Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

 

1. Bu Əsasnamə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin (bundan sonra - Sistem) yaradılması, zənginləşdirilməsi ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali orta ixtisas təhsili müəssisələrinin tələbələri məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.

2. Sistemin yaradılması, zənginləşdirilməsi ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

3. Sistemi tələbə-məzun elektron məlumat bazası bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.

4. Sistemin istifadəçiləri ali orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır.

5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.

6. Sistemə aşağıdakı dövlət orqanları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşula bilərlər:

6.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

6.2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı;

6.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti;

6.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

6.5. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;

6.6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

6.7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

6.8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

6.9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

6.10.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

6.11.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

6.12.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

 

II. Sistemin strukturu

 

7. Sistemin strukturuna Sistem administratorunda olan mərkəzi server hər bir istifadəçinin bu Sistemə qoşulmaq imkanına malik bir ya bir neçə işçi stansiya daxildir.

8. İstifadə olunacaq işçi stansiyaların texniki təchizatı (avadanlıq rabitə xidməti) istifadəçilərin öz hesabına həyata keçirilir.

9. Sistemdə istifadə olunacaq texniki vasitələrin siyahısı bu texniki vasitələr üzərinə qoyulmuş tələblər Sistem administratoru Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən edilir.

10. Tələbə-məzun elektron məlumat bazası mərkəzi serverdə yerləşir.

11. Məlumat bazasının informasiya təminatı Sistem administratoru, həmçinin ali orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.

 

III. İstifadəçilərin Sistemə qoşulması 

 

12. Sistemə qoşulmaq üçün müraciət ali ya orta ixtisas təhsili müəssisəsi, yaxud müvafiq dövlət orqanı tərəfindən Sistem administratoruna göndərilir. Müraciət etmiş qurumun sistemə qoşulması, ondan istifadə etməsi sistemin təhlükəsizliyinin təmin edilməsinə dair texniki texnoloji imkanları Sistem administratoru tərəfindən yoxlanılır. Yoxlama müsbət nəticə ilə başa çatdıqda bir həftə ərzində mərkəzi serverə qoşulmaq üçün işçi stansiyaların müraciətdəki sayına müvafiq olaraq tələb olunan istifadəçi adı, parolu digər bağlantı parametrləri Sistem administratoru tərəfindən müəyyən edilir müvafiq proqram təminatı işçi stansiyalara quraşdırıldıqdan sonra müraciət edənin təyin etdiyi məsul şəxsə təhvil verilir.

 

IV. Sistem administratoru

 

13. Sistem administratoru mərkəzi serverdə yerləşən məlumat bazasının təhlükəsizliyinə cavabdehlik daşıyır.

14. Sistem administratoru:

14.1.    sistemin fasiləsiz fəaliyyətini məlumat bazasına daxil edilən məlumatların mühafizəsini təmin edir;

14.2.    işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət edir;

14.3.    işçi stansiyalarda sistemə qoşulmaq üçün lazım olan proqram təminatının yaradılmasını həyata keçirir;

14.4.    mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini verir;

14.5.    keçirilən imtahanlar nəticəsində ali orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslər haqqında məlumatları mərkəzi serverə daxil edir;

14.6.    məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;

14.7.    bütün işçi stansiyalarda çalışacaq operatorların proqram təminatından effektiv istifadə olunması üçün treninq həyata keçirir;

14.8.    müvafiq statistik məlumatlar hazırlayır;

14.9.    aşağıdakı hallarda işçi stansiyanın fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul edir onu icra edir:

14.9.1. serverə virus hücumları olduqda;

14.9.2. texniki problemlərin aradan qaldırılması zamanı;

14.9.3. serverə səhv məlumatlar göndərildikdə.

 

V. Sistemin istifadəçiləri

 

15. Təhsil müəssisəsi olan istifadəçilər:

15.1.    informasiyanın mühafizəsi doğruluğunu təmin etmək üçün məsul şəxsi məlumat axtarışını icra edən yeni məlumatları mərkəzi serverə daxil edən operatoru (operatorları) təyin edir;

15.2.    mərkəzi serverə tələbələri magistrantları haqqında aşağıdakı məlumatları daxil edir:

15.2.1. soyad, ad ata adında ola biləcək dəyişikliklər;

15.2.2. akademik müvəffəqiyyət haqqında məlumat;

15.2.3. ixtisas dəyişmələri;

15.2.4. təhsildə fasilələr;

15.2.5. tələbələr sırasından xaric edilmələr;

15.2.6. bərpalar;

15.2.7. təkrar ali təhsil ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar;

15.2.8. bir təhsil müəssisəsindən digərinə köçürmələr, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar;

15.2.9. təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar;

15.2.10.  diplom əmrləri diplom haqqında məlumatlar.

 

16. Məsul şəxs Sistem administratoru ilə birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin edir məlumatların yenilənməsinə, düzgünlüyünə, tamlığına mühafizəsinə görə cavabdehlik daşıyır. Məsul şəxs təhsil müəssisəsindəki yeni məlumatların tam vaxtında (10 gün ərzində) məlumat bazasına daxil edilməsini təmin etməlidir.

17. Təhsil müəssisəsi olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız özlərinin tələbələri, magistrantları məzunları barədə məlumatlara baxa orada bu Əsasnamənin 15.2-ci bəndinə əsasən müvafiq əlavələr dəyişikliklər edə bilərlər.

18. Dövlət orqanı olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız müxtəlif növ axtarışlar həyata keçirə bilər, tələbələr, magistrantlar məzunlar haqqında məlumatlara baxa bilərlər. Dövlət orqanı olan istifadəçilərə məlumat bazasına məlumat daxil etmək orada dəyişikliklər etmək hüququ verilmir.

19. Məsul şəxs ya operator işdən çıxarıldığı təqdirdə istifadəçi bu haqda Sistem administratoruna dərhal məlumat verir, administrator isə məlumatın mühafizəsini təmin etmək məqsədilə birinci halda bütün, ikinci halda isə yalnız operatorun çalışdığı işçi stansiyadakı istifadəçi adını, parolu digər bağlantı parametrlərini dəyişdirir.

 

 

 Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.2.