Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Fənn olimpiadalarının yekun turunun mütəşəkkil keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Fənn olimpiadalarının yekun turu 17-18 mart 2010-cu il tarixdə Bakı şəhərində keçirilsin.

2. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart  2010-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:

- Azərbaycan dili ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında - V.Xuluflu küçəsi, 39, tel.: 566-65-41

- riyaziyyat, fizika informatika fənləri üzrə fizika-riyaziyyat informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci kvartal, tel.: 510-76-28

- kimya biologiya fənləri üzrə kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel.: 423-78-42.

3. Olimpiadaların yekun turu Azərbaycan dili ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən  iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart 2010-cu il tarixdə keçirilsin.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün  müddətinə təsdiqə təqdim etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

22 fevral 2010-cu il

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S. 3.