Pedaqoji təcrübəyə
həsr edilmiş konfrans
Naxçıvan Özəl
Universitetində pedaqoji
fakültənin əyani
şöbəsinin Azərbaycan
dili və ədəbiyyatı, xarici
dil (ingilis), tarix və ictimaiyyat,
riyaziyyat-informatika ixtisasları
üzrə III kurs tələbələrinin 2009-2010-cu tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji
təcrübəyə həsr
edilmiş başlanğıc
konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli tələbələrin
pedaqoji təcrübə
zamanı görəcəkləri
işlərdən danışdı
və bu təcrübənin tələbələrin
həyatında böyük
rol oynayacağını
xüsusi vurğuladı.
Pedaqogika və psixologiya kafedrasının müdiri
Solmaz Həsənovanın
"Pedaqoji və psixoloji rəhbərlərin
vəzifələri", pedaqoji təcrübə
üzrə metodist Nazim Mahmudovun "Pedaqoji təcrübənin
səmərəli keçirilməsi
üçün metodist
və təcrübəçi
tələbələrin vəzifələri"
haqqında məruzələri
dinlənildi. Tələbələrə keçəcəkləri təcrübədə uğurlar
arzulandı.
Mina
Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.2.