Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə uzun müddət kölgədə
qalan, lakin müəllimlərin metodik hazırlığı
və peşəkarlıq səviyyəsinin yüksəldilməsində
böyük əhəmiyyət daşıyan metodik xidmət
barədə mülahizələrimi diqqətinizə təqdim
edirəm.
Məlumdur ki, müəllimlərin
davamlı olaraq peşəkarlıq səviyyəsinin
inkişafı, fənlərin tədrisi sahəsində
yeniliklərlə
Mövcud Əsasnamədə
də metodik kabinetlər qarşısında xeyli vəzifələr
müəyyənləşdirilmişdir:
-Pedaqoji kadrlarla aparılan
metodiki işləri istiqamətləndirir, onların təkmilləşdirilməsi,
ixtisasının artırılması və yenidən
hazırlanması işini təşkil edir.
-Dayaq məntəqələrinin
işini təşkil edir, bu prosesə fənlər üzrə
ən qabaqcıl müəllimləri cəlb edir, müəllimlərin
pedaqoji, psixoloji və metodik sahələr üzrə
ehtiyaclarını öyrənir, onların tələbatlarına
uyğun təkmilləşdirmə və ixtisasartırma
prosesinə hazırlıq işlərini aparır, müvafiq
təkliflər hazırlayır, ixtisasartırma təhsili
müəssisələri ilə birlikdə proqramların tərtibində
iştirak edir, müəllimlərin ixtisasartırma
kurslarında iştirakını tənzimləyir.
-İxtisasartırma
kurslarından sonra pedaqoji kadrların fəaliyyətini
müşahidə edir, qiymətləndirir və metodik kömək
istiqamətində təkliflər hazırlayır.
-Kurslararası dövrdə
pedaqoji kadrların özünütəhsil və
inkişafı üzrə tədbirlər görür,
müvafiq metodik məsləhətlərin verilməsini təmin
edir.
-Həm özləri, həm
də pedaqoji kadrlar tərəfindən kurikulumların, yeni
pedaqoji texnologiyaların, müasir təlim metodları və
strategiyalarının öyrənilməsi və tətbiqi
işini təşkil edir, bu istiqamətdə müəllimlərlə
seminarlar və treninqlər keçirir.
-Təlim-tərbiyə
işlərinin keyfiyyətinin
yaxşılaşdırılması, yeni pedaqoji
texnologiyaların, müasir təlim metodları və
strategiyalarının öyrənilməsi və
yaradıcılıqla tətbiqi sahəsində məktəb
və metodbirləşmə rəhbərlərinin, müəllimlərin
işini istiqamətləndirir, onlara metodik kömək
göstərir.
-Müəllimlərlə
aparılacaq metodik işlərin məzmununa, forma və
üsullarına dair məktəb və metodbirləşmə
rəhbərlərini təlimatlandırır.
-Fənlərin tədrisi
metodikasının təkmilləşdirilməsi, yeniliklərin
və nailiyyətlərin öyrənilməsi və pedaqoji
prosesdə tətbiqi sahəsində müəllimlərin fəaliyyətini
istiqamətləndirir.
-Müəllimlərin dərslərinin
dinlənilməsini və müzakirəsini təşkil edir,
onların peşəkarlıq səviyyəsinin
artırılması və inkişafı, ixtisasartırma təhsilinə
cəlbi barədə təkliflər hazırlayır.
-Fənlər üzrə
proqram materiallarının yerinə yetirilməsi vəziyyətini
öyrənir, bu istiqamətdə müəllimlərə və
metodbirləşmə rəhbərlərinə metodik köməyi
həyata keçirir.
-Yeni proqram, dərslik və
dərs vəsaitlərinin müzakirəsini, müəlliflərlə
görüşləri təşkil edir, onların tətbiqi
üzrə təklif və tövsiyələrin
hazırlanmasını təmin edir.
-Təhsil müəssisələrində
psixoloji xidmətin təşkili, istedadlı uşaqların
aşkar edilməsi, xüsusi qayğıya ehtiyacı olan
uşaqlarla işin təşkili sahəsində məktəb
rəhbərlərinə və pedaqoji kollektivlərə
metodik kömək göstərir.
-Yeni qiymətləndirmə
sisteminin tətbiq
i ilə əlaqədar məktəb
rəhbərləri və müəllimlərlə təlim
seminarları keçirir, müntəzəm olaraq müəllimlərə
metodik kömək göstərir.
-Pedaqoji kadrları və
ictimaiyyəti tədris sahəsindəki ən yeni nailiyyətlər
və qabaqcıl pedaqoji təcrübələrlə
-Mütəmadi olaraq
qabaqcıl pedaqoji təcrübələri öyrənir,
ümumiləşdirir və yayılmasını təmin
edir.
-Gənc müəllimlərlə
iş üzrə xüsusi plan tərtib edir,
onların inkişafı və təcrübə mübadiləsi
sahəsində müntəzəm iş aparır.
-Təhsil müəssisələrində
metodik işin vəziyyətini, şagirdlərin nailiyyətlərinin
səviyyəsini, həmçinin tərbiyə işinin təşkili
vəziyyətini öyrənir, Metodşurada və RTŞ
şurasında müzakirəsini təşkil edir.
-Pedaqoji kadrların ehtiyac və
tələbatlarının diaqnostikasını aparır,
müvafiq təklif və tövsiyələr
hazırlayır.
-Tərbiyə işinin səmərəli
təşkilinə metodik kömək göstərir, pedaqoji
kollektivlərdə milli mənəvi dəyərlərin,
dövlət rəmzlərinin təbliği işini təşkil
edir.
-Təhsil müəssisələri
ilə birlikdə müxtəlif bilik yarışları,
müsabiqələr, olimpiadalar və digər tədbirləri
təşkil edir.
-Tədris metodikasının
təkmilləşdirilməsi, innovasiyaların tətbiqi, yeni
pedaqoji texnologiyalardan istifadə və digər sahələrdə
metodik tövsiyələr və tədris vəsaitləri
hazırlayır.
-Təhsil işçilərinin
konfranslarının (sentyabr və yanvar) bölmə
iclaslarının təşkili, fənlər üzrə
metodik tövsiyələrin və hesabatların
hazırlanması ilə bağlı tədbirlər həyata
keçirir.
-Metodistlərin peşəkarlıq
səviyyəsinin artırılması istiqamətində məqsədyönlü
iş aparır, onların vaxtaşırı "öyrədənlərin
öyrədilməsi" təlimlərinə cəlb edilməsi,
respublika və beynəlxalq səviyyəli treninqlərdə
iştirakının təmin edilməsi, mütəmadi olaraq
pedaqoji mətbuatda yazılarla çıxış etmələri
istiqamətində tədbirləri həyata keçirir.
Qeyd etmək lazımdır
ki, son illərdə ümumi təhsil müəssisələrində
metodik xidmətin təşkili, xüsusilə yeni kurikulumla
işləyəcək ibtidai sinif müəllimlərinin
treninqlərə cəlb olunması, təlimati seminarların
təşkili, dayaq məntəqələrinin işinin istiqamətləndirilməsi,
pedaqoji innovasiyalar və onların tətbiqinə dair
tövsiyələrin hazırlanması, məktəblərdə
monitorinqlərin keçirilməsi, istedadlı şagirdlərin
aşkara çıxarılması, qabaqcıl pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi,
yeni dərsliklərin müzakirəsi və s. bu kimi məsələlərlə
bağlı bir sıra rayon və şəhər təhsil
şöbələri metodiki kabinetləri tərəfindən
müəyyən işlər görülmüşdür. Bu sahədə Sumqayıt Şəhər Təhsil
Şöbəsi metodik kabinetinin müsbət işi xüsusi
qeyd edilməlidir. Burada işin
düzgün qurulmasının nəticəsidir ki, metodik
kabinet tərəfindən təhsilin yeni məzmununun tətbiqi,
təhsil müəssisələrində şagirdlərin
faktik biliklərinin aşkara çıxarılması, müəllimlərin
peşəkarlıq səviyyələrinin öyrənilməsi,
dayaq məntəqələrində işin təşkili və
müsabiqələrin keçirilməsinə daha çox
diqqət yetirilir. Son illər şagirdlərin
faktiki biliklərini aşkara çıxarmaq üçün
IV sinifdən başlayaraq bütün siniflərdə monitorinq
keçirilmiş, nəticələr ŞTŞ-də və
məktəblərdə müzakirə olunmuşdur. Müəllimlərin elmi-nəzəri və peşəkarlıq
səviyyəsini müəyyənləşdirmək məqsədi
ilə ibtidai sinif və fənn müəllimləri
arasında monitorinq keçirilərək nəticələr
metodbirləşmə yığıncaqlarında müzakirə
edilmiş, zəif nəticə göstərən müəllimlərin
elmi-nəzəri səviyyəsinin yüksəldilməsi
istiqamətində tədbirlər həyata
keçirilmişdir. Uzun illər təlim-tərbiyə
müəssisələrində sənədlərin tərtibində
formalizmi aradan qaldırmaq məqsədilə Sumqayıt metodik
kabineti tərəfindən ondan artıq vəsait
hazırlanıb yerlərə çatdırılmış,
sağlam rəqabətin yaranması məqsədilə
mütəmadi olaraq müəllimlər arasında müsabiqələr
keçirilmişdir. Bakı Şəhəri üzrə
Təhsil İdarəsi metodik mərkəzi, Gəncə,
Şirvan şəhər, Beyləqan, Samux, Neftçala,
Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı, Qazax,
Xaçmaz RTŞ metodiki kabinetləri tərəfindən təhsil
müəssisələrinə göstərilən metodik xidmətin
mütərəqqi formalarından istifadə edilir.
Bununla
yanaşı, son illərdə metodik xidmətin lazımi səviyyədə
təşkil edilməməsi, Əsasnamə ilə müəyyənləşdirilmiş
vəzifələrin yerinə yetirilməməsi barədə
müxtəlif məlumatlar alırdım, yerlərdə
bilavasitə ümumtəhsil məktəblərində müəllimlərlə
ünsiyyətdə olarkən bu sahədə bir sıra ciddi
problemlərin olduğu barədə mülahizələr də
irəli sürülürdü. Məhz bununla əlaqədar
Təhsil Nazirliyində mütəxəssislərin
iştirakı ilə müşavirə keçirdik və qərara
gəldik ki, işçi qrupu yaradaq, ölkədə metodik
xidmətin təşkili vəziyyətini öyrənək.
Yaradılmış işçi qrupu
bütün təhsil şöbələrində metodik xidmətin
təşkili sahəsində mövcud vəziyyəti öyrəndi,
problemlər aşkara çıxarıldı, metodik xidmətin
təkmilləşdirilməsi üzrə təkliflər
hazırlandı, bu məsələ təhsil tarixində ilk dəfə
olaraq nazirliyin kollegiya iclasında müzakirəyə
çıxarıldı.
Bir vacib məsələni
də qeyd edim ki, vaxtilə ölkəmizdə metodik xidmətə
ümumi rəhbərliyi və bu sahədə aparılan
işləri əlaqələndirən Respublika Elmi-Metodik Mərkəzi
fəaliyyət göstərmişdir. 2000-ci ildə təhsil
sisteminin təkmilləşdirilməsi tədbirləri həyata
keçirilərkən həmin Mərkəzin və Elmi Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun bazasında Təhsil Problemləri
İnstitutu yaradılmışdır. Lakin
təəssüf ki, metodik xidmətə ümumi rəhbərlik
funksiyası həmin institutun əsas fəaliyyət istiqamətinə
çevrilməmişdir. Bu səbəbdən
hazırda ölkə səviyyəsində metodik xidmətin təşkili
və əlaqələndirilməsi məsələləri
lazımi səviyyədə yerinə yetirilmir.
Hazırda respublikanın 73
şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin
(idarələrinin) nəzdində metodiki kabinetlər, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində
isə metodik mərkəz fəaliyyət göstərir. Bu metodiki kabinet və mərkəzlərdə 870
ştat vahidi vardır ki, onlardan 723-ü metodist, 147-si texniki
işçi ştatlarıdır. Metodiki xidmət
strukturlarında 723 nəfər metodist çalışır
ki, onlardan 626 nəfəri tam, 97 nəfəri 0,5, 8 nəfəri
0,75, bir nəfəri isə 1,25 ştat vahidi üzrə
işləyir. Metodik kabinetlərdə 40
ştat vahidi metodist vəzifəsi vakantdır.
Fənlər və sahələr
üzrə əhatə baxımından təhlil göstərir
ki, metodiki kabinetlərdə Azərbaycan dili və ədəbiyyat
fənni üzrə 90, rus dili və ədəbiyyatı və
ingilis dillərinin hər biri üzrə 40, fransız dili
üzrə 9, ərəb dili üzrə 1, riyaziyyat üzrə
75, informatika üzrə 9, tarix üzrə 73, coğrafiya
üzrə 40, kimya üzrə 36, biologiya üzrə 21, fizika
üzrə 40, rəsmxətt və əmək hazırlığı
üzrə 20, gənclərin çağırışaqədərki
hazırlığı üzrə 37, fiziki tərbiyə
üzrə 33, musiqi və təsviri incəsənət üzrə
4, ibtidai təhsil üzrə 78, məktəbəqədər
tərbiyə üzrə 49, tərbiyə işləri üzrə
7, psixoloji xidmət üzrə 6, kitabxana işi üzrə 15
nəfər metodist fəaliyyət göstərir.
Aparılmış
monitorinqlər və təhlillər göstərmişdir ki, Əsasnamə
ilə metodik kabinetlər üçün xeyli vəzifələr
müəyyənləşdirilsə də bu strukturlar tərəfindən
həmin vəzifələr yerinə yetirilmir, bir sıra hallarda
Əsasnamə tələbləri ciddi şəkildə
pozulur.
Hazırda metodiki xidmətin təşkili və həyata
keçirilməsi sahəsində mövcud olan problemləri
aşağıdakı kimi qruplaşdırmaq olar:
-Fənn kurikulumları,
yeni qiymətləndirmə sistemi, dərslik siyasəti, yeni təlim
texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər
sistemli şəkildə həyata keçirilmir.
-Yaradıcı müəllimlərin
qabaqcıl iş təcrübələrinin öyrənilib
yayılması istiqamətində sistemli iş
aparılmır.
-Gənc müəllimlərlə
işin aparılmasına diqqət yetirilmir.
-Metodik tövsiyələrin
hazırlanması və çap olunub yerlərə
çatdırılmasına nail olunmur.
-Tədris
proqramlarının yerinə yetirilməsi və proqram
materiallarının mənimsənilməsi vəziyyətinə
dair diaqnostik təhlillər aparılmır.
-Dayaq məntəqələri
ilə əlaqənin zəif olmasının nəticəsi
olaraq ixtisasartırma müəssisələri ilə birlikdə
proqramların tərtibi, müəllimlərin ixtisasartırma
kurslarında iştirakının tənzimlənməsi,
onların pedaqoji, psixoloji və metodik sahələr üzrə
ehtiyaclarının öyrənilməsi və təkliflərin
hazırlanmasında metodiki kabinetlər zəif iştirak edirlər.
-Metodik kabinetlər tərəfindən
gənc müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində səmərəli
iş sistemi yaradılmamış, onlara təcrübəli
müəllimlər təhkim edilməmiş, bu sahədə
xüsusi tədbirlər - seminarlar, treninqlər təşkil
edilməmişdir.
-Metodik kabinetlərin
strukturunun təkmil olmaması innovasiyaların çevik şəkildə
təhsil müəssisələrinə
çatdırılması, metodistlərin peşəkarlıq
səviyyəsinin davamlı olaraq yüksəldilməsinə
imkan vermir, qabaqcıl ölkələrin mütərəqqi təcrübəsi
öyrənilib tətbiq edilmir.
Təhlil göstərir
ki, RTŞ metodik kabinetləri tərəfindən qabaqcıl təcrübənin
öyrənilməsinə ciddi yanaşılmır. Baxmayaraq
ki, son illərdə interaktiv təlim texnologiyalarının tətbiqi,
İKT-nin pedaqoji prosesə inteqrasiyası sahəsində
müəllimlər tərəfindən mütərəqqi təcrübə
nümunələri nümayiş etdirilir, bu sahədə təcrübə
öyrənilib digər müəllimlər arasında
yayılmır. Bir sıra hallarda metodik kabinetlərin əməkdaşları
bu məsələnin əhəmiyyətini lazımınca
qiymətləndirmir, qabaqcıl pedaqoji təcrübəyə
dair materiallar məktəb pedaqoji şura iclaslarında,
metodbirləşmə yığıncaqlarında müzakirə
edilmir.
Ölkə Prezidentinin sərəncamına
əsasən son 2 ildə 200 nəfər ilin müəllimi
müəyyənləşdirildiyi halda, metodik kabinetlər tərəfindən
həmin müəllimlərin qabaqcıl iş təcrübəsinin
öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi
istiqamətində əsaslı addımlar atılmır, belə
müəllimlərin bazası yaradılmır.
Bir sıra metodik kabinetlərdə
metodistlərin işə qəbulunda mövcud Əsasnamə
tələbləri pozulur, 5 il pedaqoji stajı tamam olmayan
müəllimlər metodist kimi işə qəbul edilir. Belə
faktlar Şabran, Beyləqan, Sabirabad, Laçın, Goranboy
RTŞ metodik kabinetlərində daha çox aşkar
olunmuşdur.
Bir sıra metodik kabinetlərdə
ştat vahidlərindən düzgün istifadə edilmir, eyni
ixtisaslı metodistlər işə qəbul olunur, digər
ixtisaslar üzrə metodistlərin işə
götürülməsinə diqqət yetirilmir. Xızı
RTŞ-də 4 metodistdən 3-ü, Göyçay RTŞ-də
12-dən 4-ü, Şəmkir RTŞ-də 20-dən 5-i,
Ağdam RTŞ-də 19-dan 3-ü, Qubadlı RTŞ-də 8-dən
3-ü Azərbaycan dili və ədəbiyyat fənni, Mingəçevir
ŞTŞ-də 8 metodistdən 3-ü rus dili və ədəbiyyatı,
Salyan RTŞ-də 12-dən 8-i humanitar fənlər, Ağdam
RTŞ-də 19-dan 4-ü ümumi texniki fənlər, Zaqatala
RTŞ-də 11-dən 4-ü xarici dil, Astara RTŞ-də 8-dən
3-ü ibtidai təhsil, 3-ü fiziki tərbiyə fənləri,
Masallı RTŞ-də 13-dən 5-i humanitar fənlər
üzrədir.
Təhlil göstərir
ki, metodik kabinetlərin ştat vahidlərindən
düzgün istifadə edilmədiyinə görə
hazırda respublikanın 73 metodik kabinetindən 42-də kimya,
50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də
fiziki tərbiyə, 53-də əmək
hazırlığı, 71-də musiqi, təsviri incəsənət,
36-da məktəbəqədər təhsil, 23-də isə
ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur. İbtidai
siniflərdə fənn kurikulumlarının tətbiqinə
başlanmasından iki il keçməsinə baxmayaraq,
Şirvan, Naftalan şəhər, Şabran, Sabirabad, Siyəzən,
Kürdəmir, Goranboy, Kəlbəcər, Zəngilan,
İmişli, Yardımlı, Hacıqabul və sair rayon təhsil
şöbələrinin metodik kabinetlərində ibtidai siniflər
üzrə metodist yoxdur. Düşünürəm ki,
hazırkı şəraitdə belə bir vəziyyət
xüsusi narahatlıq doğurur. Müvafiq sahə üzrə
metodistin olmaması bilavasitə həm yeni fənn
kurikulumları və dərsliklərin, həm məktəbdaxili
qiymətləndirmə sahəsində yeni mexanizmlərin tətbiqi
işinə mənfi təsir göstərir, müəllimləri
metodik köməkdən məhrum edir.
Narahatlıq doğuran
faktlardan biri də budur ki, ayrı-ayrı fənlər üzrə
metodistlərə ciddi ehtiyac olduğu halda, metodiki kabinetlərdə
40 ştat vahidi vakant saxlanılır. Hesab edirəm ki, bu məsələ
ciddi araşdırılmalı, vakant ştatlara müsabiqə
yolu ilə metodistlər işə qəbul olunmalıdır.
Təhlil göstərir
ki, metodistlərdən 156 nəfəri (21,6%) pensiya
yaşında olanlardır. Şirvan RTŞ, Şəki,
Ağdam, Ağcabədi, Qubadlı, Kəlbəcər, Tovuz,
Füzuli, Göygöl RTŞ metodkabinetlərində metodistlər
arasında 75 və daha yaşlıları vardır.
Daha ciddi problem metodistlərin
praktik fəaliyyətlə məşğul olmaması,
ixtisasları üzrə dərs deməməsi ilə
bağlıdır. Belə ki, metodik kabinetlərin əməkdaşlarından
200 nəfəri (27,6%) məktəblərdə ixtisasları
üzrə dərs aparmır, Bakı şəhəri üzrə
Təhsil İdarəsi metodik mərkəzində 95 metodistdən
29-u, Gəncə ŞTŞ metodiki kabinetində 19 metodistdən
6-sı, Şabranda 5-dən 4-ü, Xızıda 4-dən
3-ü, Göyçayda 12-dən 3-ü, Tovuzda 20-dən 10-u,
Göygöldə 8-dən 7-si, Bərdədə 16-dan 11-i,
Zaqatalada 11-dən 3-ü, Gədəbəydə 9-dan 5-i,
Saatlıda 7-dən 4-ü, Şəkidə 18-dən 5-i,
Ağdaşda 10-dan 4-ü, Goranboyda 9-dan 4-ü, Ağcabədidə
10-dan 7-si, Şamaxıda 9-dan 5-i pedaqoji fəaliyyətlə məşğul
olmur.
Etiraf etmək
lazımdır ki, müəllim kimi fəaliyyət göstərməyən,
bilavasitə məktəbdə pedaqoji prosesdə iştirak etməyən,
müəllimin hansı qayğılarla
yaşadığını və işlədiyini, hansı
problemlərlə üzləşdiyini bilməyən metodist
uğurlu nəticələr əldə edə bilməz. Belə
metodistlər müəllimlərə məsləhət vermək,
onları istiqamətləndirmək, innovasiyaların mənimsənilməsində
onlara kömək etmək missiyasını da layiqincə yerinə
yetirə bilməz, müəllimlərin etibarını qazana
bilməzlər.
Aparılmış
monitorinqlər onu da göstərir ki, metodik kabinetlərin fəaliyyətinin
planlaşdırılması sahəsində nöqsanlara yol
verilir. Bir çox metodiki kabinetlərin fəaliyyət
planlarında hələ də yoxlama xarakterli tədbirlər
nəzərdə tutulur, nəzərdə tutulan digər məsələlər
isə aktuallıq kəsb etmir, gözlənilən nəticələr
əvvəlcədən müəyyənləşdirilmir,
icra barədə hesabatlar hazırlanıb təqdim edilmir.
Metodik xidmətin əsasını təşkil edən
pedaqoji kadrların ixtisasının artırılması, dayaq
məntəqələrinin fəaliyətinin təşkili, fənn
kurikulumlarının, yeni qiymətləndirmə mexanizminin tətbiqi
ilə bağlı məsələlər fəaliyyət
planlarında öz əksini tapmır.
Hazırda metodik xidmətin
səmərəli təşkilinə mane olan amillərdən
biri də ümumtəhsil məktəblərində fəaliyyət
göstərən fənn metodbirləşmələrinin fəaliyyətinin
müasir tələblər səviyyəsində təşkil
edilməməsidir. Etiraf etmək lazımdır ki, müəyyən
istisnalar olmaqla metodbirləşmələr formal fəaliyyət
göstərir, məktəb səviyyəsində müəllimlərin
metodik hazırlığının yüksəldilməsi,
metodik xidmətin təşkili, dərslərin müşahidəsi
və tövsiyələrin verilməsi sahəsində
ardıcıl tədbirlər həyata keçirilmir. Bunun isə
əsas səbəblərindən biri metodik kabinetlərin məktəb
metodbirləşmələrinin fəaliyyətinə kömək
göstərməməsi, metodik tövsiyələr və vəsaitlərin
hazırlanmasına diqqət yetirməməsi ilə
bağlıdır. Digər səbəb isə metodbirləşmə
rəhbərlərinin fəaliyyətinin
stimullaşdırılmamasıdır. Metodbirləşmələrin
fəaliyyətinin qənaətbəxş olmamasının nəticəsidir
ki, məktəb və rayon metodşuraları da formal fəaliyyət
göstərir, metodik xidmətin səmərəli təşkili,
innovasiyaların tətbiqi ilə bağlı məsələləri
müzakirəyə çıxarmır.
2000-ci ildə Təhsil
Nazirliyinin "Dayaq məntəqələrinin şəbəkəsinin
yaradılması barədə" əmrinə uyğun olaraq
respublikada ayrı-ayrı ixtisaslar üzrə 3000-ə
yaxın dayaq məntəqəsi yaradılmış,
onların əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş,
digər reqlamentləşdirici sənədlər
hazırlanıb yerli təhsili idarəetmə orqanlarına
göndərilmişdir. Lakin RTŞ-lər və onların
metodiki kabinetləri tərəfindən bu işə laqeyd
münasibət göstərildiyindən yaradılmış
"dayaq məntəqələri"nin böyük əksəriyyəti
formal fəaliyyət göstərməkdədir. Hər bir
rayon və şəhər üzrə "dayaq məntəqəsi"
kimi nəzərdə tutulan məktəblərin
dislokasiyası bu günə qədər tam və
düzgün müəyyənləşdirilməmişdir.
Yerli təhsil orqanları tərəfindən qabaqcıl
müəllimlərdən ibarət "öyrədənləri
öyrədən" müəllimlərin siyahıları
müəyyənləşdirilməmiş, bu barədə
müvafiq ixtisasartırma təhsili müəssisələrinə
məlumat verilməmişdir. İxtisasartırma təhsili və
təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi
ilə əlaqədar metodiki kabinetlərdə konkret tədbirlər
həyata keçirilməmişdir. Rayonlar üzrə
ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin
ixtisasartırma təhsilinə olan real tələbatının,
ehtiyaclarının öyrənilməsi, bu barədə
ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış
təkliflərin verilməsi təmin edilməmişdir.
İxtisasartırma təhsili müəssisəsi, RTŞ -
metodiki kabinet-məktəb - dayaq məntəqəsi
arasında əlaqələrin yaradılması
üçün bütün imkanlardan istifadə edilməmişdir.
Metodik xidmət sahəsində
mövcud olan nöqsanların aradan qaldırılması və
bu sahədə islahatların aparılması hazırda
xüsusi aktuallıq kəsb etmişdir. Belə ki, hazırda
ölkəmizdə ümumi təhsilin məzmunu, şagird
nailiyyətlərinin qiymətləndirilməsi, dərslik
siyasəti, yeni təlim strategiyalarının tətbiqi sahəsində
köklü islahatlar aparılır. Bununla əlaqədar
metodik işin məzmunu və formalarının təkmilləşdirilməsi,
rayon təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin
daha səmərəli təşkili, metodistlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və
bacarıqlarının artırılması, metodik xidmətin
təşkilində müasir metodologiya və mexanizmlərin tətbiq
edilməsi sahəsində ciddi tədbirlərin həyata
keçirilməsi zəruri əhəmiyyət
daşıyır.
Əlbəttə,
metodik xidmətin təkmilləşdirilməsi
üçün dünya təcrübəsinin öyrənilməsi,
bu sahədə dünyada gedən prosesləri, müsbət
nailliyyətləri və tendensiyaları öyrənmək
vacib idi. Bu məqsədlə ABŞ, Böyük Britaniya,
Almaniya, Hollandiya, Türkiyə, Finlandiya, Rumıniya, Rusiya,
Litva və başqa ölkələrin metodik xidmətin təşkili
sahəsində təcrübəsi öyrənilmişdir.
Metodik xidməti sistemli
şəkildə həyata keçirmək üçün
ABŞ-da, Avstraliyada kurikulum departamentləri, Hollandiyada
kurikulum və qiymətləndirmə mərkəzləri,
Türkiyədə təlim və tərbiyə qurumları,
Litvada təhsilin inkişaf mərkəzləri,
Gürcüstanda resurs mərkəzləri ölkə və
yerli səviyyələrdə metodik xidmətin təmin
olunmasına yönəldilmişdir. Təcrübə göstərir
ki, həmin ölkələrdə metodik xidmətlə məşğul
olan qurumlar, eyni zamanda idarəetmə sahəsində digər
fəaliyyətlərlə də məşğul olurlar.
Litvada təhsil islahatları
aparılarkən əvvəllər mövcud olmuş təhsil
şöbələri yanında fəaliyyət göstərən
metodkabinetlər yeni yaradılmış təhsil departamentləri
ilə birləşdirilmişdir. Gürcüstanda təhsil
şöbələri və onun nəzdində olan metodkabinetlərin
əvəzinə metodik xidməti də həyata keçirən
resurs mərkəzləri yaradılmışdır. Rusiya,
Belarus, Ukrayna və Orta Asiya respublikalarında təhsil
şöbələri yanında metodik mərkəzlər fəaliyyət
göstərməkdədir.
Beynəlxalq təcrübə
və Azərbaycanda təhsilin inkişaf tendensiyaları, eləcə
də bu sahədə təcrübəsi olan təhsil ekspertlərinin
rəyləri nəzərə alınaraq metodik xidmətin təkmilləşdirilməsi
üçün aşağıdakı tədbirlərin həyata
keçirilməsi məqsədəmüvafiqdir:
-Ümumtəhsil məktəbləri
və məktəbəqədər müəssisələrin
müasir pedaqoji texnologiyalara, tədris resurslarına
ehtiyacını ödəmək üçün rayon təhsil
şöbələri nəzdindəki metodik kabinetlərin
resurs mərkəzlərinə çevrilməsi və bu sahədə
fəaliyyəti tənzimləyən Nümunəvi Əsasnamənin
və resurs mərkəzinin strukturunun işlənib
hazırlanması, bu prosesə Təhsil Problemləri
İnstitutunun cəlb olunması.
-Yeni kurikulumların, dərsliklərin,
qiymətləndirmə sisteminin tətbiqinə dair məsələlərin
təhsil şöbələrinin metodkabinetlərində (gələcəkdə
resurs mərkəzlərində) və dayaq məntəqələrində
mütəmadi olaraq müzakirə olunması, məktəblərə
bu sahədə müvafiq kömək göstərilməsi.
-Metodistlər
üçün islahat aparılan sahələrlə
bağlı müşavirələrin, seminarların, treninqlərin
keçirilməsi.
-Metodik xidmətin
müasir tələblər səviyy
əsində təşkili,
bu sahədə mövcud nöqsanların aradan
qaldırılması məqsədilə Bakı şəhərində
və zonalar üzrə müşavirələrin
keçirilməsi.
-Dərs yükü
olmayan metodistlərin növbəti dərs ilindən
ixtisasları üzrə dərs aparmalarına şərait
yaradılması.
-Fənlər üzrə
metodistlərin tərkibinə yenidən baxılması, imkan
daxilində bütün fənlər üzrə metodistlərin
təmsil olunmasının təmin edilməsi, bu məqsədlə
Əsasnaməyə uyğun olaraq 0,5 və 0,25 ştat vahidindən
istifadə edilməsi.
-Metodistlərin işə
qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi,
vəzifə funksiyalarının öhdəsindən gələ
bilməyən metodistlərlə bağlı müvafiq tədbirlərin
görülməsi.
-Metodik xidmətin səmərəli
təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən
hazırlanmış Fəaliyyət planı əsasında
metodik kabinetlər üçün fəaliyyət
planlarının hazırlanması və həyata keçirilməsi.
-Məktəb metodbirləşmələrinin
işinin müasir tələblər səviyyəsində təşkili
ilə bağlı tədbirlərin həyata keçirilməsi,
metodbirləşmə rəhbərlərinin fəaliyyətinin
stimullaşdırılması sahəsində təkliflərin
hazırlanması.
-Metodik kabinetlərin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
İKT vasitələri ilə təmin edilməsi istiqamətində
zəruri tədbirlərin həyata keçirilməsi.
Hesab edirəm ki, ən
ciddi tədbirlərdən biri də metodistlərin
ixtisasının artırılması, onların "öyrədənlər"
kimi hazırlanması, dayaq məntəqələrinin
koordinatorları üçün müvafiq proqramlar əsasında
təlimlərin təşkili istiqamətində əlavə
təhsil müəssisələri tərəfindən tədbirlər
müəyyənləşdirib həyata keçirilməsidir.
Əlavə təhsil müəssisələri RTŞ metodiki
kabinetləri ilə əlaqələrin daha səmərəli
forma və metodlar üzrə qurulmasını,
ixtisasartırma tədbirlərinin təşkilində metodiki
kabinetlərin imkanlarından səmərəli istifadəni təmin
etməlidirlər.
Daha ciddi bir problem onunla
bağlıdır ki, ümumi təhsil sistemində metodik xidmətin
təşkili sahəsində müəyyən işlər
görülsə də, texniki peşə, orta ixtisas və
ali təhsil sahəsində belə bir xidmətin təşkili,
ümumiyyətlə, unudulmuşdur. Hesab edirəm ki, bu barədə
düşünməyin və konkret təkliflərin
hazırlanması vaxtı çatmışdır.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 23 iyul.- S.3.