Yerləşir:
Yaponiya, Honşu adası,
Yaranma tarixi: 1897-ci il
Tipi: Dövlət
İşçi heyəti: 5400 nəfər
Tələbələrin ümumi sayı: 22700 nəfər
İllik gəlirləri: 140688 milyon yen
İllik xərcləri: 138915 milyon yen
Rəsmi saytı: www.kyoto-u.ac.jp
Kyoto Universiteti
(
Tarixi
18 iyun 1897-ci ildə Yaponiya
imperatoru ölkədə ikinci ali məktəbin
-
Universitetin fəaliyyəinin
ilkin dövründə bu ali məktəbə
prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən
seçilir. Lakin universitetin professor-müəllim
heyəti buna etiraz edir, muxtariyyət tələb edərək,
1915-ci ildən rəhbərlərini özləri seçməyə
başlayırlar. 1923-cü ildə
universitetdə kənd təsərrüfatı fakültəsi
yaradılır və tələbələrin sayı xeyli
artır. II
Dünya müharibəsinə qədər və müharibə
illərində
Müharibədən
sonra universitetdə liberal atmosfer bərpa olunur. 1947-ci ildə
Yaponiyada orta məktəb təhsili haqqında qanun qəbul
olunur. Nəticədə, ümumilikdə
bütün təhsil sistemində geniş islahatlar
aparılır. 1947-ci ilin oktyabrında
1954-cü ildə
universitetdə Azad İncəsənət və Elm
İnstitutu, 1955-ci ildə Təhsil haqqında qanuna əlavələr
nəticəsində Tibb Məktəbi yaradılır. 1960-cı ildə Tibb Məktəbi iki
instituta - Tibb və Əczaçılıq institutlarına
bölünür. 1992-ci ilin oktyabrında Azad
İncəsənət İnstitutunun adı İnsanın
Kompleks Tədqiqatı fakültəsi olur. Burada tədricən
Hüquq və Ekologiya, Energetika, Asiya və Afrika Regional Tədqiqatlar,
İnformatika, Bioelmlər və Qlobal Ekologiya Tədqiqatları
ali məktəbləri
yaradılır.
2004-cü ildə
Molekulyar Biologiya və Genetika Mərkəzi, Beynəlxalq
İnnovasiyalar Cəmiyyəti, İnformasiyaların İdarəolunması
İnstitutu açılır. 2005-ci ildə universitetin
kitabxanası İnternet şəbəkəsinə
qoşulur, 2006-cı ildə Menecment Ali Məktəbi, Nano-Tibb
Təhsilinin Birləşməsi Qrupu, Qadın Tədqiqatçılar
Mərkəzi
açılır. 2007-ci ildə həkimlərin
təkmilləşdirilməsi üçün Mühəndislik
tədqiqat Qrupu, Vəhşi Təbiətin öyrənilməsi
Mərkəzi, 2008-ci ildə isə Kosmosun Sinergetik Tədqiqatı
Qrupu yaradılır.
Büdcə və təhsil haqqı
Kyoto
Universitetinin illik gəlirləri ümumilikdə 140688 milyon
yapon yeni təşkil edir. Bu məbləğin 60874 milyonu
universitet rəhbərliyinin qrantlarına, 24680 milyonu xəstəxana
gəlirlərinə, 22872 milyonu xarici mənbələrdən
daxil olan gəlirlərə, 12975 milyonu təhsil haqqına,
12845 milyonu subsidiya xidmətlərindən daxil olan, 6442 milyon
yeni isə ümumi gəlirlərə aiddir.
Universitetin
illik xərcləri 138915 milyon yenə bərabərdir. Xərclərin 63009 milyonunu
tədris və tədqiqat xərcləri, 24846 milyonunu xəstəxana
xərcləri, 6470 milyonunu idarəetmə xərcləri,
12845 milyonunu texniki xidmətlər,
23903 milyonunu sənaye müəssisələrinə olan xərclər,
4803 milyonunu müxtəlif borcların ödənişi, 3039
milyon yenini isə ümumi xərclər təşkil edir.
Kyoto
Universitetində bir-illik təhsil haqqı tələbənin
təhsil aldığı fakültədən asılı
olaraq, orta hesabla 535800-804000 yen arasında dəyişir. Təhsil
haqqının daha çox tələb olunduğu fakültə
isə hüquqdur. Bir semestr təhsil almaq tələbəyə
fakültədən asılı olaraq, təxminən,
267900-402000 yenə
başa gəlir. Qəbul
imtahanında iştirak etmək üçün bakalavr
üzrə 17000, magistratura və doktorantura üzrə isə
30000 yen ödənilməsi tələb olunur. Qəbul üçün məbləğ universitetə
ərizə ilə müraciət edilərkən ödənilir.
Birinci semestr üzrə təhsil haqqı, adətən, apreldə,
ikinci semestr üzrə isə oktyabrda ödənilir. ödəniş
bank köçürməsi ilə də mümkündür.
Yüksək balla qəbul olunan, dərslərə
mütəmadi gələn, əlaçı, maliyyə
çətinlikləri ilə üzləşən tələbələr
təhsil haqqından bütünlükdə və ya
yarısından azad oluna bilərlər ("tuition
exempton"- təhsil haqqından azad edilmə). Bununla bağlı istənilən tələbə
universitetə müraciət edə bilər, lakin yerlər məhdud
olduğu üçün tələbələr seçim
turundan keçməlidir.
Kyoto
Universitetində yuxarıda sadalanan keyfiyyətlərə malik
olan tələbələrə təqaüdlər verilir. Bakalavrda oxuyan
tələbələr hər ay 125000, magistrantlar 154000,
doktorantlar isə 155000 yen təqaüd alır.
Universitetin bir sıra regionlarında yerləşən müəssisələrində
təhsil alan tələbələrə hər
ay 2000, 3000 yen məbləğində vəsait verilir.
Yaponiya Tələbə Xidməti
Təşkilatı (JASSO) Yaponiya universitetlərində təhsil
alan əcnəbi tələbələrə
təqaüdlər təklif edir. 2009-2010-cu tədris ilində
JASSO-nun Tokio Universitetində bakalavrlar üçün
ayırdığı təqaüdün ("scholarship") məbləği
ayda 48000, magistr və doktorantlar üçün isə 65000
yen təşkil edir. Universitetlər iyunun əvvəllərində
JASSO-ya müraciət edir. JASSO
komissiyası tərəfindən seçim turu aparılır
və müsabiqədən müvəffəqiyyətlə
keçmiş tələbələr haqqında məlumat
universitetlərə iyul ayının əvvəllərində
verilir. Həmçinin bu təşkilat tələbə
mübadiləsi çərçivəsində Yaponiya
universitetlərinə qısa müddətdə tədqiqat
üçün gələn tələbələrə təqaüd
ayırır. 2009-2010-cu tədris ilində həmin vəsaitin
məbləği 80000
yendir.
Kyoto Universitetində təhsil
alan əcnəbi tələbələr
öz dövlətləri tərəfindən təqaüdlər
alırlar. Dünyanın bir çox universitetlərində
olduğu kimi, burada da müxtəlif təqaüdlər
mövcuddur.
Tələbənin
biraylıq xərcləri, ümumilikdə, qidalanması,
yataqxana xərcləri, istirahəti və s. daxil olmaqla onun necə
yaşamasından asılı olaraq, təxminən, 134000 yen təşkil
edir.
Universitet bu gün
Kyoto
Universitetinin əsas kampusu
Universitetin
simvolu olan Yüzilliyin Zalı adlı saat qülləsi məhz
bu kampusda yerləşir. Udzi kampusu əsas kampusdan 20 kilometr cənubdadır.
Əvvəllər imperator ordusuna məxsus olan
bu ərazi 1949-cu ildə universitetə verilib. Kampus Qokaşo və Udzi hissələrindən ibarətdir.
Burada təbii elmlər və energetika fakültələri,
elmi-tədqiqat institutları və mərkəzləri yerləşir.
Katsura kampusu əsas kampusdan 7 kilometr qərbdədir
və 2003-cü ilin oktyabrında yaradılıb. Yerləşdiyi rayonun adı verilən bu kampusda
texnologiya elmlərinə aid korpuslar yerləşir. Əvvəllər
Yoşida kampusunda fəaliyyət göstərən Mühəndislik
və İnformatika ali məktəbləri
sonradan Katsura kampusuna köçürülüb.
Hazırda Kyoto Universitetində
bakalavrlar üçün 10, magistr və doktorantlar
üçün 20 məktəb, 13 elmi-tədqiqat institutu, 30
təhsil mərkəzi fəaliyyət göstərir.
Bakalavrlar üçün məktəblər:
İnsanın kompleks tədqiqatı, Filologiya, Pedaqogika,
Hüquq, İqtisadiyyat, Təbii elmlər, Tibb, Əczaçılıq,
Mühəndislik, Kənd təsərrüfatı.
Magistr və doktorantlar
üçün məktəblər: Filologiya, Pedaqogika,
Hüquq, İqtisadiyyat, Elm, Tibb, Əczaçılıq,
Mühəndislik, Kənd Təsərrüfatı, İnsan və
Ekologiya Elmləri, Energetika, Asiya və Afrika Regional Tədqiqatları,
İnformatika, Bioelmlər, Qlobal Ekologiya Tədqiqatları,
Dövlətin İdarəolunması, Menecment, Kyoto
Hüquqşünaslıq, İctimai Səhiyyə və Tibbi
Texnologiya Kolleci.
Elmi-tədqiqat institutları: Kimya,
Humanitar, Sərhəd Tibb elmləri, Perspektivli Enerji, Sabit Ətraf
Mühit, Təbii Fəlakətin Xəbərdarlığı,
Yukava Nəzəri Fizika, Virus, Nüvə Tədqiqatları, İqtisadiyyat, Riyaziyyat, Primatlar, Cənub-Şərqi
Asiya.
Təhsil mərkəzləri:
Hesablama Texnikası və Media Elmləri, Radiasiya
Biologiyası, Ekoloji Tədqiqatlar, Kompleks
Regionşünaslıq, Radioizotop Tədqiqatları, Ətraf
Mühitin Mühafizəsi, Beynəlxalq, Ali Təhsil Sahəsi
üzrə Qabaqcıl Təcrübənin İnkişafı,
İnnovasiya Əməkdaşlığı, Aşağı
Temperatur və Material Elmləri Tədqiqatı, Tarla Elmləri,
Fundamental Kimya, Konsultasiya Mərkəzi, Kokoro Tədqiqat, Vəhşi
Təbiətin öyrənilməsi, Arxeologiya Əməliyyatları,
Səhiyyə Xidməti, Nano-Tibb Təhsilinin Birləşməsi,
Sabit Elmlər, Gələcək Nəslə Şərait (Yol
açma), "Karyera-yol" Cavan Alimlərə Yardım,
Kosmosun Sinergetik Tədqiqatı, Əczaçılıq Sahəsi
üzrə Cavan Liderlər Qrupu, Birinci Beynəlxalq Tədqiqat
Təşəbbüsü, Afrika Regional Tədqiqat Mərkəzi,
Qadın Tədqiqatçılar üçün Mərkəz,
Riskli Biznes Laboratoriyası, Səhiyyə və Tibb Xidmətləri, Kyoto Universiteti Muzeyi, Kyoto
Universitetinin arxivləri.
Kyoto
Universitetinin kitabxanası 1899-cu ildə yaradılıb. Universitetin ayrılıqda
85 kitabxanası mövcuddur. Bunlar Əsas, Udzi, Jinkan,
Yukava, Oboda, Kurri və s. kitabxanalardır. Demək
olar ki, bütün ixtisaslara aid ayrıca kitabxana var.
ümumilikdə, kitabxana sisteminə 6256000 kitab, 89000 jurnal
daxildir. Kitabxana İnternet şəbəkəsinə
qoşulub. Oxucular rəqəmsal kitabxanada 24000 adda
elektron jurnal, 60-dan çox verilənlər bazası, 3300 nadir
kitab kolleksiyası, elektron kitablar, müxtəlif resurslarla
tanış ola bilirlər.
Kyoto Universitetinin muzeyi ali məktəbin yarandığı gündən
fəaliyyət göstərir. Bu vaxtadək muzey Yaponiyanın
tarixinə, mədəniyyətinə, elminə,
texnologiyasına və s. aid 2,5 milyondan
çox əşya toplayıb. İstənilən
şəxsə həmin nümunələrlə tanış
olmaq imkanı yaradılıb.
Kyoto
Universitetində Səhiyyə Xidməti fəaliyyət
göstərir. Bu xidmət hər il bütün tələbələri
və universitetin əməkdaşlarını müayinə
edir, onlara sağlamlıqları haqqında sertifikat verir, xəstə
tələbələri müalicə edir. Xidmətin daxili təbabət,
psixiatriya, dermatologiya, oftalmologiya, otolarinqologiya, ortopediya,
stomatologiya və s. departamentləri var. Səhiyyə Xidmətinin
ofisləri Katsura, Udzi, Kumatori kampuslarında yerləşir. Universitetdə, həmçinin, müxtəlif bədbəxt
hadisələrdən sığorta kampaniyaları
mövcuddur.
Hazırda Kyoto
Universitetinin işçi heyətinin ümumi sayı 5400 nəfərdir. Onların
2900-ü müəllim, 2500-ü inzibati işçidir.
2008-ci ilin oktyabrından universitetin prezidenti
Hirosi Matsumotodur. O, Kyoto Universitetində elektronika sahəsi
üzrə bakalavr, magistr və doktorantura pillələrində
təhsil alıb.
Kyoto
Universitetinin tələbələrin ümumi sayı 22700 nəfərə
bərabərdir. Tələbələrin 13400-nü
bakalavr, 9300-nü isə magistrant və doktorantlar təşkil
edir. Universitetdə təhsil alan əcnəbi
tələbələrin sayı 1353 nəfərdir. Burada bütün qitələrdən olan tələbələr
təhsil alır.
Yerli tələbələrin
qalmaları üçün əsas kampusda dörd yataqxana
var. Bunlar Yoşida-Re, Kumano-Re, qızlar üçün
Coşi-Re, magistr və doktorantlar üçün Muromati-Re
yataqxanalarıdır.
Əcnəbi tələbələrin
və tədqiqatçıların yaşaması
üçün Kyoto Universitetində üç beynəlxalq
yataqxana mövcuddur - Şuqakuin, Udzi, Ohbaku. Burada qalmaq istəyənlər
aprel və oktyabr aylarında müraciət edə bilərlər.
Kirayə haqqı otağın
ölçüsündən və şəraitindən
asılıdır. Mətbəxi,
İnternetə çıxışı olan birnəfərlik
mənzilin biraylıq qiyməti 11700 yendir. İkinəfərlik yerin qiyməti 18900, ailə
üçün nəzərdə tutulmuş mənzilin qiyməti
isə 28400 yen təşkil edir. Burada, həmçinin,
tələbələrin yaşaması üçün
özəl mənzillər mövcuddur, qiymətlər isə
25000-45000 yen arasında dəyişir. Özəl
mənzillərdə qalanlar əlavə olaraq bir sıra vergilər,
depozitlər ödəməlidir.
Kyoto Universiteti
dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir. Bu ali təhsil
ocağının tələbəsi olmaq dünyanın bir
çox gənclərinin ən böyük arzusudur.
Li Tenq-hui -
Tayvanın sabiq prezidenti
Hayato İkeda -
Yaponiyanın sabiq Baş naziri
Fumimaro Konoe - Yaponiyanın sabiq
Baş naziri
Tetsu Katoyama - Yaponiyanın
sabiq Baş naziri
Kijuro Şidehara -
Yaponiyanın sabiq Baş naziri
Osaçi Hamaquçi - Yaponiyanın
sabiq Baş naziri
Frenk Se -
Tayvanın sabiq Baş naziri
Hideki Yukava - Yaponiyanın
ilk Nobel mükafatçısı, fizika üzrə (1949)
Şiniçiro Tomonaqa - fizika üzrə
Nobel mükafatı laureatı (1965)
Keniçi Fukui - kimya üzrə Nobel
mükafatı laureatı (1981)
Susumu Toneqava - tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı (1987)
Aunq San Syu Kyi - sülh
üzrə Nobel mükafatı laureatı (1991)
Ryoji Noyori - kimya üzrə
Nobel mükafatı laureatı (2001)
Makoto Kobayaşi - fizika
üzrə Nobel mükafatı laureatı (2008)
Toşihide Masukava - fizika üzrə Nobel
mükafatı laureatı (2008)
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.20-21.