Müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq edilməklə aparılacaq
Ölkəmizdə
müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması, müxtəlif müsabiqə və
yarışların təşkili, layihə və
proqramların həyata keçirilməsi sahəsində bir
sıra qurumlarla səmərəli əməkdaşlıq əlaqələri
yaradılıb, birgə tədbirlər həyata
keçirilib.
Bu il ölkəmizin
ümumtəhsil məktəblərində pedaqoji kadr təminatı
vəziyyətinin monitorinqinin aparılması, respublika üzrə
müəllimlərin işə qəbulu sahəsində
elektron vasitələr tətbiq edilməklə yeni mexanizmlərin
tətbiqi nəzərdə tutulub. Eləcə də işləyən
müəllimlərin və rəhbər pedaqoji işçilərin
peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi
üzrə mexanizm hazırlanıb tətbiq ediləcəkdir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.2.