Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
Orta ümumtəhsil
məktəblərində İKT-nin
tətbiqi genişlənərək
şagirdlərdə informasiyalaşmış cəmiyyətin
tələblərinə uyğun zəruri məlumatlarla
işləmə bacarıqları və kompüterdən
istifadə vərdişləri xeyli artmışdır.
Bakıdakı
9 nömrəli orta məktəbin direktoru Zinyət Əhmədova
bildirdi ki, təhsil ocağında informatika kabineti
yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf
aləmin informasiya baxımından təhlil və qərar qəbul etmək
bacarıqlarının
formalaşdırılması, onların informasiya
texnologiyalarından istifadəyə
hazırlanması tam təmin olunur.
Tədris
ilinin ilk günündən I və IV
siniflərdə dərs deyən informatika müəllimləri
Gülnurə Əhmədova və Elnarə Məmmədova
şagirdlərdə bu fənnə qarşı böyük həvəs
yaradıblar. Şagirdlərdən Xalidə, Rüstəm,
Tofiq və başqaları
kompüterlə sərbəst
davranır, sadə əməliyyatları icra edir və İKT-nin sirlərinə həvəslə yiyələnirlər.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 31 dekabr.- S.21.