Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi

 

Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin əsasları" fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin ikinci mərhələsinin başa çatmasına dair  "dəyirmi masa" keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun  onun filiallarının müəllimləri  iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru,  professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə "Təhsilin əsasları" fənninin tədrisi ilə əlaqədar məlumat verdi ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda  təşkil olunan treninqlərdən danışdı.

Təhsil naziri Misir Mərdanov  AMİ- "Təhsilin əsasları"  fənninin  tədrisi ilə əlaqədar  keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd etdi   bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirdi. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən  nazir  Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin əsasları" fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürdü bu işlərin həyata keçirilməsində  maddi-texniki cəhətdən çətinliklər olarsa, Təhsil Nazirliyi tərəfindən kömək  göstəriləcəyini vurğuladı.

Misir Mərdanov müəllimlər tərəfindən "Təhsilin əsasları" fənninin  tədrisi metodikasına dair  məqalələrin hazırlanıb "Azərbaycan müəllimi" qəzetində  dərc  olunmasını da   tövsiyə etdi.

Tədbirdə "Təhsilin əsasları" fənnini tədris edən  müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini  bildirdilər. Qeyd etdilər ki, "Təhsilin əsasları" fənninin  tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu  fənnin  interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin  özündən asılıdır.  

Sonda təhsil naziri Misir Mərdanov tərəfindən "Təhsilin əsasları" fənninin  tədrisinə dair təşkil olunmuş təlim kurslarının 2-ci  mərhələsini başa vurmuş müəllimlərə  sertifikatlar təqdim olundu.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.2.