"İlin ən yaxşı məktəbdənkənar
müəssisəsi" nominasiyası üzrə respublika
müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin qərarı
Məktəbdənkənar
müəssisələrdə təhsilin keyfiyyətini
yaxşılaşdırmaq və onların fəaliyyətlərini
stimullaşdırmaq məqsədilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Rəyasət Heyəti
QƏRARA ALIR:
1.
2010-cu ildə "İlin ən yaxşı məktəbdənkənar
müəssisəsi" nominasiyası üzrə respublika
müsabiqəsi keçirilsin.
2.
Bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə tədbiri
sayılsın.
3. Müsabiqə 2010-cu ilin
mart-aprel aylarında keçirilsin.
4. Müsabiqənin Əsasnaməsi
və Təşkilat Komitəsinin (əlavə
1; 2) tərkibi təsdiq
edilsin.
5. Təşkilat Komitəsi,
rayon, şəhər təhsil
şöbələrinin, idarələrinin
müdirləri müsabiqənin
bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə
uyğun keçirilməsini
təmin etsinlər.
6. Müsabiqənin keçirilməsi
ilə bağlı tərəflər öz üzərinə götürürlər:
6.1. Təhsil
Nazirliyi
- Qaliblərə
hədiyyələrin alınmasını.
6.2. Azərbaycan
Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi
- Diplomların
hazırlanmasını.
7. Nazirliyin İctimaiyyətlə
əlaqə şöbəsi
qərar və əlavələri "Azərbaycan
müəllimi" qəzetində,
"Təhsil xəbərləri"
məcmuəsində dərc
olunmasını təmin
etsin.
8. "Təhsil işçisi"
qəzeti redaksiyası
qərar və əlavələrin, müsabiqənin
gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.
9. Tərəflər müsabiqənin
keçirilməsi və
qaliblərin mükafatlandırılması
ilə bağlı xərclər smetasını
hazırlayıb 15 gün
müddətində təsdiq
etsinlər.
10. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
Səttar
MEHBALIYEV,
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin
sədri
Bakı şəhəri,
9 fevral 2010-cu il
Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.3.