"Ekologiya ilinə töhfəmiz"
Respublika Ekoloji
Tərbiyə və Təcrübəçilik
Mərkəzində dekabrın 21-də "Ekologiya
ilinə töhfəmiz"
mövzusunda məktəblilərin
Respublika Ekoloji Forumu keçirilmişdir.
Forumda
respublikanın rayon (şəhər)
ETTM-nin, ümumtəhsil məktəblərinin 77 nəfər dərnək üzvü, V-XI sinif
şagirdləri iştirak etmişdir. Respublika Forumuna 70 məktəblinin
4 bölmə üzrə yaradıcılıq işi təqdim
olunmuşdur.
Respublika
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin
"Ekoloji patrul" dəstəsinin üzvləri, 58 nömrəli
məktəbin 8-ci sinif şagirdləri forum
iştirakçılarını salamladıqdan sonra söz
qonaqlara verildi. Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov çıxış edərək,
"Ekologiya ili"ndə məktəblilərin ekoloji təhsili və tərbiyəsi
sahəsində uğurlu işlər göruldüyünü
qeyd etdi. Məktəblilərin "Ekologiya ilinə töhfəmiz"
mövzusundakı çıxışlarını
alqışladı. Forumda iştirak edənlər dərnək
üzvlərinin nümayiş olunan əl işləri ilə
tanış olaraq, ekoloji biliklərin artırılmasında
onlara ugur dilədilər.
Sonra
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı
Nazim Mahmudov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Məktəbdənkənar təhsil sektorunun
aparıcı məsləhətçisi Rövşən Əliyev
və digər qonaqlar çıxış edərək "Bioloji müxtəlifliyin qorunması", "Ətraf
mühitin təmizliyi-bizim
sağlamlığımızdır", "Təbii sərvətlərin
davamlı istifadəsi", "Su-həyatdır"
mövzularına həsr olunmuş referatların təqdirəlayiq
olduğunu, məktəblilərin dərin ekoloji biliklərə
yiyələndiyini, "Ekologiya ili"ndə məktəblilərin
ətraf mühitin yaxşılaşdırılması
üçün gördükləri işləri qeyd etdilər.
Tədbirdə
münsiflər heyətinin qərarı
ilə referat işləri 10 bal sistemində qiymətləndirilərək
qaliblər müəyyən edildi. 9 məktəblinin referat
işi I, II, III dərəcəli
diploma, xüsusilə fərqlənmiş 4 məktəblinin referatı
diplomlara, forumun digər iştirakçıları isə
sertifikatlara layiq görüldü. Fərqlənənlər
sırasında Bakı,
Sumqayıt, Şirvan şəhər, Masallı, Tərtər,
Qəbələ, Biləsuvar, Göygöl, Cəlilabad,
Hacıqabul, Quba rayon məktəbliləri
xüsusilə fərqləndilər. Qaliblərə Təhsil Nazirliyinin diplomları, hədiyyələr
və forumun digər iştirakçılarına
sertifikatlar təqdim olundu.
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.15.