Rəsul Rzanın 100 illik
yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin
"Rəsul Rzanın
100 illik yubileyinin keçirilməsi haqqında"
681 nömrəli, 14 yanvar
2010-cu il tarixli sərəncamının
icrasını təmin
etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycanın
xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsinə dair
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.
2. Naxçıvan
MR təhsil naziri,
rayon, şəhər təhsil
şöbələrinin, idarələrinin
müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının
icrasını təmin
etsinlər.
3. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində
dərc etdirsin.
4. Ümumi
şöbə (İ.Mirzəyev)
əmr və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
5. Əmrin
icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
2 fevral 2010-cu il
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.