"Ürək deyir
yaşa hələ"
Bu gəldi-gedər
dünyaya göz açan hər bir insan bacarıq
və əməllərilə
yaşayıb-yaradaraq özünəməxsus
iz qoyub gedir bu dünyadan. Sağlığında əməyinə verilən
qiymət onu yaşamağa, daha yeni nailiyyətlər qazanmaqla xalqına, vətəninə xeyir verməyə ruhlandırır.
Belə insanlardan biri, respublikanın xalq artisti, "Şöhrət" ordenli,
Prezident təqaüdçüsü
Əlibaba Məmmədovu
bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin "İstiqlal"
ordeni ilə təltif etməsi bu diqqət və qayğının daha bir bariz
nümunəsidir. Sevincinə
şərik olmaq üçün Əlibaba
müəllimlə vədələşdiyimiz
kimi, dərs dediyi Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət
göstərən Musiqi
Kollecində görüşdük.
Xalq artisti yaşayaraq arxada qoyduğu mənalı ömür yolunun səhifələrini aşağıdakı
kimi vərəqlədi.
"19 yaşımda filarmoniyanın
solisti idim"
1949-cu ildə gənc istedadların muğam müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə
münsiflər heyətinin
qərarı ilə istedadıma görə
1-ci yeri tutdum. Münsiflər heyətinin sədri
Zülfi Adıgözəlov
və başqaları
mənə "çahargah"ı
oxutdular. Zülfi müəllimin
və digər münsiflərin ifamdan xoşları gəlmişdi.
19 yaşım olmağına baxmayaraq, Zülfi müəllimin təkidilə məni Azərbaycan Dövlət Filarmoniyasının solisti
kimi işə qəbul elədilər.
O vaxt filarmoniyada cəmi 5 nəfər - Xan əmi, Şövkət
Ələkbərova, Sara Qədimova,
Fatma Mehrəliyeva və Əbülfət Əliyev kimi solistlər vardı. Mən də oldum altıncı.
Bura ansambl üzvlərinin də sayını əlavə etdikdə cəmi 12 nəfər idik. Mən isə ümumi
sayda 13-cü olduğum
üçün Xan əmi həmişə - Əliş sən nəhsi nüfussan, çünki 13-cüsən, - deyərək
mənimlə zarafat edərdi. Mən bundan arada
mütəəssir olurdum. Ancaq 13 rəqəmi
mənə düşüb.
"Seyid Şuşinskidən dərs almışam"
Məni əhatə
edən qayğıkeş sənətkarlar musiqi təhsili
almağı mənə tövsiyə edir, Asəf Zeynallı
adına musiqi məktəbində (indiki Musiqi Kolleci)
oxumağımı məsləhət bildilər. Mənim isə
arzum Seyid Şuşinskidən dərs almaq idi. O vaxt
Ağa (S.Şuşinski) Ağdamda yaşayır, orada
muğamı tədris edirdi. Nəhayət,
1952-ci ildə Ağa Bakıya köçdü və "Asəf
Zeynallı"da işləməyə başladı. 1953-cü ildə mən Zülfi müəllimin
göndərişi ilə Asəf Zeynallı adına Musiqi Məktəbinə
qəbul oldum. Və beş il burada,
bu gün dərs dediyim bu təhsil ocağında Seyid
Şuşinskidən dərs aldım. O vaxt Qulu Əsgərov
da mənimlə birgə təhsil alırdı. Biz yaşlı olduğumuz üçün guya məktəbin
axşam şöbəsində, 5-illik kursda oxuyurduq. Ancaq
gündüz şöbəsində 4-illik kursda dərs alan digər uşaqlarla birgə dərsə gəlirdik.
Lakin "axşam şöbəsi"ndə oxuduğumuz
üçün 5 il məktəbə gəlməli
olmuşduq.
"Tələbələrimlə fəxr edirəm"
1958-ci ildən Seyid Şuşinski və Əhmədxan Bakıxanovun
təkidi ilə bu təhsil ocağında muğam ifaçılığından dərs deyirəm. O vaxt əməkdar artist
idim, müəllimliyə səylə
girişdim. Tələbələrimə bildiklərimi öyrətməyə
çalışdım. öyrətdiyim şagirdlərimdən
hazırda məşhur xanəndələr çoxdur. Lakin
onlardan birinin, fəaliyyəti zamanı xalqın sevimlisinə
çevrilən, yaradıcılığının
çiçəkləndiyi bir zamanda dünyasını
vaxtsız dəyişərək əbədiyyətə
qovuşan Məmmədbağır Bağırzadənin
adını çəkməyə, yada salmaya bilmərəm.
Bu gün də o, sevimli
xanəndə kimi xatirələrdə yaşayır.
Filarmoniyada işlədiyim və burada dərs dediyim ötən illər ərzində
100-dən yuxarı mahnı
və təsnif bəstələmişəm. Onlardan 10-u vətənpərvərlik
mövzusundadır. Həmin musiqi əsərləri Azərbaycan
Dövlət Radiosu və Televiziyasının
"Qızıl fondu"nda saxlanılır və bu gün də
ifaçılar tərəfindən sevilə-sevilə oxunur. Bu
gün dərs dediyim tələbələri vətənə
layiq, yüksək intellektli gənclər kimi yetişdirmək
arzusundayam.
"Milli sərvətimiz
olan muğamları bizə miras qoyublar"
Muğamlarımızın bu günə gəlib çıxmasında əməyi
olan sənətkarlarımızdan
üzeyir bəyi, Cabbar Qaryağdını,
Seyid Şuşinskini,
Xan Şuşinskini, Əhmədxan Bakıxanovu,
Mirzə Mansuru, Qurban Pirimovu və başqalarını
misal göstərməliyik.
Məndə olan bir kitabda "Rast"ın 48 guşəsi
olduğu qeyd edilir. Bunu heç mahir müəllim yadda saxlaya
bilməz, nəinki tələbə. Elə buna görə də
üzeyir Hacıbəyova həmişə minnətdar
olmalıyıq. O kişi 20-ci illərdə bir neçə sənətkarla
muğamları dinləyərək sistemləşdirib. Və
7 əsas muğamı sistemli şəkildə yazaraq
proqramlaşdırıb, məktəblərdə tədris
edilməsini tövsiyə edib. 1963-cü ildə mən bu məktəbdə
işə başlayanda Əhmədxan Bakıxanov məni təbrik
edərək həmin proqramın bir nüsxəsini mənə
vermişdi. Bu günə kimi səhifələri
saralmış həmin proqramı evimdə bir yadigar kimi
saxlayıram.
"Bu gün muğam
sənətimiz etibarlı
əllərdədir"
Sevindirici haldır
ki, hazırda muğamlarımız Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ciddi təşəbbüsü və
səyi sayəsində
həmin proqram əsasında inkişaf etdirilir. İstedadlı gənclərin üzə
çıxarılması üçün
respublikada mütəmadi
təşkil edilən
"Muğam" müsabiqələrinin
keçirilməsi, qaliblərin
mükafatlandırılması, Bakı şəhərində
möhtəşəm Muğam
Mərkəzinin inşa
edilməsi buna bariz misaldır. Musiqi albomlarının buraxılması,
sənətçilərə göstərdiyi diqqət və qayğı ilə Mehriban xanım muğamın inkişafına və haqlı olaraq milliləşdirilməsinə öz
tarixi möhürünü
vurub. Bəli, bu gün muğamın Azərbaycan
xalqının milli mənəvi dəyəri
olduğu öz təsdiqini tapıb.
Muğamımız etibarlı
əllərdə olduğu
üçün rahatam.
"Prezidentlərimizin qayğısını həmişə
hiss etmişəm"
Əməyim dövlətimiz tərəfindən
həmişə yüksək
qiymətləndirilib. Heç
yadımdan çıxmır,
2000-ci ildə möhkəm
xəstələnmişdim. Müəllim
kimi aldığım məvacib heç dərmanlarıma
çatmırdı. Prezidentə məktub yazdım. Məktubuma
ümummilli liderimiz Heydər Əliyev çox qısa bir
zamanda əməli işlə cavab verdi. Belə ki, 70 illik
yubileyim münasibətilə məni "Şöhrət"
ordeni ilə təltif etdi və mənə Prezident təqaüdü
verdi. Bundan sonra hər şey dəyişdi, müalicə
olundum, yaşamaq eşqim yenidən alovlandı. Buna görə
ulu öndərə qəni-qəni rəhmət diləyirəm.
Heydər Əliyevin layiqli davamçısı, hörmətli
Prezidentimiz İlham Əliyev üç il bundan qabaq mənə
ev verib. Yaxın keçmişdə Mehriban xanım Əliyeva
məni "Qızıl çinar" mükafatına layiq
görüb. Bu günlərdə isə cənab Prezidentimiz
80 illik yubileyim münasibətilə məni ölkənin ən
yüksək mükafatı - "İstiqlal" ordeni ilə
təltif edib.
Bütün bunlara görə ölkə başçısına
və onun xanımına səmimi minnətdarlığımı bildirir, bu mükafatı
mədəniyyətə, sənətə
verilən qiymət kimi dəyərləndirirəm.
Bəli, bu qədər səmimi qayğıdan sonra insanda həyat
eşqi aşıb-daşır,
qürur və fərəhlə vuran ürək insanı yaşamağa sövq edir, deyə düşündüm. Və Əlibaba
müəllimin Hüseyn
Arifin sözlərinə
bəstələdəiyi "ürək deyir yaşa hələ" mahnısını xatırlayıb
ondan xoş arzularla ayrıldım.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.7.