"Açıq
dərs" maraqla qarşılandı
Bakıdakı
29 nömrəli orta məktəbdə 2010-cu il "Ekologiya
ili"nə həsr
olunmuş
"açıq dərs" keçirildi.
Öncə Dövlət himni səsləndirildi. Sonra məktəbin direktoru Ələddin Əliyev çıxış edərək bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, dövlət başçımızın sərəncamı ilə ölkəmizdə 2010-cu il "Ekologiya ili" elan edilmişdir. Məktəbin pedaqoji kollektivi də xeyli iş görüb. Tədbiri keçirməkdə məqsədimiz bu görülən işlərin davamı olaraq məktəbin üç fənn müəlliminin komandalar şəklində keçdikləri "açıq dərs"i dinləməkdir.
Sonra
biologiya müəllimi Məhəbbət Tağıyeva,
coğrafiya müəllimi İmamət Əhmədova və
kimya müəllimi Fazilə Məmmədova keçdikləri
"açıq dərs" barədə qonaqlara məlumat
verdilər. Şagirdlər 3 fənn üzrə
ayrı-ayrı komandalar şəklində
öz yerlərində oturdular və
hər komandaya aid suallar
paylandı.
Nəhayət, fənlər üzrə
ayrı-ayrı komandaların cavabları dinlənildikdən
sonra coğrafiya I, biologiya II və kimya komandası isə III
yeri tutdular.
Qalib
komanda məktəb rəhbərliyi tərəfindən fəxri
fərmanla təltif olundu.
"Açıq
dərs"də iştirak edən
Xətai Rayon İcra Hakimiyyəti
başçısının müavini Xeyrulla Hüseynli,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları Böyükağa Əhmədov,
Nigar Şərifova, BDU-nun professoru Allahverdi Doluanov, dosent Telman
Xəlilov, Azərbaycan Dövlət Neft Şirkətinin
nümayəndələri Ceyhun Şıxəliyev və
Mikayıl Cabbarov hər
üç fənn müəlliminin "açıq dərs"indən
razı qaldılar.
Qonaqlar bildirdilər ki, ekologiya mövzusunda aparılan "açıq dərs"lər gənc nəslin sağlam və hərtərəfli inkişafına zəmin yaradır və tərbiyəvi təsirə malikdir. Bütün təhsil ocaqlarında bu cür tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edildi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.21.