Şagirdlər İKT biliklərinə yiyələnirlər

 

Bakıdakı 103 nömrəli orta məktəbdə iki kompüter otağı yaradılmış bu kompüter otaqlarında I sinif şagirdləri ilk gündən informatika fənni üzrə kompüter biliklərinə  dərindən yiyələnirlər. Məktəbin III IV siniflərində isə  dərslərin hamısı müəllimlər tərəfindən  elektron dərsliklərlə keçilir. Bu barədə məlumat verən məktəbin direktoru M.İsmayılova qeyd etdi ki, informatika  müəllimlərindən Bəsti İsrafilova, Gülarə İsgəndərova Anjela Pirməmmədovanın gərgin zəhməti nəticəsində şagirdlər kompüterdə artıq informasiyaları qavrayır, təsvir edir informasiya daşıyıcıları ilə  müstəqil işləyirlər.

250 nömrəli orta məktəb cari tədris ilindən İnternet saytına qoşulub. Məktəbin direktoru N.Adıgözəlov bildirdi ki, informatika müəllimlərindən Vəfa Məmmədova, Nailə Qasımova Şükufə Məmmədova dərslərdə ingilis dilində  olan disklərdən istifadə etməklə şagirdlərdə bu fənnə qarşı böyük maraq yaradıblar. Nəticədə şagirdlər İKT-dən istifadə etmək bacarığına həvəslə yiyələnirlər.  

 

 

Şakir CƏFƏROV

 

          Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.5.