Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri
üçün texnologiya fənni kurikulumu (V-IX siniflər)
Təhsil pillələri üzrə təlim nəticələri
Ümumi orta
təhsil pilləsində məzmun xətləri üzrə təlim
nəticələri
1. Emal texnologiyaları
Şagird:
* emal
texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini
şərh edir;
* emal prosesi
üçün lazım olan materialları seçərək
çeşidləyir və istifadə üçün
hazırlayır;
* emal prosesinə
hazırlıq mərhələsində nişanlama, kəsmə,
biçmə, tikmə, qida məhsullarının emalı,
birləşdirmə və quraşdırma bacarıqları
nümayiş etdirir;
* emal
texnologiyalarından istifadə edərək fərdi qaydada və
qrup tərkibində müxtəlif məmulatlar
hazırlayır, birgə fəaliyyət bacarıqları
nümayiş etdirir;
* emal prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir;
* şəraitə və
təbii imkanlara uyğun olaraq əmək bacarıqları
(becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
2. Texnika elementləri
Şagird:
* texnoloji cihazları və
alətləri təsnif edir, texnoloji maşınların
növlərini, quruluşunu və iş prinsiplərini şərh
edir;
* məişətdə
istifadə edilən texnoloji avadanlıqları
(maşınları, cihazları, qurğuları, alətləri)
işə hazırlayır və onlara texniki qulluq edir;
* elektrik enerjisinin mahiyyətini,
alınması, ölçülməsi və istifadəsi
yollarını, elektrotexniki avadanlıqların (elektrotexniki,
radio-elektron və avtomatik cihazların, qurğuların) iş
prinsiplərini izah edir;
* elektrotexniki
avadanlıqlardan istifadə edir və onlara xidmət
bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
* ictimai
yerlərdə mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir, dizayn bacarıqları
nümayiş etdirir;
* təlim-tədris
və yaşayış yerinin, interyerin tərtibatı ilə
bağlı təqdimatlar edir;
* ailə
və onun büdcəsinin idarəolunması haqqında fikirlərini
şərh edir;
* sadə
təmir-tikinti və dekorativ bəzək işlərini yerinə
yetirir.
4. Qrafika
Şagird:
* məmulatın
texniki spesifikasiyasını şərh edir;
* əşyanın
qrafik təsvirini, detalların çertyojunu, əşya və
detalların texnoloji xəritələrini çəkir və
oxuyur;
* detalların
birləşdirilməsi çertyojlarını və
yığma çertyojlarını yerinə yetirir
Siniflər üzrə məzmun standartları
V SİNİF
V sinfin sonunda şagird:
* əl
alətləri və ondan istifadə etməklə emal
texnologiyalarını izah edir;
* əl
alətləri və ondan istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir, iş ardıcıllığını müəyyənləşdirir,
emal texnologiyaları seçir və məmulat
hazırlayır;
* tərəvəz
bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və
bacarıqlar nümayiş etdirir*;
* elektrik
enerjisinin mahiyyətini və onun alınması
yollarını izah edir;
* sadə
elektrik dövrəsi qurur;
* ailədə
mədəni davranış və ünsiyyət
qaydalarını, ailə büdcəsinin
formalaşmasını şərh edir;
* yaşayış
yerlərində sadə təmir işlərini yerinə yetirir;
* düzbucaqlı
detalları olan məmulatların spesifikasiyasını şərh
edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini
çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının
özünəməxsus cəhətlərini
anladığını nümayiş etdirir.
1.1.1. Əl alətlərindən istifadə
etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq
işlərini yerinə yetirir.
1.2.1. Əl alətlərindən istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir.
1.2.2. Əl alətlərindən istifadə
etməklə məmulatın hazırlanması
üçün iş ardıcıllığını
müəyyənləşdirir.
1.2.3. Əl alətlərindən istifadə
etməklə məmulatın hazırlanması
üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan bir sadə
detaldan ibarət məmulat hazırlayır.
1.3.2. Bir sadə detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif
məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların
hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii
imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə,
tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Tərəvəz bitkilərinin
yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar
nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və
vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
2.1.1. Əl alətlərini təsnif
edir və növlərini sadalayır.
2.1.2. Elektrik enerjisinin mahiyyətini,
alınması yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və
vasitələrdən istifadə bacarıqları
nümayiş etdirir.
2.2.1. Əl alətlərindən istifadə
edir.
2.2.2. Sadə elektrik mənbəyindən
istifadə edərək elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Ailədə mədəni
davranış və ünsiyyət qaydalarını şərh
edir.
3.1.2. Yaşayış yerində sadə
təmir işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin
idarəolunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Ailə büdcəsi və onun formalaşmasını
şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki
spesifikasiyasını şərh edir.
4.1.1. Müxtəlif formalı
detalları olan məmulatların spesifikasiyasını şərh
edir.
4.2. Məmulat və onun
detallarının texniki sənədləşdirilməsi bacarıqlarını
nümayiş etdirir.
4.2.1. Düzbucaqlı detalları olan məmulatların
qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini
çəkir və oxuyur.
VI SİNİF
VI sinfin sonunda şagird:
* mexanikləşdirilmiş
əl alətlərindən istifadə etməklə emal
texnologiyalarını izah edir;
* mexanikləşdirilmiş
əl alətlərindən istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir, iş ardıcıllığını müəyyənləşdirir,
uyğun texnologiya seçir və məmulat hazırlayır;
* meyvələrin
yetişdirilməsi və tədarükü üzrə bilik və
bacarıqlar nümayiş etdirir*;
* elektrik
enerjisinin ötürülməsi və istifadəsi
yollarını izah edir;
* cərəyan
mənbəyindən istifadə etməklə elektrik dövrəsi
qurur;
* məktəbdə
mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir, sadə təmir işlərini
yerinə yetirir;
* ailə
büdcəsinin müəyyənləşdirilməsi
haqqında fikirlərini şərh edir;
* müxtəlif
formalı detalları olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojlarını, texnoloji xəritələrini çəkir
və oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının
özünəməxsus cəhətlərini
anladığını nümayiş etdirir.
1.1.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq
işlərini yerinə yetirir.
1.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə hazırlanacaq məmulata görə
iş yerini təşkil edir.
1.2.2. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması
üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materialdan 2-3
detaldan ibarət məmulat hazırlayır.
1.3.2. 2-3 detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif
məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların
hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii
imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə,
tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Meyvələrin
yetişdirilməsi və tədarükü üzrə bilik və
bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və
vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin
iş prinsiplərini şərh edir.
2.1.2. Elektrik enerjisinin ötürülməsi
və istifadəsi yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və
vasitələrdən istifadə bacarıqları
nümayiş etdirir.
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə edir.
2.2.2. Cərəyan mənbəyindən
istifadə etməklə elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Məktəbdə mədəni
davranış və ünsiyyət qaydalarını şərh
edir.
3.1.2. Məktəbdə sadə təmir
işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin
idarəolunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi
haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Düzbucaqlı detalları olan məmulatların
spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun
detallarının texniki sənədləşdirilməsi
bacarıqlarını nümayiş etdirir.
4.2.1. Müxtəlif formalı
detalları olan məmulatların qrafik təsvirini,
çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
VII SİNİF
VII sinfin sonunda şagird:
* maşın,
qurğu və dəzgahlardan istifadə etməklə emal
texnologiyalarını izah edir;
* məmulatı
hazırlamaq üçün iş yerini təşkil edir,
ardıcıllığı müəyyənləşdirir,
emal texnologiyaları seçir və məmulat
hazırlayır;
* ev
quşlarının bəslənməsi texnologiyasına aid
bilik və bacarıqlar nümayiş etdirir*;
* maşınları,
qurğuları, dəzgahları təsnif edir, iş prinsiplərini
şərh edir və onları idarə edir;
* elektrotexniki
avadanlıqları dövrəyə qoşur, onlara xidmət
göstərir;
* küçədə
və nəqliyyatda mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir;
* ailənin
büdcəyə uyğun tələbatlarının müəyyənləşdirilməsi
haqqında fikirlərini şərh edir;
* yaşayış
yerində və məktəbdə sadə təmir işlərini
yerinə yetirir;
* quraşdırma
elementləri olan məmulatların spesifikasiyasını şərh
edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini
çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının
özünəməxsus cəhətlərini
anladığını nümayiş etdirir.
1.1.1. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq
işlərini yerinə yetirir.
1.2.1. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə məmulat hazırlamaq
üçün iş yerini təşkil edir.
1.2.2. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə məmulatın hazırlanması
üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materialdan bir mürəkkəb
detal olan məmulat
hazırlayır.
1.3.2. Bir mürəkkəb detaldan ibarət
məmulat hazırlayarkən tərtibat bacarıqları
nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif
məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların
hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii
imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə,
tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Ev quşlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və
vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
2.1.1. Maşın, qurğu və dəzgahları
təsnif edir, iş prinsipini şərh edir.
2.1.2. Elektrotexniki avadanlıqların
iş prinsipini izah edir.
2.2. Texnoloji maşın, cihaz və
vasitələrdən istifadə bacarıqları
nümayiş etdirir.
2.2.1. Maşın, qurğu və
cihazları idarə edir.
2.2.2. Elektrotexniki avadanlıqları
dövrəyə qoşur, onlara xidmət göstərir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Küçədə və nəqliyyatda
mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və
məktəbdə sadə təmir işlərini yerinə
yetirir.
3.2. Ailə və onun büdcəsinin
idarəolunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Büdcəyə uyğun ailənin
tələbatlarının müəyyənləşdirilməsi
haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki
spesifikasiyasını şərh edir.
4.1.1. Quraşdırma elementləri olan məmulatların
spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun
detallarının texniki sənədləşdirilməsi
bacarıqlarını nümayiş etdirir.
4.2.1. Quraşdırma elementləri olan məmulatların
qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini
çəkir və oxuyur.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
* avtomat və
yarımavtomat qurğulardan istifadə etməklə emal
texnologiyalarını şərh edir;
* avtomat və
yarımavtomat qurğulardan istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir, iş ardıcıllığını müəyyənləşdirir,
uyğun texnologiya seçir və məmulat hazırlayır;
* ev
heyvanlarının bəslənməsi texnologiyalarına aid
bilik və bacarıqlar nümayiş etdirir*;
* avtomat və
yarımavtomat qurğuların iş prinsipini şərh edir,
onları dövrəyə qoşur, idarə edir;
* xidmət
sahələrində mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir;
* büdcəyə
qənaət və şəxsi büdcə haqqında fikirlərini
şərh edir;
* yaşayış
yerində və məktəbdə sadə təmir-tikinti
işlərini aparır, dekorativ bəzək işlərini
yerinə yetirir;
* aksonometrik
proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının
özünəməxsus cəhətlərini
anladığını nümayiş etdirir.
1.1.1. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə emal
texnologiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq
işlərini yerinə yetirir.
1.2.1. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə hazırlanacaq məmulata
görə iş yerini təşkil edir.
1.2.2. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə məmulatın
hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə məmulatın
hazırlanması üçün uyğun emal texnologiyası
seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan 2-3 mürəkkəb
detaldan ibarət olan məmulat hazırlayır.
1.3.2. 2-3 mürəkkəb detaldan ibarət
məmulat hazırlayarkən tərtibat bacarıqları
nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif
məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların
hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii
imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə,
tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Ev heyvanlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və
vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
2.1.1. Avtomat və yarımavtomat
qurğuların iş prinsipini şərh edir.
2.1.2. Avtomatik cihaz və qurğuların
iş prinsipini izah edir.
2.2. Texnoloji maşın, cihaz və
vasitələrdən istifadə bacarıqları
nümayiş etdirir.
2.2.1. Avtomat və yarımavtomat
qurğuları idarə edir.
2.2.2. Avtomat cihaz və qurğuları
dövrəyə qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Xidmət sahələrində mədəni
davranış və ünsiyyət qaydalarını şərh
edir.
3.1.2. Yaşayış yerində və
məktəbdə sadə təmir işlərini aparır,
dekorativ bəzək işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin
idarəolunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Büdcəyə qənaət və
şəxsi büdcə haqqında fikirlərini şərh
edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki
spesifikasiyasını şərh edir.
4.1.1. Aksonometrik proyeksiyalarda yuvarlaq
detalları olan məmulatların spesifikasiyasını şərh
edir.
4.2. Məmulat və onun
detallarının texniki sənədləşdirilməsi
bacarıqlarını nümayiş etdirir.
4.2.1. Aksonometrik proyeksiyalarda verilmiş
yuvarlaq detalları olan məmulatların qrafik təsvirini,
çertyojunu, çəkir və oxuyur.
IX SİNİF
IX sinfin sonunda şagird:
* elektron
texnologiyalarından istifadəyə dair emal
texnologiyalarını şərh edir;
* elektron
texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata
görə iş yerini təşkil edir, iş
ardıcıllığını müəyyənləşdirir,
uyğun texnologiya seçir, məmulat hazırlayır;
* ev
quşları və heyvanları üçün yem tədarükü
və emalı texnologiyasına dair biliklər, bacarıqlar
nümayiş etdirir*;
* elektron
texnologiyalarla işləyən qurğu və cihazların
iş prinsiplərini şərh edir, layihələr
hazırlayır və təqdim edir;
* elektron
texnologiyalarla işləyən qurğuları və cihazları
dövrəyə qoşur və idarə edir;
* mədəniyyət
ocaqlarında mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir;
* ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir;
* yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir;
* müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının
özünəməxsus cəhətlərini
anladığını nümayiş etdirir.
1.1.1. Elektron texnologiyalarından istifadəyə
dair emal texnologiyalarını şərh edir, təqdimatlar
hazırlayır.
1.2. Emal prosesinə hazırlıq
işlərini yerinə yetirir.
1.2.1. Elektron texnologiyalarından istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir.
1.2.2. Elektron texnologiyalarından istifadə
etməklə məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Elektron texnologiyalarından istifadə
etməklə məmulatın hazırlanması
üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan müxtəlif
sayda detallardan ibarət məmulat hazırlayır.
1.3.2. Materialları müxtəlif olan
detallardan məmulat hazırlayarkən tərtibat
bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif
məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların
hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik
və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii
imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə,
tədarük, emal) nümayiş etdirir*.
1.4.1. Ev quşları və heyvanlar
üçün yem tədarükü və emalı
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və
vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
2.1.1. Elektron texnologiyalarla işləyən
qurğuların iş prinsipini şərh edir.
2.1.2. Elektron cihazların iş prinsipini
izah edir, layihələr hazırlayır və təqdim edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən
istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Elektron texnologiyalarla işləyən
qurğuları idarə edir.
2.2.2. Elektron cihazları dövrəyə
qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Mədəniyyət ocaqlarında mədəni
davranış və ünsiyyət qaydalarını şərh
edir.
3.1.2. Yaşayış yerində və
məktəbdə sadə təmir, dekorativ, bəzək və
interyer tərtibatı ilə bağlı təqdimatlar edir.
3.2. Ailə və onun büdcəsinin
idarəolunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Ailə və onun büdcəsinin
formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah
edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki
spesifikasiyasını şərh edir.
4.1.1. Müxtəlif birləşmələri
olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun
detallarının texniki sənədləşdirilməsi
bacarıqlarını nümayiş etdirir.
4.2.1. Müxtəlif birləşmələri
olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji
xəritəsini çəkir və oxuyur.
(Ardı var)
·
Kənd məktəbləri
üçün nəzərdə tutulur.
Azərbaycan müəllimi.-2010.-5
fevral.-S.9.