Azərbaycan Universiteti ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında videotelekonfrans keçirilib

 

Azərbaycan Universiteti ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında videotelekonfrans keçirilmişdir.

Azərbaycan Universitetindən bildirmişlər ki, videotelekonfransda hər iki təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Qeyd edilmişdir ki, Oklahoma Dövlət Universitetinin ayrı-ayrı məktəb və institutlarında təhsil işçiləri ilə yanaşı, təqribən 600-dək biznesmen də fəal iş aparır. Onlar kurikulumların müzakirəsini keçirir, təkliflər verir, universitetdə hazırlanan kadrların işlə təmin olunmasına kömək göstərirlər.

Videokonfransda, eyni zamanda universitetlər arasında müəllim, tələbə mübadiləsi və əməkdaşlıqla bağlı digər məsələlər üzrə müzakirələr aparılmışdır.

 

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.1.