Elmi-praktik konfrans
Dekabrın 24-də Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)" çərçivəsində
"2010-cu ilin yekunları
və qarşıda duran
vəzifələr"
mövzusunda keçirilən beynəlxalq
konfransın davamı olaraq elmi-praktik konfrans keçirildi.
Tədbirdə
Türkiyə Respublikasının Sosial Xidmətlər və
Uşaq Müdafiəsi Müdirliyinin, Şimali Kipr Türk
Respublikasının Əmək və Sosial Xidmətlər
Müdirliyinin və sosial xidmətlər üzrə
YUNİSEF-in beynəlxalq ekspertləri və digər xarici
qonaqlar iştirak edirdilər.
Konfransı
giriş sözü ilə BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov açaraq rəhbərlik
etdiyi təhsil ocağı barədə qonaqlara məlumat
verdi. Sonra Azərbaycanda uşaqların müdafiəsi sahəsində
görülən işləri qeyd etdi və bununla əlaqədar
Təhsil Nazirliyi nəzdində müstəqil bir idarənin fəaliyyət
göstərməsi barədə danışdı.
Bildirdi ki, bununla əlaqədar 2010-2011-ci dərs
ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Sosial iş"
ixtisası üzrə 9
aylıq kurs təşkil edilmişdir. Dövlət uşaq
müəssisələrində tərbiyəçi vəzifəsində
çalışanlar içərisindən 16 nəfər də bu il kursu
bitirib. Kursun maliyyə xərci Beynəlxalq Əqli Sağlamlıq
Təşəbbüsü Təşkilatı
tərəfindən ödənilib.
Sonra
professor Asəf Zamanov müdavimlərə kursu bitirmələri
barədə sertifikatlar təqdim etdi və onlara uğurlar
arzuladı.
Konfransda
iştirak edən xarici qonaqlar ölkələrində uşaqların müdafiəsi ilə
əlaqədar gördükləri işlər haqqında
danışdılar, suallara cavablar verdilər.
Tədbir
diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.15.