Xocalı soyqırımının
on səkkizinci ildönümünün keçirilməsi
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Xocalı soyqırımının on səkkizinci ildönümünün
təhsil müəssisələrində
qeyd olunması məqsədilə
ƏMR EDİRƏM:
1. Xocalı soyqırımının
on səkkizinci ildönümünün
keçirilməsi ilə
əlaqədar Təhsil
Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil
naziri, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin,
Gəncə Şəhər
Təhsil İdarəsinin,
rayon, şəhər təhsil
şöbələrinin müdirləri,
ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmr və tədbirlər planının
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını təmin
etsin.
4. Ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb
yerlərə göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
11 fevral 2010-cu il
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.2.