ADPU-da aspirant, doktorant
və dissertantların
müşavirəsi keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində aspirant, doktorant
və dissertantların
iştirakı ilə
müşavirə keçirildi. Müşavirədə
tədqiqatçıların elmi rəhbərləri, fakültə
dekanları, kafedra müdirləri və
professor-müəllim heyəti iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə ADPU-nun aspirantura
və doktorantura şöbəsinin
müdiri, professor İbrahim Bayramov açaraq aspirant və gənc tədqiqatçıların
illik hesabatları və onların il ərzində gördükləri
işlər
haqqında məlumat verdi. Universitetin professorlarından
Həsən Mirzəyev,
Əbdül Əlizadə,
Himalay Qasımov və başqaları rəhbərlik etdikləri
tədqiqatçıların fəaliyyətindən və onların elmə gətirdikləri yeniliklərdən söz açdılar.
Sonda ADPU-nun elmi
işlər üzrə
prorektoru, professor Vilayət
Əliyev müşavirədə gənc tədqiqatçıları və müəllimləri
maraqlandıran suallara
cavablar verdi. Aspirant, doktorant və dissertantların, onlara təyin olunmuş elmi rəhbərlərin qarşılarında duran vəzifələrdən
danışdı.
Ş.CƏFƏROV
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.