivləri müzakirə
olundu. Sonra yaponiyalı
qonaq ADU-nun İnformasiya Resurs Kompleksi ilə də
Azərbaycan müəllimi.-
2010.- 31 dekabr.- S.11.