Respublika ümumtəhsil məktəblərinin
müəllimləri arasında şahmat yarışının keçirilməsi
haqqında
Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika
Komitəsinin qərarı
Azərbaycanda şahmat
geniş yayılmış
ənənəvi idman
oyunlarından biridir və xalqımızın
mədəniyyətində özünəməxsus yer
tutur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən
əsrin 70-ci illərindən
etibarən respublikamızda
böyük diqqət
göstərilmişdir. Bu məqsədlə
dövlət səviyyəsində
qərarlar qəbul edilmiş, şəhər
və rayonlarda şahmat məktəbləri
və klubları açılmışdır. Görülən
tədbirlər nəticəsində
artıq ölkəmizdə
şahmat oyununa maraq kütləvi xarakter almışdır.
Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və onun xatirəsinə ehtiram əlaməti olaraq respublika ümumtəhsil məktəblərinin müəllimləri
arasında şahmat yarışının keçirilməsini
məqsədəuyğun hesab
edir və həmin yarışların
yüksək səviyyədə
keçirilməsini təmin
etmək məqsədilə
QƏRARA ALIR:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş respublika ümumtəhsil məktəblərinin
müəllimləri arasında
şahmat yarışı
keçirilsin.
2.
Respublika ümumtəhsil məktəblərinin müəllimləri
arasında şahmat
yarışı Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə tədbiri
sayılsın.
3.
Şahmat yarışı 2010-cu ilin fevral-aprel aylarında
üç mərhələdə
keçirilsin:
I mərhələ -
orta ümumtəhsil məktəblərində fevral ayında;
II mərhələ
- şəhər və
rayonlarda mart ayında;
III mərhələ - respublika
üzrə Bakı şəhərində aprel
ayının son ongünlüyündə.
4. Şahmat yarışının
təşkili və keçirilməsi üzrə
Təşkilat Komitəsinin
(əlavə 1), Hakimlər
kollegiyasının (əlavə
2) tərkibləri və
Əsasnaməsi (əlavə
3) təsdiq edilsin.
5. Şəhər (rayon) təhsil
şöbələrinin müdirləri,
Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
şəhər və
rayon komitələrinin sədrləri:
- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə
uyğun olaraq yarışların I və
II mərhələlərinin keçirilməsini təmin
etsinlər;
- şəhər və
rayonlarda keçirilmiş
II mərhələnin qalibləri
haqqında məlumatı (soyadı, adı, atasının adı, ixtisası, iş yeri) 2010-cu ilin aprelin 10-dək Təşkilat Komitəsinə təqdim etsinlər;
- şəhər (rayon) təhsil
şöbələri III mərhələdə
iştirak edəcək
qaliblərin ezamiyyət
xərclərinin ödənilməsini
təmin etsinlər;
- ATİAHİ şəhər və
rayon komitələri yarışların
II mərhələsinin qaliblərinin
mükafatlandırılmasını təmin etsinlər.
6. Yarışın keçirilməsi
ilə əlaqədar
tərəflər öz
üzərinə götürür:
6.1. Təhsil
Nazirliyi:
- yarışda I, II və
III yerlərə layiq
görülənlərə diplomların hazırlanmasını;
- yarışın III mərhələsinin
keçirilməsi üçün
yerin və şəraitin təmin edilməsini.
6.2. Azərbaycan
Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi:
- yarışın qaliblərinin
mükafatlandırılmasını;
I yer üçün bilgisayar
II yer üçün videokamera
III yer üçün fotoaparat
- hakimlər kollegiyasının
sədrinə 300 manat,
üzvlərinə isə
200 manat məbləğində
pul mükafatının
verilməsini.
7. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi və
ATİAHİ Respublika Komitəsinin
mədəni-kütləvi və idman işləri şöbəsi
qərardan irəli gələn vəzifələrin
yerinə yetirilməsini
təmin etsinlər.
8. Təhsil Nazirliyinin və ATİAHİ Respublika
Komitəsinin müvafiq
şöbələri qərar
və əlavələrin
"Azərbaycan müəllimi"
və "Təhsil işçisi" qəzetlərində dərc edilməsini təmin etsinlər.
9. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
Səttar MEHBALIYEV,
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin
sədri
Bakı şəhəri,
18 fevral 2010-cu il
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.7.