Tərcümə xidməti bölməsi
fəaliyyətə başlayıb
Naxçıvan Özəl
Universitetində "İdrak" tədris mərkəzi nəzdində
tərcümə xidməti bölməsi fəaliyyətə
başlayıb.
Bölmənin əsas məqsədi
Naxçıvan Muxtar Respublikasında dəqiq, savadlı, elmi baxımdan
səlis tərcümə işinə artan tələbatı
ödəmək, müxtəlif bədii və elmi
materialların, sənədlərin, anlaşma və
müqavilələrin tərcüməsi ilə məşğul
ola biləcək ixtisaslı kadrlar hazırlamaqdır.
Bölmənin fəaliyyət
sahəsinə ingilis, alman, fransız, rus, fars dillərinə
(və əksinə) tərcümələr daxildir.
Mina QASIMOVA
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.