Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarının icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarını elan edirəm

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRAR

 

N 4

 

Bakı şəhəri, 8 yanvar 2010-cu il

 

"Məktəbəhazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Məktəbəhazırlığın təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarı rəhbərlik icra üçün qəbul edilsin.

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

- Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Məktəbəhazırlığın təşkili "Qaydaları"ndan irəli gələn tələblərin həyata keçirilməsini təmin etsinlər.

3. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrə nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

2 fevral 2010-cu il

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.