Mütəxəssislər tarix fənni
üzrə test suallarının da mürəkkəb
olduğunu bildirirlər
2009-2010-cu illər
üçün III ixtisas qrupu üzrə ali məktəblərə
qəbul imtahanlarının sualları əvvəlki illərlə
müqayisədə süni şəkildə, heç bir məntiqə
əsaslanmadan çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdir.
Nəticədə bu ixtisas qrupu üzrə ən
hazırlıqlı abituriyentlər belə vaxt
azlığı, çatışmazlığı ilə
üzləşmiş, bir çox sualları
cavablandırmağa imkan tapmamış və nəticədə
aşağı bal toplamışlar. Bu hal
özünü tarix fənni
üzrə daha qabarıq göstərmişdir. Fikrimizi
faktlarla əsaslandıraq:
1. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 1999-cu ildə təsdiq etdiyi tarix fənləri
üzrə Dövlət Proqramında Azərbaycan tarixinin tədrisinə
həftədə bütün siniflərə görə 11
saat, ümumi tarixə isə 6 saat vaxt
ayrılmışdır. Bu nöqteyi-nəzərdən test
sualları hazırlanarkən Azərbaycan tarixi ilə
ümumi tarixdən proporsionallıq gözlənilməlidir. Yəni
Azərbaycan tarixindən 15, ümumi tarixdən 9, Azərbaycan
Konstitusiyasından 1 sual tərtib edilməklə variantlar
müəyyənləşməlidir. ümumiləşmiş
test sualları olduqda proporsiyada qismən dəyişiklik ola
bilər. Ancaq əksər halda
Azərbaycan tarixindən olan sualların sayı heç vəchlə
ümumi tarix suallarından az olmamalıdır. Nəzərə
alınmalıdır ki, ümumi tarixdən orta məktəb
kursunda heç bir imtahan, olimpiada keçirilmir, bunlar ancaq Azərbaycan
tarixindən aparılır. çox təəssüf ki,
2009-cu ilin III qrup tarix fənninin A, C variantlarında Azərbaycan
tarixi və ümumi tarixdən sualların sayı bərabər
olmuş, B,D variantlarında Azərbaycan tarixindən
sualların sayı ümumi tarixin suallarından az olmuşdur.
Bu proporsionallığın ciddi surətdə
pozulmasıdır. Onbirinci sinifdə ən yeni tarix həftədə
1 saat tədris olunur, Azərbaycan tarixi isə həftədə
2 saat keçilir. Təəccüb doğuran haldır ki, həftədə
1 saat keçilən tarixə 5 sual, həftədə 2 saat
keçilən fənnə 4 sual ayrılır. Bütün
bunlar Dövlət Proqramının, eləcə də
TQDK-nın özünün qəbul etdiyi proqramın tələblərinin
kobud surətdə pozulması deməkdir.
2.
Müqayisə, təhlil və düşüncə tələb
edən, məntiqi xarakterli, vaxtın çoxluğuna
hesablanmış testlərin sayı 2008-ci ilə nisbətən
2009-cu ildə 2 dəfə artırılmışdır.Belə
ki, 2008-ci ildə bu tipli test suallarının sayı 6-7
olmuşdursa, 2009-cu ildə onların sayı 12-yə
çatdırılmışdır.A variantında 79, 83, 85,
86, 88, 89, 91, 92, 97, 98, 99, 100-cü testlər. Bunların 7-sinin
ümumi tarixdən olması abituriyentlərin vaxt
çatışmazlığı ilə üzləşməsinə
səbəb olmuşdur.Bu vəziyyət B variantında 78, 81,
82, 84, 86, 87, 88, 89, 93, 94, 100-cü, C variantında 78, 81, 82, 83,
88, 89, 90, 91, 92,95, 99, 100-cü, D variantında 76, 79, 82, 84, 88,
90, 91, 93, 94, 97, 98-ci suallarda bir daha təkrar olmuşdur.
Bu tipli sualların
cavablarını düzgün tapmaq üçün abituriyent
hər bir suala ən azı 2-3 dəqiqə vaxt
ayırmalıdır ki, bu da onun üçün
ayrılmış ümumi vaxtın düzgün
bölüşdürə bilməməsi ilə nəticələnir.
3. Xronoloji
ardıcıllığı müəyyənləşdirməyi
tələb edən test
sualları adətən hər bir variantda 2-3 ədəd
olur. 2008-ci illə müqayisədə 2009-cu ildə bu səpgili
testlərin sayında və çətinliyində artım
olmuşdur. Belə ki, 2008-ci il variantlarında xronoloji
ardıcıllığın birində 3 hadisə, ikincisində
4 hadisə verilmiş və onlar müxtəlif dövrləri
əhatə etmişdir. 2009-cu ildəki variantlarda hər iki
xronoloji ardıcıllığa 4 hadisə salınmış,
eyni mövzuya aid olunmuşdur. Hətta A, B, C, D
variantlarında (78, 79, 81, 97-ci testlər) xronoloji
ardıcıllıqda ay fərqi, gün fərqi tələb
edilmişdir ki, bu da ilk dəfə tətbiq edilir. Hər
dörd variantda "Daha əvvəl olmuşdur"
suallarının verilməsi ilə birdən-birə
abituriyentdən bir testdə 5 suala cavab istənilməsi,
özü də cavabların yaxınlıq dərəcəsinin
sıxlığı yenə də
vaxt çatışmazlığına gətirib
çıxarır.Bir mütəxəssis kimi vurğulamaq istəyirik
ki, söhbət sualların ağırlığı,
yüngüllüyündən getmir, söhbət vaxt
azlığı, vaxt çatışmazlığında
olur.
4. Xəritə
ilə bağlı test suallarının qəbul
imtahanlarına salınması təqdirəlayiqdir. Bu şərtlə
ki, onlarda kartoqrafiya prinsiplərinə əməl olunsun. Məlumdur
ki, son illər Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən uğurlu dərslik siyasəti nəticəsində
bütün tarix dərslikləri rəngli, nəfis tərtibatda
nəşr olunur. Həmin dərsliklərdə mözularla
bağlı çoxsaylı xəritələr verilmişdir.
çox təəssüf ki, test tərtibçiləri həmin
xəritələrə istinad etmək əvəzinə,
hansısa mənbədən və yaxud Sovet dövründə
nəşr olunmuş dərsliklərdən xəritələr
götürüb, onlara əsaslanaraq test sualları tərtib
edirlər. Xəritə müstəvi üzərində verilərkən
adətən 3 proyeksiyadan istifadə edilməklə, rəngli
və rəngsiz halda tərtib edilir. 2009-cu ilin qəbul imtahanı variantlarında verilən xəritələrdə
su sahələri qara, quru sahələr ağ fondda
verilmişdir. Kontur xəritələrdə rəng verilmir. Həmçinin
tərtib olunan xəritələr dərslikdəkilərlə
üst-üstə düşmür, ölkələrin sərhədləri
aydın nəzərə çarpmır. Rəqəm ilə
birlikdə nöqtələrin qoyulması ümumiyyətlə
xəritə anlayışına heç cür uyğun gəlmir.
Nöqtələr adətən xəritələrdə şəhərləri
bildirir, ölkələri yox. Rəqəm ilə qeyd edilməsi
daha müvafiq olardı. A variantında eləcə də D variantında (77 və 93-cü
testlər) Krım yarımadasının xəritənin
sağ (şərq) tərəfində gözəgəlimsiz
şəkildə verilməsi abituriyent üçün problem
yaradır.Həmin xəritələrdə çoxlu miqdarda
nöqtələrin qoyulması da düzgün deyil.
5. Hər
dörd variantda dərslikdə demək olar diqqəti cəlb etməyən,
dünya və Azərbaycan tarixində elə də
böyük əhəmiyyətə malik olmayan, cəmi bir və
2 cümlə ilə ifadə edilən bir neçə test
sualları verilmişdir. B variantında 99-cu sualda "ABŞ
prezidenti H.Huverin hakimiyyəti dövrünün səciyyəvi
cəhəti" soruşulur. Dərslikdə H.Huverə aid cəmi
bir cümlə vardır.Səciyyəvi cəhət dedikdə isə daha geniş məlumatların
içərisindən daha mühümü müəyyən
olunur. Şübhəlidir, sualın
qoyuluşu nəyə əsaslanıb belə verilmişdir. Hansı ki,
sualı daha sadə şəkildə vermək olardı.
6. 1992-ci
ildən 2008-ci ilə qədər TQDK-nın keçirdiyi tələbə
qəbulu imtahanlarının
suallarını təhlil edərək belə nəticəyə
gəlirik ki, 2009-cu ilin III qrup tarix fənləri üzrə tərtib
olunmuş suallar daha mürəkkəb,
düşündürücü, çoxpilləli və vaxt
aparan olmuşdur. Daha yaxşı olardı ki, testlər sadə,
orta, mürəkkəblik dərəcəli olmaqla, abituriyentlər
üçün daha anlaqlı suallardan tərtib olunsun.
Babək XUBYAROV
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.6.