İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb

 

Ölkəmizdə istedadlı uşaq gənclərin aşkara çıxarılması onlarla sahəsində tədqiqatlara başlanılıb, 21 bölgədə 32 pilot məktəbi yaradılıb. 2010-cu ildə respublikamızın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) isdedadlı uşaqlar üçün liseylərin yaradılması nəzərdə tutulub.

Bu il Bakı şəhərində Beynəlxalq Mendeleyev olimpiadasının, "Kiçik Akademiya"nın respublika təsis konfransının keçirilməsi, istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim tədbirlərinin, o cümlədən yekun seçim turunun təşkili də planlaşdırılıb.

 

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.2.