Sağlam cəmiyyətdə
sağlam həyat tərzi
Ölkə
Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Fərmanı
ilə təsdiq edilmiş
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsinə qarşı, narkomanlığın
yayılması ilə mübarizə üzrə
Proqramı"ndan irəli gələn vəzifələrin
icrası ilə əlaqədar Azərbaycan Müəllimlər
İnstitutu Tələbə
Elmi Cəmiyyətinin xətti ilə
"Narkotiklərə yox!" devizi altında narkomaniyaya qarşı profilaktik tədbirlər ayı elan olunmuş, dekabrda aylığa yekun vurulmuşdur. Tələbələr
narkotik vasitələrin
və psixotrop maddələrin zərəri, narkomaniya
ilə mübarizə
yolları haqqında məqalə və tezislərlə cəmiyyətdə
sağlam həyat tərzini nə dərəcədə dəstəklədiklərini
və qoruduqlarını tələbə elmi
konfransında nümayiş
etdirmişlər.
"Sağlam
cəmiyyətdə sağlam həyat tərzi"
mövzusunda konfransı giriş sözü ilə institutun
rektoru, professor A.Naxçıvanlı
açmışdır. Siyasi elmlər doktoru, millət vəkili
A.Naxçıvanlı həm özünün ictimai-siyasi fəaliyyətində,
həm də rəhbərlik etdiyi təhsil müəssisəsinin
həyata keçirdiyi bütün tədbirlərdə gənc
nəslin sağlamlığını, intellektual və fiziki
inkişafını daim diqqət mərkəzində
saxladığını qeyd etmişdir. Tələbələr
arasında keçirilən sorğu əsasında onların
elmə, idmana maraqlarının genişləndirilməsi
üçün gənclərin ictimai fəallıqlarının
artırılması vacibdir. Narkomaniyaya qarşı maarifləndirmənin
roluna toxunulmuşdur.
Konfransın
işində Azərbaycan Respublikası təhsil nazirinin
müavini E.Qasımov, Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri
A.Əliquliyev, Bakı şəhər Narkoloji Dispanserin həkimi
L.Cəfərova, Azərbaycan Dövlət İqtisad
Universitetinin elmi işlər üzrə prorektoru, professor Ə.Bayramov,
institutun Sumqayıt filialının tələbələri və
professor -müəllim heyəti ilə yanaşı,
ixtisasartırma fakültəsinin müdavimləri də
iştirak etmişlər.
Narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə Dövlət
Komissiyası işçi qrupunun rəhbəri A.Əliquliyev
narkomaniyaya qarşı mübarizədə ailə və cəmiyyətin
hər bir üzvünün məsuliyyət
daşıdığı, profilaktik iş apararkən narkotik
asılılıqdan qurtarmanın əsas prinsipləri
haqqında geniş məruzə etmişdir. Narkoloji dispanserin
həkimi L.Cəfərovanın Azərbaycanda
narkomanlığın törətdiyi fəsadlar -
QİÇS, hepatit xəstəlikləri barədə
statistik məlumatları, narkomaniyaya qarşı profilaktika
qaydaları və abstensiya haqqında
çıxışları konfrans
iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
Psixologiya
elmləri doktoru, professor R.Əliyev narkomaniyanın inkişaf
etməsi və formalaşmasının psixi və fiziki
asılılıqlarını xarakterizə etmişdir.
İnstitutun
tələbələrindən İ.Əsgərov, F.Bayramova,
AMİ-nin Sumqayıt filialının tələbəsi N.Əsgərova
çıxış edərək narkotik maddələr qəbulunun
vurduğu bəlalardan danışdılar.
XX
yüzilliyin ümumbəşəri bəlasına
çevrilmiş, bu gün fiziki mənada insanların
genefonduna sarsıdıcı zərbə vuran,
qarşısıalınmaz çətinlik və xəstəliklər
törədən narkomaniyanın konkret səbəbləri
konfransın yekununda ümumiləşdirilmişdir.
Azərbaycan
Dövlət İqtisad Universitetinin elmi işlər üzrə
prorektoru, professor Ə.Bayramov konfransın gedişində tələbə
- müəllim qarşılıqlı əməkdaşlığını
ürəkdən bəyəndiyini bildirmiş, psixologiya
üzrə fəlsəfə doktoru İ.Quliyevanın
"Narkomaniya və sağlamlıq" mövzusunda təqdimatı
konfrans iştirakçıları tərəfindən rəğbətlə
qarşılanmışdır.
Konfransın
işinə nazir müavini E.Qasımov
çıxışı ilə yekun vurmuşdur.
Nazilə ABDULLAZADƏ
Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.15.