Təbiəti qoruyaq
Bakıdakı 27 nömrəli
məktəbdə şagirdlərin təbiətə
qayğı və diqqət ruhunda tərbiyəsinə xüsusi
əhəmiyyət verilir. Təhsil
ocağında ayrı-ayrı fənlərin
tədrisi imkanlarından istifadə etməklə məktəblilərin
ekoloji maariflənməsi, ekoloji
biliklərə yiyələnmələri
reallaşdırılır.
"Ekologiya
ili" kimi tariximizə həkk olunan 2010-cu ildə məktəbdə
həm də bir sıra tədbirlər təşkil
olunmuşdur. Belə tədbirlərdən biri bu günlərdə
idman zalında keçirildi. "Ekologiya ili"nə həsr
olunmuş plakat, fotostendlərlə bəzədilmiş zalda
şagird müstəqil işlərinin nəticələri
olan referatlar da nümayiş etdirildi.
Tədbirin
təşkilatçısı fiziki tərbiyə müəllimi
Emil Qaybalıyev çıxışında ekoloji problemin
qloballıq kəsb etdiyini vurğuladı, ekoloji duruma mənfi
və müsbət təsir edən amillərdən
danışdı.
Çıxış
edən şagirdlər təbiətə qayğı, təbiət gözəlliklərinə diqqət
məsələlərinə öz münasibətlərini
bildirdilər.
Tədbiri
məktəbin direktoru Cəmilə Ramazanova
yekunlaşdıraraq ekoloji mövzunun əbədi və
mühüm bir mövzu olduğunu qeyd etdi. Bizi əhatə edən
ekoloji mühiti çirklənmədən qorumağın vətəndaşlıq borcu
olduğunu söylədi. Sonra o, tədbirin təşkilatçı
və iştirakçılarına məktəb rəhbərliyi
adından təşəkkürünü bildirdi.
Azərbaycan
müəllimi.- 2010.- 31 dekabr.- S.21.