Uşaq və yeniyetmələrin elmi-texniki
yaradıcılıq müsabiqəsinin keçirilməsi
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Uşaq və yeniyetmələrin elmi-texniki
potensialının üzə
çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların
yaradılması və
onlar arasında təcrübə mübadiləsinin
təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu ildə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi
və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil
naziri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, Gəncə
Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər
təhsil şöbələrinin
müdirləri müsabiqənin
yüksək səviyyədə
təşkili üçün
müvafiq tədbirlər
hazırlayıb həyata
keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi
(A.İbrahimov) müsabiqənin
yerlərdə təşkili
və keçirilməsinə
əməli kömək
göstərsin.
5. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev)
müsabiqənin keçirilməsi
ilə əlaqədar
tələb olunan xərclərin nazirliyin mərkəzləşdirilmiş
vəsaitlərinin xərclər smetasından ödənilməsini
təmin etsin və bu vəsaitin
xərclənməsi üçün
xərclər smetasını
hazırlayıb təsdiq
üçün nazirliyin
rəhbərliyinə təqdim
etsin.
6. Zona və respublika
mərhələlərində iştirak edən məktəblilərin və
onların rəhbərlərinin
ezamiyyə xərcləri
rayon, şəhər təhsil
şöbələri tərəfindən
ödənilsin.
7. Zonalar üzrə müsabiqənin təşkili
və keçirilməsinə
əməli kömək
göstərilməsi məqsədilə
yerlərə ezam olunacaq əməkdaşların
ezamiyyə xərcləri
müsabiqənin xərclər
smetası əsasında
ödənilsin.
8. Ümumi şöbə (İ.Mirzəyev) əmr və əlavələrin
çoxaldılıb yerlərə
göndərilməsini təmin
etsin.
9. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmri "Azərbaycan
müəllimi" qəzetində
dərc etdirsin.
10. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
28 yanvar 2010-cu il
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.