Qarşılıqlı
dərs dinləmə ənənə halını alıb
Bakıdakı
45 nömrəli orta məktəbdə dərsin
təkmilləşdirilməsi hazırda kompleks şəkildə
aparılır. Məktəbin direktoru Nazilə Məmmədova
bildirdi ki, rəhbərlik etdiyi
təhsil ocağında sinif müəllimləri arasında
qarşılıqlı dərs dinləmə artıq bir ənənə
halını alıb. Bu da
ibtidai siniflərdə təlimin keyfiyyətinin yüksəlməsində
mühüm əhəmiyyət kəsb edir.
Məktəbin
sinif müəllimləri yeni təlim metodlarından istifadə
edərək dərslərdə əyaniliyə, texniki vasitələrə,
xüsusən didaktiv oyunlara geniş yer verirlər.
Keçilən
hər bir "açıq dərs" məktəbin pedaqoji
şura iclaslarında geniş müzakirə olunur və yaradıcı müəllimin
yaxşı işi digər məktəblər arasında
geniş yayılır.
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.21.