Təhsil müəssisələrində
bayram tədbirləri
keçirildi
Azərbaycan Texniki
Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə və Yeni il bayramına həsr olunmuş təntənəli
tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə
universitetin foyesində ümummilli lider Heydər Əliyevin
xatirəsinə ucaldılmış büstün önünə
təzə-tər gül-çiçək dəstələri
qoydular.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndikdən sonra tədbiri giriş sözü
ilə AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov
açaraq qeyd etdi ki, 31 dekabr Azərbaycan xalqının
müstəqillik əldə etdiyi vaxtdan bütün
dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi və
ümummilli əhəmiyyət kəsb edən bir
gündür. Artıq 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik
Günü kimi daxil olmuşdu, lakin bunu rəsmiləşdirmək,
dövlət səviyyəsində tanıtmaq lazım idi. Bu
işi ümummilli liderimiz Heydər Əliyev etdi. Bu gün
artıq dünya azərbaycanlılarının milli
bayramına çevrilmişdir.
Böyük dövlət xadimi Heydər
Əliyevin müəllifi olduğu Azərbaycançılıq
ideologiyası bu gün dünyanın müxtəlif nöqtələrində
yaşayan həmvətənlərimiz üçün milli
birliyimizin və həmrəyliyimizin formulu kimi qəbul
olunmaqdadır. Bu formul müstəqil Azərbaycan dövlətinin
çiçəklənməsinə və möhkəmlənməsinə,
bütün dünya azərbaycanlılarının milli
özünüdərkinə stimul verən mühüm
faktorlardan biridir. Heydər Əliyevin qurduğu müstəqil
Azərbaycanın sabahı böyük zəhmət
hesabına əldə olunmuş böyük tarixi nailiyyətin
qorunub saxlanılmasından asılıdır.
Dünya azərbaycanlılarının
I qurultayının keçirilməsi Azərbaycan
xalqının milli həmrəyliyini nümayiş etdirən
bir fakt kimi tarixə düşdü. Fərəhli haldır
ki, bu ənənə ulu öndər Heydər Əliyevin
layiqli varisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənabları tərəfindən bu
gün ləyaqətlə davam etdirilir, respublikamız gündən-günə
çiçəklənir, inkişaf edir. Bu bizi sevindirir və
işimizə daha məsuliyyətlə yanaşmağa, daha həvəslə
çalışmağa şövq edir.
Tədbirin sonunda AzTU-nun rektoru, professor
Havar Məmmədov bir daha qonaqları və bütün tədbir
iştirakçılarını bayram münasibətilə təbrik
etdi, onlara öz dərin təşəkkürünü və
minnətdarlığını bildirdi.
***
Qafqaz
Universitetinin müəllim və tələbələri
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü qeyd etdilər. Bu münasibətlə düzənlənən
bayram tədbirində dünya şöhrətli alim, cərrah
və ictimai xadim, "Varlıq" dərgisinin naşiri,
professor Cavad Heyət və digər qonaqlar da iştirak etdilər.
Tədbiri açan aparıcılar 31
dekabrı tariximizin ən şərəfli günü
adlandıraraq həmin tarixin artıq iki onillikdən
çoxdur ki, dünyanın hər yerində yaşayan
soydaşlarımızın həmrəylik günü kimi
qeyd olunduğunu söylədilər və mərasim
iştirakçılarını bayram münasibətilə təbrik
etdilər.
Vətənimizin azadlığı,
torpaqlarımızın bütövlüyü uğrunda
müharibələrdə şəhid olmuş həmvətənlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və
Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra təbrik nitqi ilə
çıxış edən Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç nəinki respublikamızda yaşayan, habelə
dünyanın 70-dən çox ölkəsinə səpələnmiş
azərbaycanlılar arasında milli birliyin yaranmasında həmrəylik
gününün böyük rol oynadığını
vurğulayaraq onun təsis olunmasını ümummilli lider
Heydər Əliyevin böyük tarixi xidməti kimi dəyərləndirdi.
Türk xalqları arasında birliyin də çox önəmli
olduğunu söyləyən rektor türk xalqının
böyük oğlu Mustafa Kamal Atatürkün, ulu öndər
Heydər Əliyevin xalqlarımız və ölkələrimizin
qardaşlıqları barədə dedikləri kəlamları
xatırlatdı. Azərbaycan Prezidenti İlham Əliyevin
"Bir millətin iki diasporu ola bilməz" ifadəsi ilə
iki qardaş xalqın birlik və həmrəyliyinə necə
böyük qiymət verdiyini diqqətə
çatdırdı.
A.Saniç universitetin müəllim və
tələbələrini həm də qarşıdan gələn
Yeni il münasibətilə təbrik etdi.
Mərasimdə çıxış edən
dünya şöhrətli alim, professor Cavad Heyət tələbələri
və müəllimləri salamlayaraq
onları görməkdən, onların
qarşısında çıxış etməkdən məmnun
qaldığını bildirdi, bunu məhz son illər getdikcə
daha da möhkəmlənən birlik və həmrəyliyin nəticəsi
kimi dəyərləndirdi.
31 dekabrı həmrəyliyin simvolu
saydığını deyən böyük alim təkcə həmin
tarixin deyil, hər günün həmrəylik günü
olmasını arzuladı. Dəvətə görə
universitetin rəhbərliyinə təşəkkürünü
bildirən cərrah və türkoloq alim tələbələri
və müəllimləri bayram münasibətilə təbrik
etdi.
Tədbirdə Cavad Heyətə
universitetin plaketi təqdim olundu. Görkəmli
təbib kitablarını universitetə
hədiyyə etdi.
Bayram tədbiri istedadlı tələbələrin
ifasında bədii proqramla davam etdirildi.
***
Bakıdakı
46 nömrəli orta məktəbin akt zalında 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə tədbir keçirildi.
Tədbir şagirdlərin ifasında Dövlət
himninin səslənməsilə başlandı. Məktəbin
direktoru Sevinc Budaqova çıxış edərək təhsil ocağının
IV-V sinif şagirdlərinin böyük həvəslə hazırladıqları
bu bayram tədbirinin bütün dünyada yaşayan azərbaycanlılarla
əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq işində mühüm rol oynayacağını
vurğuladı.
Şagirdlərin Vətənlə bağlı
söylədikləri şeirlər, onların ifasında milli
rəqslər, mahnılar tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılandı. Tədbirin sonunda film
nümayiş olundu. Şagirdlərin "Gəlin, bir bayraq
altında birləşək!", "Eşq olsun bir olan Azərbaycana!" çağırışları
ilə tədbir başa çatdı.
***
Bakıdakı 152 nömrəli
orta məktəbin akt zalında 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibəti ilə "Gəlin,
həmrəy olaq" adlı tədbir keçirildi.
Məktəbin yuxarı sinif şagirdlərinin
əllərində
üçrəngli bayrağımız səhnəyə
gətirildikdən sonra onların ifasında Dövlət himni
səsləndi. İştirakçıları
salamlayan təhsil ocağının rəhbəri Gülarə
Verdiyeva Həmrəylik Günü haqqında geniş məlumat
verərək dünyada milyonlarla azərbaycanlıların
yaşadığını bildirdi. Qeyd etdi ki, bütün
dünya azərbaycanlıları həmrəylik
nümayiş etdirərək bu günü böyük
qürur və iftixar hissi ilə qeyd edirlər.
Şagirdlərdən Rauf,
Gülöyşə, Minayə, Səkinə, Günel, Amil,
Könül, Səmra Həmrəylik Gününə aid
söylədikləri mahnılarla, şeirlərlə,
göstərdikləri teatr səhnələri ilə tədbiri unudulmaz
xatirəyə çevirdilər.
Tədbirin sonunda şagirdlərin
hazırladığı Həmrəylik Gününə həsr
olunmuş film nümayiş olundu.
***
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan "Hay ver, eloğlu!"
adlı ədəbi-bədii, musiqili kompozisiyanı Bakıdakı
164 nömrəli orta məktəbdə seyr etdik. Tədbirin təşkilatçısı,
şair, puplisist Şəhla Gündüz qonaqları
salamlayaraq sözü məktəblilərə verdi.
Tədbir
Nərminin, Leylanın, Jalənin,
İldırımın, Aytənin ifalarında türk millətini vəsf edən
şeirlərlə başladı. İsveçrədə
yaşayan həmyerlimiz Araz Elsəsin ifaları səsləndi. Nigar
və İzel türkün böyuklüyünü,
gücünü, əzəmətini, qüdrətini tərənnüm
edən şeirlər söyləyib mahnılar oxudular. "Təbrizim"
şeiri isə tədbirə bir nisgil və həsrət gətirdi. "Kimlik" studiyasının xor kollektivi
"Qərə qız" və
"Bu mənim ana dilimdir" mahnısını oxudu.
Ayxanın, Anarın və Sərxanın ifasında "Nadir
şah" səhnəciyi
nümayiş olundu. Sənan Bayramzadə isə türk ruhunun simvolu olan sazla "
Ədəbii-bədii kompozisiya
"Zaman birlik
zamanıdır"
mahnısının sədaları altında başa çatdı.
***
Bakıdakı
258 nömrəli orta məktəbdə də həmin
gün təntənə ilə qeyd olundu. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş tədbirdə əvvəlcə
Azərbaycanın bölgələri ilə
tanışlıq oldu. Belə ki, siniflərdə bölgələrimiz
haqqında tədbir
iştirakçılarına
geniş məlumat verildi. Tədbir məktəbin akt zalında davam etdi.
Həmrəylik Günü haqqında tədbir
iştirakçılarına məlumat verən məktəbin
direktoru Sədaqət Hüseynova sözü gecənin
aparıcılarına verdi. Tədbirin
aparıcıları bu günün yaranma tarixindən və dünyada azərbaycanlılar
tərəfindən təntənə ilə qeyd
olunmasından danışdılar.
Şagirdlərin sevincinə
qoşulan Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nümayəndəsi Rza Ellazov və Qadın
Yazarlar Birliyinin sədri Nüşabə Məmmədova belə
tədbirlərin təhsil ocaqlarında keçirilməsini
müsbət qiymətləndirdilər.
Tədbir şagirdlərin ifasında
mahnılarla, söylədikləri şeirlərlə yadda
qaldı.
Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.22.